Main

Reaktiv artrit

Reaktiv artrit oynaqların iltihabi zədələnməsi olub, bir sıra infeksiyalardan sonra meydana gəlir. Bu infeksiyalara sidik-cinsiyyət, bağırsaq, burun-udlaq infeksiyaları aiddir. Xəstəliyə dizenteriyadan sonra 3%, urogenital infeksiyalardan sonra1% hallarda rast gəlinir. Ən çox 20-40 yaşlı adamlar arasında baş verir.

Reaktiv artritin bir-neçə forması ayırd edilir:

  • Urogenital.
  • Postenterokolit.
  • Burun-udlaq.

Reaktiv artritin əsas əlamətləri

Anamnez və müayinələr zamanı pasiyentlərin oynağında dəyişikliklər, dizurik simptomlar, 2 ay diareya əlamətinin olmaması, gözlərdə qızartının olması və cinsiyyət orqanının zahiri dəyişikliyinin olmasına diqqət yetirməlidir.
Baxış zamanı xəstənin ağız boşluğunda, cinsi orqanında ağrısız eroziyanın olması, ayaq altında psoriazda olduğu kimi dərinin zədələnməsini aşkar etmək mümkündür. Reaktiv artrit zamanı əsasən diz, mil-bilək, qamış-daban oynaqları zədələnir. Xəstəlik üçün barmaqların soskayabənzər şəkil alması xarakterik sayılır. Revmatoid artrit zamanı oynaqətrafı nahiyyələrdə zədələnmələr baş verir. Bu zaman axillobursit, dabanlı bursit, daban hündürlüklərinin periostiti baş verir. Belə xəstələrin gözləri tez-tez zədələnir. Belə ki, reaktiv artrit xəstələrində yüngül konyuktvitdən tutmuş, ağır iritə qədər baş verə bilir.

Nadir hallarda xəstəlikdən gözlər, ürək və cinsiyyət orqanları iltihablana bilər.

Bir qayda olaraq, insanlar nisbətən qısa müddət ərzində, bir neçə gündən 2-3 həftəyə qədər reaktiv artritdən əziyyət çəkirlər. Ancaq həkimə müraciət etməsəniz və xəstəliyin öhdəsindən özünüz gəlməyə çalışsanız, reaktiv artrit xroniki hala gələ bilər.

Reaktiv artritin diaqnozu və müalicəsi

Xəstələrə diaqnozun qoyuluşunda qanın, sidiyin analizləri, rentgenoloji müayinələrin nəticələrinin əhəmiyyəti böyükdür.
Müalicə zamanı məqsəd oynaqlarda iltihabın və ağrının azalmasından ibarətdir. Müalicə zamanı xəstəliyin ilk 2 həftəsində xəstəyə sakitlik verilir, siomptomlara görə müalicə aparılır. Xəstəyə fizioterapevtik müalicə məsləhər görülür.

https://immunitet.az/267-reaktiv-artrit.html