Səpgili tif kəskin infeksion xəstəlik olub dəridə səpgilərin olması ilə yanaşı, sumuk və sinir sisteminin zədələnmələri ilə özünü biruzə verir. Xəstəlik gizli dövründə aşağıdakı əlamətləri verir:
Xəstəliyin əmələ gəlməsinə qrammənfi, hərəkətsiz mikroorqanizmlər səbəb olur. Xəstəliyin törədiciləri orqanizmə daxil olduqdan sonra bağırsağın epitel toxumasında və kapilyarların endotelində artıb çoxalırlar.
Xəstəlik törədən bakteriyalar orqanizmə ağız vasitəsilə daxil olur və 1-2 həftə sonra öz əlamətlərini göstərməyə başlayırlar.
Səpgili Tif xəstəliyinin əlamətləri
Xəstəliyin əlamətləri aşağıdakılardır:
Xəstəlik beyin, ağciyər, böyrək, ürək və digər daxili orqanların sinir sisteminə zərər vurur. Tif xəstəliyi insandan insana keçməklə yoluxub epidemiya halına düşə bilir. Yer üzərində hər il 15-20 milyon insan bu xəstəliyə yoluxur.
Xəstəliyə səbəb olan bakteriyalar xəstələrin qanında, sidiyində, nəcisində, tüpürcəklərində olur. Tif mikrobunu daşıyan xəstə adam asanlıqla xəstəliyi yaxınındakılara yoluxdura bilir.
Tıf xəstəliyinin kəskin dövrü adətən 4 həftə olur. Bu zaman temperatur 40C-yə qədər yüksəlir. Xəstəninn dərisinin quru olması və tərləməməsi xəstəliyin spesifik əlamətlərindən sayılır.
Səpgili Tif xəstəliyinin diaqnozu
Xəstəliyə diaqnoz qoymaq üçün əlamətləri və analizlərin nəticələri əsas götürülür. Xəstəlik vaxtında və düzgün müalicə olunmadıqda xəstənin ölümü ilə nəticələnə bilir. Belə ki, bakteriyalar daxili orqanlarda və beyində geridönməz izlər qoymaq qabiliyyətinə malikdirlər.
Səpgili Tif xəstəliyinin müalicəsi
Bu gün tifi müalicə etməyin ən təsirli yolu antibiotik müalicəsidir. Həkimlər çox vaxt oksigen terapiyasının istifadəsinə müraciət edirlər. Xəstə şiddətli həyəcan keçirirsə, o zaman barbituratlar və xloral hidrat qəbul etməlidir. Vitamin terapiyası və yaxşı qidalanma da böyük əhəmiyyət kəsb edir. Xəstənin tez sağalmasında düzgün qulluq (təmiz hava, yaxşı istirahət, kətan geyimlər və yataq, ağız boşluğunun və dərinin gündəlik gigiyenası) mühüm rol oynayır.
https://immunitet.az/2512-spkili-tif.html
tercume