Sarkoidoz xəstəliyinə Besnirer-Boeck xəstəliyi də deyilir. Xəstəlik immunitet sisteminin normal fəaliyyəti pozulduqda baş verir.
Sarkoidozun hədəfi ağciyərlər olsa da, xəstəlik digər orqanlara da zərər verir. Xəstəliyə daha çox Afrika əsilli insanlarda rast gəlinir.
Sarkoidozun bakteriya və viruslara və ya qeyri-üzvi tozlara reaksiyasının ola biləcəyi araşdırılır. Xəstəlik yoluxucu xəstəlik deyil. Bəzi ailələrdə daha çox rast gəlinir. Bu vəziyyət bizi xəstəliyin genetik ötürülməsi olub-olmadığını düşünməyə vadar edir.
Əlamətləri
Əsas simptomlar quru öskürək və nəfəs darlığıdır.
Sarkoidoz xəstəliyinin özünə xas əlamətləri var. Sarkoidoz xəstəliyi tipik dəri tapıntısı, dodaqlar, yanaqlar və burun ətrafında bənövşəyi ləkələrlə xarakterizə olunur. Bəzi insanlarda ayaqların ön hissəsində qırmızı, parlaq və ağrılı şişliklər meydana gəlir.
Yüksək hərarət və oynaq ağrısı kimi simptomlar da müşahidə oluna bilər. Ən çox görülən simptomlar limfa düyünlərinin və dalağın böyüməsidir. Bu simptomlar əvvəlcə xərçəng, lenfoma və ya vərəm xəstəliklərinə oxşasa da, əlamətlər Sarkoidoza işarə edir.
Nadir olsa da, sarkoidoz xəstəliyi oynaqlar, sümüklər, böyrəklər və ürək üçün təhlükə yarada bilər.
Sarkoidozun simptomları onun bağlandığı orqandan asılı olaraq dəyişir. Bəzən bəzi xəstələrdə heç bir əlamət görünmür. Bu səbəbdən təsadüfən çəkilən rentgenoqrafiyalar nəticəsində xəstəliyin tapılma nisbəti artır. Xəstəlik bəzən xəstələrin gözündə müşahidə olunur bu da gözlərin tutulması, bulanıq görmə, gözlərdə yaşarma və işığa qarşı həssaslıq əlamətləri kimi ortaya çıxır. Bu əlamətlər ən çox gənc qadınlarda olur və xəstəliyin ilk əlamətlərindəndir.
Sarkoidoz bir çox orqanlarda, xüsusən də ağciyərlərdə simptomlara səbəb olur. Qadınlarda kişilərə nisbətən daha çox müşahidə olunur. Xəstəliyə ən çox 20-40 yaş arasında rast gəlinir.
Xəstələrin təxminən 70 %-i 40 yaş və altı insanlardır. Kiçik yaşlı uşaqlarda xəstəliyə nadir hallarda rast gəlinir. Sarkoidoz əksərən döş qəfəsinin rentgenoqrafiyası zamanı təsadüfən aşkar edilir.
Sarkoidozun başqa bir xüsusiyyəti də siqaret çəkməyən insanlarda ortaya çıxmasıdır. 100 ildən artıq müddətdə aşkarlansa da Sarkoidozun səbəbi məlum deyil.
Xəstəliyin immun sisteminin vərəm bakteriyalarına və ya digər bakteriya və viruslara fərqli reaksiya verdiyi zaman meydana gəldiyi düşünülür.
Sarkoidoz xəstəliyinə çox oxşar bir xəstəlik, berilyum mədənləri ilə işləyən silah və təyyarə sənayesi işçilərində görülür.
Sarkoidoz yoluxucu xəstəlik deyildir. Onun genetikası məlum deyil. Lakin bəzi ailələrdə bu xəstəliyə daha çox rast gəlinir.
Sarkoidoz xəstəliyinə ən çox Skandinaviya ölkələrində rast gəlinir. Sarkoidoz xəstəliyi Qərbi Avropa bölgələrində şərq bölgələrinə nisbətən daha çox yayılmışdır.
Diaqnozu
Sarkoidoz gizli xəstəlikdir. Xəstəliyi qəflətən başlaya bilər və ya gizli gedə bilər. Çox vaxt xəstələr onlarda xəstəliyin olduğunu başa düşməzlər.
Çox vaxt təsadüfən döş qəfəsinin rentgenoqrafiyası zamanı aşkar edilir və bu nadir bir vəziyyət deyil. Sarkoidoz xəstəliyi çox maraqlı xüsusiyyətlərə malikdir.
Xəstəlik adətən əksər insanlarda aprel-may-iyun aylarında baş verir. Sarkoidoz xəstəliyi bədənin hər hansı bir orqanına təsir edə bilər, lakin xəstəlikdən ən çox təsirlənən orqan adətən ağciyərlər olur. Ağciyər toxumasında iltihab və limfa düyünlərində böyümələr aşkar edilir.
Xəstəliyin diaqnozu üçün ağciyər rentgenoqrafiyası və tomoqrafiyası çox vacibdir.
Bəzi xəstələrdə ağciyərlərdən və ya digər orqanlardan biopsiya tələb oluna bilər.
