Main

Qadınlarda çanaq orqanlarının sallanması və prolapsı

Qadınlarda çanaq orqanlarının sallanması və prolapsı – vagina divarlarının və kiçik çanaq orqanlarının (uşaqlıq, sidik kisəsi, bağırsaq) aşağı düşüb, vaginadan kənara çıxaraq çölə doğru sallanmasıdır.
Səbəbləri :
- Uzunmüddətli travmatik doğuş;
- Yerli estrogenlərin çatışmazlığı;
- Qarın içi təzyiqin artması ilə müşayiət olunan xəstəliklər (bronxit, astma, qəbizlik və s.);
- Artıq çəki;
- Həmçinin hərəkətsiz həyat tərzi də sistoseli inkişaf etdirən amillərdən biri ola bilər.
Simptomları:
Çanaq orqanların anormal mövqeyi sidik kisəsinin (tez-tez sidik çağırışları, sidik ifrazının çətinləşməsi, xroniki sidik ləngiməsi, təkrarlanan infeksiyalar),
düz bağırsağın (qəbizlik, defekasiyanın çətinləşməsi) fəaliyyətərində ciddi pozğunluqlara, cinsi əlaqənin çətinləşməsinə gətirib çıxarır.
Konservativ müalicə aşağıdakı üsullarla aparılır:
- Həyat tərzinin dəyişməsi və artıq çəki ilə mübarizə
- Fiziki yüklənmə səviyyəsinin aşağı salınması
- Qəbizliyin və tənəffüs xəstəliklərinin profilaktikası;
- Çanaq əzlələrinin inkişaf etdirilməsi
- Lazer texnologiyalarından istifadə olunaraq sistoselin ləğvi minimal invaziv texnologiya ilə həyata keçirilir. Bu proseduru 1 və 2-ci dərəcəli sallanmalarda etmək mümkündür.
Ciddi 3 və 4-cü dərəcəli sallanmalarda isə Sistoselin ləğvi əməliyyatı icra olunur. Bu əməliyyat sintetik torla və ya torsuz icra oluna bilir.Tor zədələnmiş və ya zəifləmiş çanaq əzələlərini əvəz edərək, çanaq bölgəsindəki orqanlara dayaq olur. Bu əməliyyat çanaq bölgəsindəki müxtəlif orqanların (sidik kisəsi, uşaqlıq, nazik bağırsaq kimi) sallanmasından əziyyət çəkən qadınlara məsləhət görülür.

https://proktoloq.az/qadinlarda-canaq-orqanlarinin-sallanmasi-v%C9%99-prolapsi/