Barotravma, qulaq pərdəsinin daxili və xarici hissələri arasındakı təzyiq fərqlilikləri səbəbi ilə yaranan narahatlıqdır. Orta qulaqdakı hava təzyiqi xarici mühit təzyiqi ilə eynidir və daim tənzimlənir. Yevstax borusu isə orta qulaqla
burun-udlaq arasında əlaqə yaradan orqandır. Udqunma və ya əsnəmə yevstax borusunu açır və hava təzyiqini qulaq pərdəsinin hər iki tərəfində bərabər tutaraq, havanın orta qulaq içinə və xaricinə axmasını təmin edir.
Səbəbləri
Yevstax borusu tıxanmasına səbəb olan hər hansı xəstəlik olarsa, orta qulaqdakı hava təzyiqi ilə qulaq pərdəsinin xaricindəki təzyiqin tənzimlənməsi pozular qulaq tıxanıqlığına səbəb olar. Barotravma uçuş, dalğıclıq, alpinizmlə məşğul olan insanlarda daha çox görülür. Əgər allergiya, soyuqlama kimi səbəblər olarsa o zaman qulaq tıxanıqlığının görülmə ehtimalı daha da artar.
Yevstax borusunun tıxanması anadangəlmə və ya qazanılma ola bilər. Tıxanma boğazda şişlik səbəbi ilə də meydana gələ bilər.
Əlamətləri
Barotravma vəziyyəti ağır və ya uzun müddətlidirsə:
Barotravma, ümumiyyətlə xoş xassəli və həkimə getmədən belə sağalan bir xəstəlikdir.
Ola biləcək fəsadlar isə;
Fəsadlar olduğu zaman isə mütləq həkimə müraciət etməniz gərəkdir.