Poliomielit çox ağır formada sinir zədələnməsinə, iflicə, tənəffüs çətinliyinə və bəzən ölümə səbəb olan yoluxucu viral xəstəlikdir.
ABŞ-da təbii olaraq baş verən polimielit vəziyyəti ən son 1979-cu ildə görülmüşdür. Poliomielitə qarşı dünya miqyaslı bir mübarizə mövcud olsa da, polimielit Asiya və Afrika hissələrində uşaqlar və yetkinlərə təsir etməyə davam edir.
The Centers for Disease Control and Prevention (CDC) hər hansısa polimielit riski olan bir bölgəyə gedirsinizsə özünüzü xəstəliyə qarşı qorumağınızı məsləhət görür. Polimielit riski daşıyan bir əraziyə səyahət etməyi planlaşdıran peyvənd olunan insanlara inaktivasiya olunmuş poliovirus peyvəndi (İPV) köməkçi dozada verilir. Bundan sonra immunitet ömür boyu davam edir.
Simptomlar
Polimielit iflic və ölümə səbəb olmasına baxmayaraq, virusa yoluxmuş insanların əksəriyyəti xəstələnmir və onlar yoluxmuş olduqlarının fərqində olmurlar.
Qeyri-paralitik polimielit
Poliomielitin simptomları inkişaf edən bəzi insanlar, iflicə səbəb olmayan bir poliomielit tipi (abortiv polio) ilə qarşılaşır. Bu, adətən, digər viral xəstəliklərə xas olan eyni yüngül, qripə bənzər əlamətlər və simptomlara səbəb olur.
10 günə qədər davam edə biləcək əlamətlər və simptomlar aşağıdakılardır:
Paralitik polimielit
Xəstəliyin ən ciddi bu forması nadir hallarda olur. Qızdırma və baş ağrısı kimi paralitik polimielitin ilkin əlamətləri və simptomları tez-tez qeyri-paralitik polimielitə özünü oxşadır. Bir həftə ərzində, bu simptomlarda birgə digər əlamətlər və simptomlar meydana gəlir:
Post-poliomielit sindromu
Post-poliomielit sindromu polimielitdən illər sonra bəzi şəxslərdə yaranan əlillik əlamətləri toplusudur. Ümumi əlamətlər və simptomlar:
Siz nə zaman həkimə görünməlisiniz?
Polimielit yayılmış,dünyanın Orta və Cənubi Amerika, Afrika və Asiya kimi yerlərinə getməzdən əvvəl həkiminizə polimielit peyvəndi məsləhəti üçün müraciət edin.
Əlavə olaraq, həkiminizə müraciət edin, əgər:
Səbəbləri
Poliomielit Polivirusla yoluxmuş şəxslərlə birbaşa əlaqə yolu ilə və ya bəzən çirklənmiş qida və su yolu ilə ötürülə bilər. Poliovirusun daşıyıcısı olan insanlar virusları həftələrlə nəcis yolu ilə yaya bilirlər. Virusu olan, lakin simptomları görünməyən insanlar da virusu başqalarına ötürə bilər.
Risk faktorları
Polio əsasən 5 yaşdan kiçik uşaqlara təsir edir. Ancaq peyvənd olunmayan istənilən hərkəs xəstəliyin inkişaf riski altındadır.
Ağırlaşmaları
Paralitik polimielit müvəqqəti və ya daimi əzələ iflicinə,əlilliyə, sümük deformasiyalarına və ölümə səbəb ola bilər.
Profilaktika
Polimielitin profilaktikasında ən effektiv yol vaksindir.
Poliomielit vaksini
Uşaqların əksəriyyəti aşağıdakı dövrlərdə dörd dozada inaktivləşdirilmiş poliovirus peyvəndi (İPV) alır:
İPV zəifləmiş immunitet sistemi olan insanlar üçün təhlükəsizdir. Lakin vaksinin kəskin immun defisiti hallarında nə dərəcədə qoruyucu olduğu dəqiq deyil. Tez-tez rast gəlinən əlavə təsirlərə inyeksiya yerində ağrı və qızartı daxildir.
Vaksinə qarşı allergik reaksiyalar
İPV bəzi insanlarda allergik reaksiyaya səbəb ola bilər. Peyvəndin tərkibində antibiotiklərdən, streptomisin, polimiksin B və neomisin müəyyən miqdar olduğu üçün bu dərmanlara reaksiya verən şəxslərə vaksin vurulmamalıdır.
Allergik reaksiyanın əlamətləri və simptomları adətən inyeksiyadan bir neçə saat sonra dəqiqələr ərzində baş verir. Əlamətlər:
Hər hansısa bir kursdan sonra özünüzün və ya uşağınızın allergik reaksiyası varsa, dərhal tibbi yardım alın.
Böyüklər üçün peyvənd
İPV və ya oral polio vaksini (OPV) olan birincili vaksin almış xəstəlmə riskinə məruz qalan bəzi böyüklər İPV-in tək qüvvətləndirici kursunu alırlar.
İPV-in tək qüvvətləndirici dozası ömür boyu davam edir. Risk altında olan böyüklərə, dünyanın polimielitə yoluxma hallarının hələ də yüksək olduğu bir hissəsinə gedən və ya polimieliti olan xəstələrə yardım göstərənlər şəxslər daxildir.
Peyvəndiniz yoxdursa ya da peyvənd olunduğunuzla bağlı sənədiniz yoxdursa,ilkin polimielit peyvənd kursunu vurdurun-ilk iki dozanı 4-8 həftə aralığında və üçüncü dozanı ikinci dozadan 6-12 ay sonra vurduracaqsınız.