Main

Qırmızı yastı dəmrov (Lichen ruber planus)

Qırmızı yastı dəmrov nədir? 
Dəri və dəri təbəqəsini (dırnaq, tük) selikli qişaları zədələyən xroniki gedişli, iltihablı dəri xəstəliyidir. Bu xəstəlik psoriaz və seborik dermatitlər qədər olmasada dəri xəstəlikləri arasında geniş yayılmışdır.
Qırmızı yastı dəmrovun etiologiyası  
Etiopatogenezi tam öyrənilməsədə, müxtəlif antigenlərə qarşı yaranan toxuma immunitetinin verdiyi cavab reaksiyası kimi qiymətləndirlir. Epidermis qatına yönələn T-limfositlərlər bazal qatın degenarasiyasına səbəb olur. Çox zaman hepatit C və B xəstəliklərində eləcə də şəkər xəstələrinin bir çoxunda qırmızı yastı dəmrov xəstəliyi müşahidə olunur. Bu hepatit xəstələrində zədələnən qaraciyər toxumasında yaranan antigenlərin, dəridə bəzi antigenlərlə oxşar olmasından səbəbiylə toxumaların verdiyi reaksiya ilə qiymətləndirilir. Çox az hallarda ailənin bir neçə fərdində müxtəlif dönəmlərdə rast gəlinir. Bu xəstəliyə bəzən peyvəndlərdən sonra da rast gəlmək olar.                        
Qırmızı yastı dəmrovun əlamətləri         
Səpgilər əsasən lokal bir sahədə qruplaşmış və ya dağınıq ola bilər. Səpgilər yastı papulalar formasında olub, ölçüləri bir neçə mm-dən 1 sm arasında dəyişir. Dəridən bir az qabarıq, sərhədləri çox da kəskin olmayan, bənövşəyi rəngli, parlaq, iltihablıdır. Çox zaman papulalrın üzərində ağ və ya boz rəngli xaotik cizgilənmə (Uikxam cizgiləri) müşahidə olunur. Səpgilərin üzərini duru yağ ilə sildikdə və dermatoskopla baxdıqda bu cizgilənmə çox aydın görünür. Qırmızı yastı dəmrov çox zaman şiddətli qaşınma ilə müşahidə olunur amma buna baxmayaraq dəridə ekskorasiya(dərinin cırılması,sıyrılması,qopardılması) rast gəlinmir.Xəstəlik 30-60 yaş arası insanlarda daha çox rast gəlinir. Xəstələrin 5% i uşaqlardı. Qadınlarda kişilərə nisbətən daha çox müşahidə olunur. QYD (Qırmızı yastı dəmrov)-da papulların sayı ortalama 20-40 arası dəyişir amma buna baxmayaraq az hallarda belə xəstəliyin bəzi formalarında bütün bədən papulalarla örtülmüş ola bilər. QYD xəstəliyin ilkin dövürlərində səpgilər bir neçə həftə ərzində arta bilir və bundan sonra uzun müddət dəyişiklik göstərmədən sadəcə qaşınma ilə yaxud da qaşınma olmadan lal bir dövr keçirir. Bəzən 1-2 il ərzində səpgilər dəyişməz qala bilər və bu da insanlarda narahatçılıq yaradır. Səpgilərin ən çox rast gəlinən bölgələri - əl  biləyinin iç səthi, baldırın aşağı-iç hissəsidir amma buna baxmayaraq bədənin istənilən nahiyəsində rast gələ bilər. Xəstəlik dərinin travmaya (sürtülən,əzilən və s) məruz qalan bölgələrində daha tez yaranır. Xəstəliyə diaqnoz qoymaq məqsədilə Köbner fenomenindən istifadə edilir. Zədələnmiş nahiyədə xarakterik olaraq zədə nahiyəsi boyunca dəmrov papulalarının yaranmasını görmək olar.       
Qırmızı yastı dəmrovun növləri
Qırmızı yastı dəmrov xəstəliyin müxtəlif formalarına rast gəlmək olar. Kəskin formada səpgilər bədənin əksər hissəsini əhatə edir və çox zaman şiddətli qaşınma ilə müşahidə olunur. Bəzən yalnız əl və ayaqların iş səthini tutan formalara rast gəlinir. Bu zaman daha çox əl və ayaqların iç səthində dərinin kobud formada qalınlaşması, düyünlü və şiddətli qaşıntıların olması eləcə də müalicəyə çox çətin tabe olması görünür. Bundan başqa xəstəliyin özündən sonra dəridə kəskin fərq yaradan pigment ləkələri əmələ gəlir və səpgilərin yayıldığı sahə boyunca tünd rəngdə, sağlam dəridən kəskin fərqlənən piqmentli bir sahə yaranır. Bu ləkə uzun müddət solmaya bilər. Qırmızı yastı dəmrov baş dərisındə saçların dibinə yayılır və dəridə iltihablı xəstəlik yaradaraq saçların tökülməsinə səbəb olur. Xəstəliyin bu follikulyar forması zamanı çox zaman tökülən saçların bərpası mümükün olmur.

Çox az hallarda bu xəstəlik dırnaqları zədələyə bilir. Dırnaqlarda xəstəliyin özünəməxsus zədələnməsi müşahidə olunur ki, bu da dırnaqların ortadan ikiyə bölünməsidir.

QYDun selikli qişaları zədələyən formalarda ən çox ağız boşluğunda ağ rəngli, sərt yapışqan, bəzən üzəri hiperkeratozla örtülü, dəridən biraz qabarıq lezyonlar müşahidə olunur. Bu lezyonlar ağız boşluğunun hər yerində dildə, yanaqlarda, diş ətində rast gəlinir.

Genital bölgələrin selikli qişasında da dəmrov lezyonları yarana bilər və qadınlarda bu ancaq ginekoloji baxış zamanı ayırd edilir. Bulyoz formada isə dəridə xarakterik papulalarla yanaşı  içərisi maye ilə dolu qabarcıqların olması diqqət çəkir.   
Qırmızı yastı dəmrovun diaqnozu         
Diaqnoz əsasən kliniki göstəricilərə görə təyin olunur. Yuxarıda qeyd olunan əlamətlərin varlığı, həkimin düzgün yanaşması və başqa oxşar xəstəliklərlə düzgün differensasiya etməsi diaqnoz qoymağa imkan verir. Xəstəliyin ağır formalarında biopsiya üçün material götürülməsi və histopatoloqun xarakterik göstəriciləri qeyd etməsi ilə də diaqnozu qətiləşdirmək mümkündür.          
Qırmızı yastı dəmrovun müalicəsi      
Xəstəlik əsasən yerli təyin olunan steroid krem və məlhəmlərlə aparılır. Dirəncli formalarda daxilə təyin olunan steroid preparartlar və immunosupressor dərmanların təyinatı vacibdir. Eləcədə yanaşı xəstəliyin təyin olunması və paralel müalicənin aparılması çox qısa zamanda  uğurlu nəticənin alınmasına zəmin yaradır.  
Xəstəliyin profilaktikası  
Travmalardan uzaq durmaq və qıcıqlandırıcı qidalardan çox istifadə etmək məsləhət görülülmür.