Qrip bizi narahat etsə də, çox rastlaşdığımız bir haldır.Qrip virusun səbəb olduğu respirator(tənəffüs sistemi) xəstəlikdir. Qrip yüksək kontagiozluğa (yoluxdurma qabiliyyəti) malikdir və normal olaraq, öskürmə, asqırma ilə digər insanlara yoluxur.
Siz həmişə xəstə biri ilə kontaktda olarkən (məs.əl-ələ görüşərkən) qripə yoluxa bilərsiniz. Yetkin şəxslərdə kontagiozluq simptomlar yaranmadan 1-2 gün öncə başlayır və xəstəlik başlayandan 7 gün sonraya qədər artır. Bu o deməkdir ki, siz hətta virusla yoluxduğunuzu bilmədən öncə, xəstəliyi başqa birinə də yoluxdura bilirsiniz.
Qrip viruslarının 3 növü mövcuddur-qrip A,qrip B və qrip C.A və B virus növləri ABŞ və Avropada hər qış yaşanan mövsümi epidemiyalara səbəb olur.C tipli virus növü yüngül respirator xəstəliyə səbəb olur və epidemiyalar yaratmır.
Simptomları
Qarışıq qrip ağır bir soyuqdəymə əlamətləri ilə ortaq əlamətlərə sahib olur. Bu əlamətlərə burunun axma və ya tutulması, boğaz ağrısı və öskürək daxildir. Aşağıdakı simptomlar sizə onları ayırd etməkdə köməklik edəcək. Qripdə olub ağır soyuqdəymədə olmayan simptomlar:
Bundan başqa həzm sistemində ürəkbulanma, qusma və diareya kimi pozğunluqlar yarana bilər. Bu pozğunluqlar uşaqlar arasında böyüklərə nisbətən daha çox rast gəlinir.
Normal halda simptomlar 1 həftəyə qədər uzana bilir. Ancaq əzgin və yorğun hissetmə, halsızlıq bir neçə həftə davam edə bilir.
Qeyd etmək lazımdır ki, hərkəsdə xəstəlik bütün simptomların yaranması ilə müşahidə olunmur. Məsələn, xəstələrin qızdırma olmadan da qrip keçirməsi mümkündür.
Qripin erkən simptomları:
Müalicəsi
Qrip virus mənşəli xəstəlik olduğuna görə antibiotiklər bu xəstəliklə paralel hər hansısa bakterial mənşəli xəstəlik halı yoxdursa,xəstəyə heçbir təsir göstərmiyəcəkdir. Bəzi hallarda antiviral dərman preparatları (oseltamivir(Tamiflu) və zanamivir (Relenza)) təyin edilə bilər.
Ağrıkəsicilər bədən və başağrısı kimi bəzi simptomları yüngülləşdirə bilər. Bəzi ağrıkəsicilər, məsələn, aspirin 12 yaşdan kiçik uşaqlara təyin edilə bilməz.
Qripə yoluxmuş xəstə nə etməlidir:
Yaxşı olar ki, şəxs evdə tək qalsın və yaxınlarından biri ona arada baş çəksin.
Əgər bu hallar varsa həkimə məlumat verilməlidir:
Əgər bu hallar sizi narahat edirsə həkiminizə müraciət edin. Həkimə zəng vurmaq sizin üçün yanına getməkdən daha rahat olacaqdır.
Ağırlaşmaları
Bir çox halda qrip ciddi bir xəstəlik olmur, sadəcə, xəstəyə narahatçılıq verə bilir. Lakin buna baxmayaraq, bəzi insanlarda bəzi ağırlaşmalar ola bilir. Bu hallar əsasən immuniteti aşağı olan şəxslərdə-uşaqlarda, yaşlılarda və bəzi uzun müddətli xəstəlik keçirən şəxslərdə yaranır.
Ağırlaşma riski daha yüksək olan insanlar:
Bəzi ağırlaşmalara qrip virusuna bakterial pnevmoniyanın,dehidratasiyanın, konjestif ürək çatışmazlığı, astma və ya diabet kimi ağırlaşan tibbi problemlərin qoşulması səbəb olur. Uşaqlarda qulan infeksiyaları və sinus problemləri inkişaf edə bilir.
Profilaktikası
Qrip vaksini yenidən qriplə yoluxmaqdan qoruyan ən yaxşı vasitədir.
İki tip vaksin mövcuddur: vaksinin inyeksiyası və nazal-sprey yolu ilə bədənə daxil edilməsi. Vaksin iynə ilə vurulursa (əsasən qoldan) tibbi şərtləri uyğun olan,6 aydan yuxarı olan uşaqlar da daxil olmaqla hərkəsə təyin oluna bilər.Nazal-sprey vaksini zəiflədilmiş canlı qriv viruslarından hazırlanmış vaksindir.
Mövsümi qrip vaksini:
Qrip vaksini özündə 3qrip virusunu birləşdirir:
Bu viruslar şəkillərini dəyişdirə bilir. Buna görə də müəyyən vaxtda hansı virusun necə təsir göstərdiyini alimlər hər il üzərində işləyərək öyrənir və vaksin hazırlayırlar. Vaksin vurulduqdan təxminən, 2 həftə sonra qoruma təsirini göstərir. Mövsümi qrip vaksinləri sentyabrdan vurulmağa başlanır. Qrip virusu yanvar ayında pik nöqtəyə çatır.
Bəzi insanlar qrip vaksini üçün uyğun deyildir: