Main

Protez dişlər

Diş protezləri, ağız pozulan təbii diş quruluşunun düzəldilməsi və ya əksik olan dişlərin yerinin tamamlanması üçün tətbiq edilən süni dişlərdir. Bu protezlər toxumaların sağlamlığını, rahatlığını qorumaq məqsədi daşıyır.

Diş sahəsində edilən protez tətbiqi bu istiqamətdədir:

  • Hərəkətli (tam və ya hissəli) protezlər
  • Sabit protezlər (metal və ya metalsız zirkon qapaq)
  • İmplant üzərinə edilən sabit və ya hərəkətli protezlər
  • Ağızdakı təbii diş kökləri üzərinə edilən protezlər
  • Çənə və üzdəki sərt, yumşaq toxuma itkisi zamanı tətbiq edilən protezlər

Hərəkətli protez termini dedikdə xəstənin özünün bunu taxıb çıxarda bilməsi nəzərdə tutulur. Protezlər bir neçə əksik diş üçün, bütün ağız çənəsi üçün də hazırlana bilər.

Protezlər, xəstənin ağız nahiyəsində qalan şəxsi təbii dişlərinin yer dəyişdirməsinin qarşısını alır. Təbii dişlər itirildiyi zaman yandakı dişlər əyilərək boşluğa keçə bilər. Bu da dişlərin daha tez çürüməsinə yol açır.

Əksik dişlərin yerinə qoyulan protezlər çeynəməyi və qidaların üyüdülməsini rahatladacaqdır. Əks halda əksik dişlər damağa da zərər verir.

Dişlər danışığa da təsir göstərir. Protez ilə düzəldilən ağız boşluğu pozulan danışığın da düzəlməsini təmin edir.

Bununla yanaşı dişlərin əksikliyi üz ifadəsini də yaxşı görsətməyə bilər. Dodaq əyilmələri baş verir.  Estetik görünüşün düzəldilməsi üçün əksik dişlərin əvəzinə protez qoyulmalıdır.

Ümümiyyətlə itirilən dişlərin yerini doldurmaq üçün iki metod məlumdur - implantasiya və protezləşmə.

Bunlardan birini seçmək üçün implant və protez arasındakı fərqlər, onların müsbət və mənfi cəhətləri haqqında məlumatlı olmalıyıq.

  • Başqa dişlərə verilən zərər. Protez hazırlanması üçün boşluğun hər iki yanındakı ən az iki dişin kəsilməsi lazımdır. Ölçü alınandan sonra hazırlanacaq protez kesilməli olan dişlərin üstünə yapıştırılır. İmplant hazırlamaq üçün, əskiy olan diş boşluğundakı çənə sümüyünə titanyum vint yerləşdirilir. Yanındakı dişlərə heç bir zərər verilmir.
  • Istifadə müddəti. İmplant protezə nisbətən daha uzun müddət, hətta bir ömür boyu, istifadəyə yararlı vəziyyətdə qala bilər.
  • Funksionallıq. İmplant protezə nisbətən çeynəmə ve danışma funksiyasını yerinə yetirmək və estetik görünüş (təbiilik) cəhətdən daha üstündür.
  • Risklər. Protezin diş əti xəstəliyi yaratma riski daha yüksəkdir.
  • Protez implanta nisbətən daha az vəsait tələb etməyinə baxmayaraq, daha davamsız və qısamüddətlidir.

Protezlər taxıldıqdan 1 həftə sonra ilk müayinə olmalıdır. Digər yoxlamalar isə 6 ayda bir və daha sonra ildə bir dəfə olmalıdır. Problem yaranarsa həkimə dərhal müraciət edilməlidir.

https://hekimtap.az/az/sa%C4%9Flaml%C4%B1q/sa%C4%9Flam_h%C9%99yat_t%C9%99rzi/protez-di%C5%9Fl%C9%99r-n%C9%99dir-faydalar%C4%B1-44959

https://www.facebook.com/mohammaddavudov/photos/implantasiya-v%C9%99-protezl%C9%99%C5%9Fm%C9%99itiril%C9%99n-di%C5%9Fl%C9%99rin-yerini-doldurmaq-%C3%BC%C3%A7%C3%BCn-iki-metod-m%C9%99l/1578922792152345/?paipv=0&eav=AfbWTWi_jvPWHtaKg69msLRU3UFYG4fzutxhGtna3ix6GUDjxKA4RQgil2TnB5V5fwI&_rdr