Polimorf işıq səpgisi günəş işığıyla təmasdan bir müddət sonra yanma hissi ilə birgə, qaşınan kiçik qırmızı qabarcıqlar, geniş çəhrayı-qırmızı səpgili sahələr və ya suluqlar şəklində meydana gəlir.
Polimorf sözü bir çox anlamlara gəlsə də, burada - işığa məruz qaldıqdan sonra yaranan dəri səpgiləri mənasını verir. Polimorf İşıq Səpgisi, günəş yanığı demək deyil.
Polimorf işıq səpgisinə kimlərdə rast gəlinir
• Qadınlarda kişilərə nisbətən daha çoxdur.
• Hər yaşda rastlanmasına baxmayaraq, ümumiyyətlə 30 yaşından əvvəl başlayır.
• Hər kəs məruz qala bilər, ancaq açıq bədənli insanlar daha çox məruz qalır.
Xəstəliyin görülmə dərəcəsi nə qədərdir və hansı zamanlarda daha çox rastlanır?
• Fərqli coğrafi bölgələrə görə dəyişərək cəmiyyətdə görülmə dərəcəsi 5-20 % arasındadır.
• Xüsusən yaz aylarında daha çox rast gəlinir. Ancaq bəzi insanlar qış aylarında belə bu xəstəliyə tutulur. Günəşli bir tətil xəstəliyə təkan verə bilər.
Polimorf işıq səpgisi irsi (genetik) xəstəlikdir?
• Bəzi xəstələrin ailələrində eyni xəstəliyə tutulan insanlar ola bilər. Bu səbəblə, xəstəliyin genetik və ekoloji faktorların birləşməsi ilə ortaya çıxması guman olunur.
Polimorf işıq səpgisi yoluxucu deyil və xəstəliyin dəri xərçəngi ilə heç bir əlaqəsi yoxdur.
Polimorf işıq səpgisinin səbəbləri nələrdir?
• Polimorf işıq səpgisi, immunitet sisteminin günəşə məruz qalıb dəridə dəyişikliyə uğrayan bir zülala qarşı verdiyi sərt təpgidir.
• Ultrabənövşəyi işıq şüaları - ultrabənövşəyi A və B şüalarının hər ikisi də polimorf işıq səpgisi xəstəliyini başlada bilər.
• Ultrabənövşəyi A, şüşədən və nazik paltarlardan keçə bilir, hətta floresan lampa işığına məruz qaldıqda belə, bu xəstəlik inkişaf edə bilər.
Polimorf işıq səpgisinin əlamətləri
• Tipik olaraq xəstəlik, günəşə məruz qalandan 2-3 gün və ya bir neçə saat ərzində ortaya çıxır. Bəzən 15 dəqiqəlik günəş altında qalmaq belə xəstəliyə təkan verə bilər.
• Qısa sürən yüngül səpgilərdən, xəstələrin həyat keyfiyyətini aşağı salan şiddətli səpgilərə qədər dəyişə bilər.
• Səpgilər insandan insana dəyişir. Ən çox rast gəlinən dəri səpgiləri kiçik qırmızı qabarcıqlar şəklindədir. Bundan əlavə böyük çəhrayı-qırmızı iri səpgilər və kiçik suluqlar formasında da olur.
• Günəşli havaya çox çıxmasanız səpgilər təxminən 1 həftəyə azalacaq. Ancaq yenidən günəş altında qalmağa davam etsəniz, səpgilər artar və gün işığı dəyməyən bədən sahələrinə də yayıla bilər.
• Sadaladığımız dəri əlamətlərinə qaşınma və yanma hissi də əlavə oluna bilər. Səpgilər azaldıqda isə yerlərində iz buraxmır.
• Səpgilər üz və əllərə daha az təsir göstərsə də, onlara qış aylarında hər zaman örtülü olan qollar və sinədə rast gəlmək olur.
• Mövcud olan səpgilər, dərinin günəş işığına zamanla uyğunlaşması səbəbilə, yay aylarında nisbətən azalır.
Polimorf işıq səpgisi diaqnozunun qoyulması
• Diaqnoz ümumiyyətlə günəş işığına məruz qalandan sonra, dəri səpgilərinin meydana gəlmə tarıxçəsi və klinik görüntüsünə görə qoyulur.
• Diaqnoz qoymada çətinliklər yarandıqda, xəstəliyi digər dəri xətləliklərindən fəqləndirmək məqsədiylə qan testləri, ehtiyac yarandıqda dəri biopsisi testi və ya dəriyə tətbiq olunan süni ultrabənövşəyi işıqlarla, dəri reaksiyasını araşdıran testlər də təyin olunaraq təsdiqlənə bilər.
Polimorf işıq səpgisinin müalicəsi
• Yüngül səpgili xəstələr günəş işıqlarından qorunarlarsa səpgilər öz-özünə yaxşılaşar.
• Günəş işıqlarından qorunmaq, yüksək ultrabənövşəyi qoruma faktorlu günəş kremləri istifadə etmək və təbii parçalardan paltarlar geymək kimi təməl tədbirlərə diqqət yetirilməlidir.
• Kortikosteroid ehtiva edən krem və məlhəmlər, qaşınma əleyhinə antihistamin məhlulu istifadə edilməsi faydalı ola bilər.
• Ağır xəstələrdə daxilə qəbul üçün kortikosteroid və ya antimalaryal tərkibli dərmanlar təyin olunur.
• Yuxarıdakı tədbir və müalicə üsullarına baxmayaraq səpgiləri azalmayan xəstələrə işıq müalicəsi tətbiq oluna bilər.
• İşıq müalicəsi (fototerapiya)
Müalicəylə xəstəlik tamamilə sağalırmı?
• Polimorf işıq səpgisi müalicə olunsa da bəzi hallarda xəstəlik tam sağalmaya bilər.
• Ancaq günəş şüalarından qorunmaq və günəşə qarşı qoruyucu kremlərdən istifadə edildikdə dəri səpgilərinin qarşısı alina bilər.
• Bir çox insanlarda xəstəlik hər il təkrar olunur. Xəstəliyinizin ağırlığını dərk edərək, günəşdə həddindən artıq çox qalmamaq, özünüzü qorumaq xəstəliyin şiddətini azalda bilər.
• Xəstəlik illər keçdikcə yüngülləşir. Xüsusilə qadınlarda menapoz dönəminə girdikdən sonra bu xəstəlik sağala bilər.
Xəstəlikdən qorunmaq üçün nələrə diqqət yetirmək lazımdır
• Günəşdən qoruna bilmək çox vacib nüansdır. Xüsusilə günəşli havaya saat 11.00 ilə 15.00 arası çıxmaq tövsiyyə edilmir.
• Mümkünsə uzun qollu paltarlar geyilməli və geniş papaqlar, şlyapalar geyinilməlidir.
• Günəşdən qoruyucu kremlər te-tez tətbiq olunmalı, suyla təmas sonrası təkrar istifadə olunmalıdır.
Günəşdən qoruyucu kremlər həm UVA həm də UVB qarşı təsirli və ən az 30 qoruma faktoru olanlara (SPF 30) üstünlük verilməlidir. Ancaq günəşdən qoruyucu kremlər tək başına yetərli olmaya bilər.