Xəstəlik iltihabi və qeyri iltihabi ola bilər. İltihabi ödem udlağın, qırtlağın müxtəlif xəstəlikləri, bəzi kəskin və xroniki infeksion xəstəliklər qızılca, skarlatina,qrip tuberkulyoz zamanı inkişaf edir. Ödemlər bəzən allergiya, travmalar, qaynar qida ilə, turşu, qələvi məhlulları ilə yanıqlar zamanı traxeobron xoskopiya ilə müşahidə olunur. İltihabi ödemlər ürək çatışmazlığının bəzi formaları, böyrək xəstəlikləri zamanı müşahidə oluna bilər. Bu kataqoriyaya Kvinke tipli angionarotik ödem də aid olunur. Qırtlağın ödemi marfoloji olaraq selikli qişanın dərin qatlarında və əzələ arası birləşdirici toxumada müxəlif dərəcəli eksudasiya ilə xarakterizə olunur.
Simptomları:
Qırtlaq ödeminin əlamətləri qırtlaq boşluğunu daralma dərəcəsində və onun yayılma sürətindən asılıdır. İltihabi ödem zamanı udma zamanı ağrı, yad cisim hissiyatı, tənəffüsün çətinləşməsi, səsin dəyişməsi qeyd olunur. Bu əlamətlər prosesin selikli qişaya, çalovabənzər qığırdaqlara, səs büküşlərinə, büküş arası boşluğa yayılması zamanı daha da güclənir. Belə hallarda kəskin stenoz, boğulma əmələ gələ bilər ki, bu da xəstənin həyatı üçün təhlükəlidir.
Diaqnozu:
Laringiskopik müayinə.
Müalicəsi:
Xəstə qospitalizasiya edilməlidir. Kiçik həcmli ödem qısa zaman ərzində sürətlə böyüyüb, yayılaraq qırtlaq stenozuna səbəb olur. Oksigen inhibasiyası, antibiotiklər, antihistanin, preparatlar və s. təyin olunur.