Qanda yüksək ACE fermenti və kalsium səviyyəsi və ya sidiklə ifraz olunan kalsiumun artması sarkoidozun əlamətlərindəndir.
Sarkoidozun fəsadları
Xəstələrin uzun müddət tamamilə asemptomatik qala bilməsi ehtimalı var. Sarkoidoz xəstəliyində zamanı orqanizimdə xəstələnmiş toxumalar mikroskopik hüceyrə qrupları əmələ gətirir.
Limfa düyünləri 90%-lə birinci yerdədir. Qaraciyər 60% - 90 % arasında, gözlər 25%, ürək 5%, skelet 25-50%, dəri 25% və sümük iliyi 15% və 40% arasında təsirlənir.
Əlamətlər orqanlara görə dəyişir və fərqli nəticələr verir. Ağciyər tutulması baş verdikdə, tez-tez yorğunluq və gərgin nəfəs darlığı olur, sinə ağrısı və hemoptizi isə daha az olur.
Əsas kliniki əlamətlərə üz nahiyəsində periferik neyropatiya, qanda kalsium səviyyəsinin artması, kyem testi, qaraciyər funksiyasının pozulması, dəridə eritema nodosum və lupus pernio daxildir.
Ağciyər tutulmasında tənəffüs funksiyası testləri dediyimiz STF normal ola bilər, lakin ümumiyyətlə mütləq məhdudlaşdırıcı bir pozğunluq növü vardır.
Döş qəfəsinin rentgenoqrafiyası mediastinal və hilar limfadenopatiya ilə ağciyər infiltrasiyasını göstərir. Döş qəfəsinin rentgenoqrafiyasındakı görünüş əsasında qiymətləndirmə aparılır.
Sarkoidoz xəstəliyinin müalicəsi
Sarkoidozun müalicəsinin məqsədi xəstəliyin irəliləməsi nəticəsində yaranan zərərin qarşısının alınması, simptomatik korreksiya və xəstəliyin inkişafının fəaliyyətinin qarşısının alınması daxildir.
Bu gün yaşadığımız dünyada qəbul edilən standart müalicə üsulları var. Bunlar: kortikosteroidlər, antimalarial dərmanlar və metotreksatdır.
Standart müalicələrə və yan təsirlərə cavabdan asılı olaraq alternativ müalicə üsullarından istifadə edilə bilər. Xəstəlik ümumiyyətlə müalicəyə ehtiyac olmadan da yox ola bilər.
Ümumiyyətlə, xəstə və həkim 12 aylıq bir proqram içində olurlar. Bu proqramda həkim 12 ay ərzində xəstədə xəstəliyin gedişatını izləyir və proses zamanı xəstəliklə əlaqədar irəliləmələr müşahidə olunmursa, müalicəyə ehtiyac yoxdur.
İmmunitet sisteminin zəifliyinin qarşısının alınması üçün dərman müalicəsi istifadə olunur. Beləliklə, xəstəliyin əlamətləri azalır. Kortikosteroidlər və immunosupressantlar immunitet sistemini boğur və daha az antikor istehsal olunur.
Prednizon xəstələrin müalicəsində uğurlu nəticələr verən steroiddir. Bununla belə, steroidlər uzun müddət istifadə edildikdə yan təsirlər yarana bilər. Bu yan təsirlər osteoporoz, katarakt, diabet, hipertoniya və miyopatiyadır.
Beləliklə, daha sadə bir izaha üstünlük versək, xəstəliyin qəti bir müalicəsi olmasa da, kortizon həll yolu olaraq görülür. Zamanla kortizon dozasını azaltmaqla müalicə müddəti 6-12 ay kimi hesablana bilər.
Göz, sinir sistemi və ürəyin tutulmasına dair sübutlar varsa, kortizon müalicəsi zəruri olur.
Ağciyər limfa düyünlərinin böyüməsi kortizon müalicəsi tələb etmir, lakin xəstənin tənəffüs sistemindəki funksional pozğunluq və öskürək, nəfəs darlığı kimi problemlərə görə müalicə lazım ola bilər.
Kortizona reaksiya olmadığı və ya ondan istifadə etmək belə mümkün olmadığı hallarda, immutitet sistemini yaxşılaşdıran digər dərmanlara üstünlük verilir.
Sarkoidoz təhlükəli xəstəlik hesab olunmur, lakin heç bir müalicə ilə onu tam müalicə etmək mümkün deyildir.
Sarkoidozlu bütün xəstələr müntəzəm olaraq həkim müayinəsində olmalıdırlar. Hər sarkoidoz diaqnozu qoyulmuş xəstəsini müalicə etməyə ehtiyac yoxdur.
Sarkoidozun erkən diaqnozunda xəstələrin spontan sağalma ehtimalı kifayət qədər yüksəkdir. Bu səbəbdən diaqnoz qoyulan xəstələrin 30-70 faizinin müalicə ethiyacı yoxdur.
Müalicə vəziyyəti nəfəs darlığı və öskürək kimi amillərlə müəyyən edilir.
Kortizonun cavab verə bilmədiyi və ya istifadə etmək mümkün olmadığı hallarda, immunitet üçün müxtəlif növ dərmanlar istifadə olunur.
https://dradaletdemir.com/sarkoidoz-nedir-sarkoidoz-tedavisi-nasildir/
tercume