Main

Pnevmokoniozlar

Pnevmokoniozlar peşəylə bağlı ağciyər xəstəliyidir, uzunmüddətli tozla nəfəs almaqla və diffuzlu interstisial fibrozun inkişafı ilə xüsusiyyətlənir. Dağ-mədən, kömür, asbest, maşınqayırma və sənayenin digər sahələrində işləyən fəhlələrdə rast gəlmək olar. Pnevmokoniozun inkişafı nəfəs alınan tozun fiziki və kimyəvi xüsusiyyətlərindən asılıdır.
Pnevmokoniozlar kliniki təsvirdə bir sıra oxşar əlamətlərə malikdirlər - yavaş, inkişafa meylli xroniki gedişat, çox vaxt iş qabiliyyəti pozulur; ağciyərdə dayanıqlı sklerotik dəyişikliklər.
Pnevmokoniozların aşağıdakı növlərini fərqləndirirlər: silikoz və silikatozlar, metallokoniozlar, karbokoniozlar, qarışıq tozlu pnevmokoniozlar (antrakosplikoz, siderosilikoz və s.), üzvi tozlu pnevmokoniozlar.
Silikoz - ən çox yayılmış və ağır gedişatlı pnevmokonioz, uzun müddət tozla nəfəs almaq nəticəsində inkişaf edir, tərkibində sərbəst silisium 4-oksidi olur. Çox vaxt müxtəlif dağ filizlərinin fəhlələrində olur (buruqçular, qazmaçılar, şaxtalarda dayaq vuran fəhlələr və s.), tökmə sexi fəhlələri (şırnaqçılar, təmizləyicilər, qəlibçilər və s.), odadavamlı materiallar və keramik məhsullar istehsalı fəhlələri. Xroniki xəstəlik kimi təzahür edir, inkişaf sürəti və ağırlığı müxtəlifdir, tənəffüs olunan tozun təcavüzkarlığından birbaşa asılıdır (tozun konsentrasiyası, sərbəst silisium 4-oksidin onda olan miqdarı, sıxlığı və s.), həmçinin toz faktorunun təsir müddətindən və orqanizmin individual xüsusiyyətlərindən asılıdır.
Patogenez
Tənəffüs yolları titrək epitelinin ardıcıl olaraq atrofiyası tozun tənəffüs üzvlərindən təbii yolla çıxmasını xeyli azaldır və alveollarda ilişib qalmasına şərait yaradır. İnterstisial ağciyər toxumalarında birincili reaktiv skleroz dönmədən tərəqqili gedişatlı inkişafda olur. 1-2 mkm ölçülü hissəciklər daha təcavüzkar olurlar, çünki bronxial ağacın dərin şaxələrinə girərək ağ ciyər parenximasına çatır və orada ilişib qalırlar. Müəyyən rolu mexaniki tozlar, həmçinin, ağ ciyər toxumasının toksik-kimyəvi zədələnməsi oynayırlar, lakin tozun aktivliyi əsasən kristal quruluşlarından və səthlərində silanol qrupunun (SiOH) olması ilə bağlı kristalların zülalları adsorbsiya etmək qabiliyyətindən asılıdır. Bu faqositlərin (yad cisimləri udan hüceyrələrin) lipoproteid mənşəli maddələrin (antigenlərin) ayrılması və silikotik düyüncüklərin formalaşması əsasında dayanan presipitasiya reaksiyasına girən yad cisimlərin yaranması ilə məhvinə gətirir. Fibroz prosesin tərəqqisi qan dövranının pozulmasına, limfostaza və birləşdirici toxumanın sonrakı şaxələnməsinə gətirir. Bütün bunlar iltihab və atrofik proseslərlə bərabər bronxlarda ağ ciyər emfizeması, ağ ciyər ürəyi və tənəffüs çatışmazlığına gətirirlər.
Simptomlar və gedişat
Xəstəlik qəfildən başlayır, adətən, toz təsiri şəraitində uzun stajlı işdə olur. İlkin kliniki simptomlar azdırlar: fiziki işdə təngnəfəslik, sinədə qeyri-müəyyən xüsusiyyətli ağrı, nadir hallarda quru öskürək. Birbaşa müayinədə çox vaxt patologiya tapılmır. Lakin hətta başlanğıc mərhələlərdə emfizemanın ilkin simptomlarını müəyyən etmək olar, əsasən döş qəfəsinin aşağı böyür şöbələrində inkişaf etməkdə olan qutu çalarlı perkutor səs, ağ ciyər kənarlarının və döş qəfəsinin hərəkətliliyinin azalması, tənəffüsün zəifləməsi. Bronxlarda olan dəyişikliklərin əlavə olunmasında bəzən quru xırıltılı sərt tənəffüs olur. Xəstəliyin ifadəli formasında təngnəfəslik hətta sakitlikdə də narahat edir, sinə ağrısı güclənir, döş qəfəsində təzyiq hissi artır, öskürək daimi olur və bəlğəmlə müşaiyət olunur, perkutor və auskultativ dəyişikliklərin təzahürü artır.
Diaqnoz
Pnevmokoniozun diaqnostikasında rengenoloji araşdırmalar əsas təşkil edirlər.

Profilaktikası və müalicəsi
Pnevmokoniozların profilaktikası prinsipləri də ümumidir, ilk növbədə istehsal sahələrinin havasının tozlanmasının maksimum azaldılmasına, ilkin (işə götürmə zamanı) və dövri tibbi müayinələrin aparılmasına yönəlmiş texniki və sanitar-gigiyenik tədbirlərin həyata keçirilməsinə əsaslanırlar. Məsələn, silisium tərkibli tozların təsiri ilə bağlı, işə götürülərkən əks göstərişlər ağciyər vərəmində, yuxarı tənəffüs yolları və bronxlarda, göz pərdəsinin bir sıra xəstəliklərində, dəri, allergik xəstəliklərdə təyin olunurlar. Hökmən ildə iki dəfə və ya iki ildə bir dəfə istehsalın təhlükə potensialından asılı olaraq dövri tibbi müayinələr aparılmalıdır. Profilaktikanın bioloji üsulları orqanizmin reaktivliyinin yüksəlməsinə və ondan tozun sürətlə çıxmasına yönəlmişlər. Ultrabənövşəyi şüalanma, qələvi qarqaraların tətbiqi, ümumi və tənəffüs gimnastikası məsləhət görülür;
Koniotik prosesin dayandırılması və zülal mübadiləsinin normallaşdırılmasına yönəlmiş xüsusi qidalanma təşkil olunur.

https://haqqinda.az/Pulmonologiya/44837-Pnevmokoniozlar.html