Peptik xoralar mədənin selikli qişasında və ya nazik bağırsağın yuxarı hissəsində, onikibarmaq bağırsaqda inkişaf edən açıq yaralardır.
Peptik xoralara həm mədənin daxilində yerləşən mədə xoraları, həm də nazik bağırsağın yuxarı hissəsinin daxilində əmələ gələn onikibarmaq bağırsaq xoraları daxildir. Hər bir halda bu xəstəliyin ən çox görülən əlaməti mədə ağrısıdır.
Mədə xorasının əsas səbəbi Helicobacter pylori (H. pylori) ilə infeksiya və ibuprofen və naproksen natrium kimi qeyri-steroid iltihab əleyhinə dərmanların (QSİƏP) uzunmüddətli istifadəsidir. Stress və ədviyyatlı qidalar simptomları daha da pisləşdirə bilər.
Peptik xəstəlik
Xora termini mədə və ya onikibarmaq bağırsağın selikli qişasının ən səthi qatında maddə itkisini ifadə edir.
Bəzi hallarda yara getdikcə pisləşıb, dərinləşə, submukozaya və əzələ qatına çatır, bəzi hallarda isə daxili orqanları perforasiya edə bilər.
Normal şəraitdə selikli qişanın, qidanın həzm prosesini asanlaşdırmaq məqsədi daşıyan, lakin yüksək turşuluqlu mədə şirələrinin təsirindən qorumaq üçün kifayət qədər təbii müdafiəyə malik olduğunu bilmək vacibdir.
Bu müdafiə sisteminə bunları missal göstərmək olar: mədənin daxili divarlarını əhatə edən selik - prostaglandinlər (mədə hüceyrələri tərəfindən istehsal olunan xüsusi maddələr) kimi müdafiə agentləri və mexanizmləri ilə birlikdə və qan axını (toxumanın səthi təbəqəsini əhatə edir, turşuluğa qarşı mübarizə aparır). Xora vəziyyətində bu müdafiə sistemi uğursuz olur və yaxud anormal işləyir. Nəticədə selikli qişa mədə şirəsinin aşındırıcı təsiri ilə eroziyaya məruz qalır. Nəticədə turşular qanaxmaya səbəb olan ağrılı açıq yara yarada bilər.
Peptik xoranın səbəbləri
Bu xəstəliyin bir neçə səbəbi ola bilər. Ən çox rast gəlinən Helycobacter pylori bakteriyasıdır. Mikroorqanizm mədə və onikibarmaq bağırsağın içini əhatə edən hüceyrələrə daxil olur və selikli qişaya zərər verə biləcək bir sıra maddələr buraxır. H. pylori infeksiyasının isə necə yayıldığı aydın deyil. Bakteriyanın insandan insana yaxın təmasla, hətta qida və su vasitəsilə ötürülə biləcəyi ehtimal edilir.
Mədə və nazik bağırsağın selikli qişasını qıcıqlandıra və ya alovlandıra bilən bəzi reseptsiz ağrıkəsicilər və qeyri-steroid iltihab əleyhinə dərmanlar (NSAİİ) kimi müəyyən dərmanların müntəzəm istifadəsi də peptik xoraya səbəb ola bilər.
Peptik xoranın risk faktorları
Xəstəliyin yaranmasına təkan verən bir sıra amillər var.
Peptik xoranın simptomları
Ağrı tez-tez mədənin turşuluğunu azaldan qidalar yemək və ya turşuluğu azaldan dərman qəbul etməklə aradan qaldırılsa da, sonra yenə təkrarlana bilər. Ağrı yeməklər yedikdə ağrı gecə daha da arta bilər.
Az hallarda xoralar ciddi əlamətlərə və ya simptomlara səbəb ola bilər, məsələn: yağlı qidalara qarşı dözümsüzlük; qusma; nəcisdə tünd qan və ya qara və ya qatran nəcis; tənəffüs problemləri; zəiflik hissi; səbəbsiz kilo itkisi; iştahanın dəyişməsi.
Ağırlaşmaları
Müalicə olunmazsa, mədə xorası əmələ gələmə riski arta bilər