Heç bir sağlamlıq problem olmayan insanın halının anidən pisləşməsi və bununla bərabər təqribən bir saat ərzində gerçəkləşən ölüm, qəfil ölüm olaraq qəbul edilir.
Qəfil ölümün müxtəlif səbəbləri olsa da, əksəriyyəti ürəklə bağlıdır. Qəfil ölümün ən çox görülən səbəbi ani aritmiyalardır. Ventriküler taxikardiya və mədəcik fibrilasiyası ani ölümə səbəb olan ən çox görülən aritmiyalardandır. Kardiyak səbəblər əsasən koronar arteriya xəstəliyi əsasında inkişaf edən ani ritm pozğunluqlarıdır. Məşhur inancın əksinə olaraq, infarkt ani ölümün ən çox yayılmış səbəbi deyil. Ürək böhranı zamanı qəfil ölüm adi hal olsa da, qəfil ölümlərin əksəriyyəti əsas xroniki koronar arteriya xəstəliyi əsasında baş verir. Ürəkdən başqa, iflic (insult), böyük arteriya xəstəlikləri (anevrizma yırtığı) və ağciyər emboliyası kimi səbəblər ümumi səbəblər sayılır.
Qəfil ölüm məlum, diaqnozu qoyulmuş xəstəlikləri olan xəstələrdə baş verə bilər, lakin təəssüf ki, “məlum” xəstəliyi olmayan insanlarda da baş verə bilər. Əslində, bəzi insanlarda ani ölüm koronar arteriya xəstəliyinin ilk, uğursuz əlaməti ola bilər. Odur ki, ürək sağlamlığınıza fikir verin və müayinədən keçin; Ürək risklərinizi bilin və onları azaltmaq üçün yardım alın.
Qəfil ölüm riskinin yüksək olduğu xəstəliklər və şərtlər
Qəfil ölüm riskini proqnozlaşdırmaq olarmı?
Təəssüf ki, bu gün qəfil ölüm riskini tam və dəqiq müəyyən etmək üçün qəti bir üsul yoxdur. Daha əvvə baş verən qəfil ölüm təhlükəsi, ürək dayanması keçirmiş və xilas edilmiş insanlarda, tədbir görülmədikdə, ani ölüm riski çox yüksəkdir.
Genetic miras alınmış, anadangəlmə ürək əzələsi xəstəliklərində ailədə ani ölüm və huşunu itirmə ataklarının yaşanması ən vacib əlamətləridir.
Koronar arteriya xəstəliyində ürəyin daralma gücü (ejeksiyon fraksiyası) azaldıqca ani ölüm riski artır. Əvvəllər huşunu itirmə atakları keçirmiş və ya aritmiya atakları diaqnozu qoyulmuş insanlarda ani ölüm riski də yüksəkdir.
Qəfil ölüm vəziyyətində necə müdaxilə etmək olar?
Qəfil ölüm baş verəndə ediləcək yeganə şey “ürək-ağciyər reanimasiyası”dır. Bu müalicəni həkimlər, səhiyyə işçiləri və bu mövzuda müvafiq təlim keçmiş insanlar həyata keçirə bilər. Ancaq xəstəxana xaricində meydana gələn ani ölüm hallarında müdaxilə edilsə belə, insanın sağ qalma şansı təəssüf ki, çox aşağı olur. Sivil cəmiyyətlərdə hər bir fərdin qəfil ölümə qarşı ilk yardım təlimi alması tövsiyə olunur.
Qəfil ölümün qarşısını almaq olarmı?
Bəli mümkündür. Bu gün məlumdur ki, koronar arteriya xəstəliyinin riskini və şiddətini azaldan bəzi dərmanlar (xüsusilə statin qrupu xolesterol preparatları) ümumiyyətlə ani ölüm də daxil olmaqla ölüm riskini azaldır.
Bundan əlavə, daha əvvəl qəfil ölümatakı keçirmiş və xilas edilmiş insanlar və ya qəfil ölüm riski yüksək olduğu düşünülən insanlar üçün ani ölüm təhlükəsinə qarşı xüsusi cihazlar (implantasiya edilə bilən kardioverter-defibrilator; ICD) mövcuddur. Bu cihazlar kiçik bir əməliyyatla bədənə yerləşdirilir və davamlı olaraq ürək ritminə nəzarət edilir. Ani ölümə səbəb olacaq aritmiya yarandıqda dərhal aşkar edib lazımi müalicəni həyata keçirirlər.
https://draliserdarfak.com/ani-olum-nedir-onlenebilir-mi/
tercume