Biz yemək yeyən zaman mədəmiz turşu ifraz edir. İfraz edilən turşunun rolu mədəyə daxil olan qidanı həzm etməkdir. Təsəvvür edin ki, onun aqressivliyi avtomobil akkumulyatorlarında olan turşu ilə müqayisə edilə bilər. Amma mədəmiz elə qurulmuşdur ki, belə aqressiv turşu ilə təmasdan zədələnmir. Amma qida borusu mədə turşusu ilə təmasda olmağa hazır deyil və onun təsirindən zədələnə bilir. Normada qida borusunun mədəyə keçdiyi yerdə qapaq mexanizmi mövcud olur və qida mədəyə daxil olan bu qapaq açılır, mədə dolu olan zaman isə qapanaraq qidanın və mədə mötəviyyatının geri qayıtmasına imkan vermir. Bu qapağa aşağı ezofagial sfinkterdə (qida borusu və mədəni ayıran qapaq) deyilir. Qapaq mexanizminin yetərsizliyi hallarda mədənin turş möhtəviyyatı qida boruna keçir və onu zədələyərək iltihab törədir. Odur ki, mədə mötəviyyatının qida borusuna geri qayıtması və onu zədələməsi Qastroezofageal Reflüks Xəstəliyi (QERX) adlanır.
QERX-in Səbəbləri
Qida borusu və mədəni ayıran qapağı təşkil edən əzələlərin tonusdan düşməsi və ya mədə daxilində təzyiqin artması mədə möhtəviyyatının geriyə – qida borusuna qayıtmasına səbəb olur. Sfinkter (qapaq) əzələlərinin tonusdan düşməsinə aşağıdakı faktorlar təsir edə bilər:
Mədədə təzyiqin artmasına təsir edən faktorlar:
QERX-in əlamətləri
QERX diaqnozu
QERX-in müalicəsi
QERX-in müalicəsində ilkin tatika konservativ müalicədir. Həkimlər ilk növbədə sizə bir çox zərərli vərdişləri tərgitməyi və yaşam üslubunuzda dəyişiklik etməyi tövsiyyə edəcək. Bunlara aşağıdakılar aid ola bilər:
QERX-in konservativ müalicəsində yaşam üslübunda dəyişikliklə yanaşı dərman maddələrinin qəbulu da məsləhət görülür. Bu dərmanlara antiasid, yəni mədənin turşu ifrazını azaldan və ya onu neytrallşdıran dərmanlar aid edilir. Bununla yanaşı, mədədən qidanın evakuasiyasını sürətləndirən dərmanlar da tövsiyyə edilə bilər.
QERX-in uzun zaman kəsiyində aparılan konservativ müalicəsi mümkün olmusa cərrahi əməliyyat məsləhət görülür. Bu gün geniş istifadə olunan əməliyyat növü Nissen üsulu ilə Fundoplikasiya adlanır. Fundoplikasiya əməliyyatı açıq və laparoskopik yolla həyata keçirilə bilər. Son zamanlar laparoskopik fundoplikasiya QERX- xəstələri üçün standart əməliyyat hesab edilir.
Fundoplikasiya zamanı qida borusunun distal hissəsi, yəni mədəyə keçən hissəsi tam sərbəstləşdirilir və mədənin dibi qida borusunun arxasından soldan sağa keçirilək qida borusunun önundə manjet formalaşdırılır. Bu manjet qida borusu və mədə arasında olan qapaq mexanizmini bərpa etmiş olur və xəstənin şikayətlərini aradan qaldırır.
https://ruslanagaev.az/qastroezofageal-refluks-xesteliyi-qerx-nedir/