05
Yan
Qazlı qanqrena – havasız şəraitdə əzələdaxilində orqanizmdə inkişaf edən infeksiyadır.
Səbəbləri
Xəstəlik torpaqda və küçə tozunda rast gəlinən kostridiyalar tərəfindən törədilir. Torpaqla çirklənmiş yaralar, ilkin cərrahi müdaxiləyə məruz qalmayan, eləcə də qanla az təchiz olunan toxumalar daha çox qazlı qanqrenaya səbəb olurlar. Bu zaman törədici mikrob qaz əmələ gətirən ekzo və endotksinlər ifraz edir ki, bu da infeksiyanın yayılmasına asanlıqla şərait yaradır.
Simptomları
Mikrob orqanızmi yoluxdurduqdan 6 saat sonra xəstənin ümumi vəziyyəti pozulur. Xəstədə yüksək qızdırma, taxikardiya müşahidə olunur. Dəri örtükləri bozumtul-göy rəngdə olur. Yara çox ağrılı, kənarları solğun, şişkin, dibi quru olur. Yarada görünən əzələ qalıqları bişmiş əti xatırladır. Yaranın kənarına basdıqda toxumalardan xoşagəlməz iyli, qazlar xaric olur. Xəstənin vəziyyəti kəskin pisləşir, şok baş verir.
Diaqnostikası
Diaqnoz xarakter yara, ümumi intoksikasiyaya görə qoyulur. Diaqnoz rentgenoloji və mikroskopik müayinə ilə təsdiq olunur.
Müalicəsi
Müalicə həkim-cərrah tərəfindən aparılır. Bu zaman həkim ölmüş toxumaları kəsir, irinin xarıc olmasına yol açır, yara hidrogen peroksid məhlulu ilə yuyulur, antibiotiklər yeridilir, yara açıq saxlanılır. İntoksikasiya sürətlənərsə, ətraf müvafiq yerdən amputasiya olunur.
Profilaktikası
Profilaktikası çirklənmiş yaralara vaxtında ilkin cərrahi yardım göstərilməsindən ibarətdir.