Dəri xəstəlikləri arasında tez tez rast gəlinən qoturluq xəstəliyidir.
Qotur dərinin parazitar xəstəliyidir. Qaşınan qotur mikroskopik gənələr tərəfindən törədilir. Bu ümumi dəri probleminə bütün dünyada rast gəlinir və bütün canlılara aiddir. Chox vaxt qoturluq xəstəliyini neyrodermit, ekzema,kontakt dermatit, psoriaz xəstəlikləri lə səhv salırlar.
Qoturluq xəstəliyinə necə yoluxulur?
Qoturluqa yoluxma xəstə ilə birbaşa təmasda olduqda və ya yoluxmuş xəstənin paltar və yataqindan istifadə etdikdə yoluxma baş verir. Qoturluq insanların çox toplandığı yerlərdə, insanların bir-birilə təmasda olduğu məkanlarda (məsələn, uşaq bağçalarında, müalicə müəssisələrində) sürətlə yayılır. Qoturluğa səbəb olan gənələr asanlıqla ailə üzvlərinə keçə bilər.
Qoturluq xəstəliyinin əlamətləri hansılardır:
Qoturluğa yoluxmuş insanda simptomlar 1-6 həftədən sonra başlaya bilər. İlk simptomlardan biri qaşınmadır. Qaşınma əsasən axşam saatlarında intensivləşir və ilkin mərhələdə dəridə qoturluq yolları gözə çarpmağa başlayır və 4-6 həftə ərzində bədənin bütün nahiyələrinə yayılır. Qoturluq yolu tünd qara rəngdə olur və uzunluğu 0,5-1 sm qədər olur. Qoturluq yolunun səthində 2 qara nöqtə görünür – gənənin girdiyi və çıxdığı yer. Qoturluq ən çox əl barmaqlarının arasında, büküklərdə, dirsəkdə, bilək nahiyəsində, sarğıda olur. Qoturluq çox vaxt piodermiya xəstəliyi ilə fəsadlaşır, çünki qaşınma zamanı dırnaq sıyrıntıları dərinin tamlığını pozur və irin törədən mikrobların orqanizmə keçməsi üçün şərait yaranır.
Qoturluğun diaqnozu necə qoyulur?
Diaqnoz adətən həkimin səpgilərə baxmasından sonra qoyulur. Mikroskopik olaraq gənə və yumurtaları və konkrementlər tapılır. Əgər mikroskopik və biopsiyanın nəticəsi mənfidirsə, bu diaqnozu tamamən inkar etmir. Adətən, yoluxmuş orqanizmdə 10 dənədən çox varsa, qızdırma ola bilər. Bu da infeksiyanı üzə çıxarmağı asanlaşdırır.
Qoturluğun müalicəsi varmı?
Qoturluq xəstə liyinin müalicəsi var. Nə qədər tez aşkar olunarsa o qədər də tez müalicə effektini almaq olar.