Sepsis, bədənin infeksiyasına qarşı yaranan, həyati təhlükə daşıyan bir xəstəlikdir. İmmunitet sisteminiz sizi bir çox xəstəliklərdən və infeksiyalardan qoruyur,ancaq infeksiyaya qarşı normadan güclü cavab da mümkündür.
Sepsis, immunitet sisteminin infeksiyaya qarşı qan dövranına keçirdiyi kimyəvi maddələrin bütün bədəndə iltihaba səbəb olması zamanı yaranır. Şiddətli sepsis halları septik şoka gətirib çıxara bilər ki, bu qorxulu və dərhal tibbi yardım tələb edən vəziyyətdir.
Simptomlar
Sepsisin üç mərhələsi var:
Sepsis xəstəxana prosedurlarından istifadə edərkən yarana bilər,ancaq bu həmişə yaranır demək deyil.Aşağıdakı simptomlardan hər hansı biri varsa dərhal tibbi müdaxilənin olması vacibdir. Daha erkən müalicə,sağ qalma şansını artırır.
Sepsis simptomları aşağıdakılardır:
Həkim sepsis diaqnozunu qoymaq üçün bu əlamətlərdən azı 2-ini müşahidə etməlidir.
Kəskin sepsis
Orqan çatışmazlığı olduqda kəskin sepsis meydana gəlir. Kəskin sepsisə diaqnoz qoyulması üçün aşağıdakı əlamətlərdən bir və ya bir neçəsi olmalıdır:
Septiki şok
Septiki şokun simptomları kəskin sepsis əlamətləri və çox aşağı təzyiqdir.
Sepsisin ciddi təsirləri
Sepsis potensial həyat təhlükəsi olsa da, xəstəlik yüngüldən ağıra qədər dəyişir. Yüngül hallarda bərpa olunma daha rahat baş verir. Septiki şok 50% xəstələrdə ölümlə nəticələnir. Kəskin sepsis və septiki şok da ağırlaşmalara səbəb ola bilər. Eyni zamanda bədəndə qan laxtaları yarana bilir. Bu qan laxtaları həyati vacib orqanlarda və bədəninizin digər hissələrində qan və oksigen axınına maneə törədir. Bu isə orqan çatmazlığı və toxuma ölümü riskini artırır (qanqren).
Səbəbi
Hər hansı bir infeksiya sepsisə səbəb ola bilər, lakin infeksiyanın aşağıdakı növləri daha çox sepsis yaradır:
Sepsisin artma səbəbləri bunlardır:
Risk faktorları
Bəzi insanlarda infeksiya riski daha yüksək olsa da, hər kəs sepsislə yoluxa bilər. Yüksək risk altında olan insanlar bunlardır:
Yenidoğulmuşlar və sepsis
Neonatal sepsis, yenidoğulmuş həyatının ilk ayı ərzində qan infeksiyası keçirdiyi zaman olur. Neonatal sepsis, infeksiya doğum prosesində (erkən başlanğıclı) və ya doğumdan sonra (gec başlanğıclı) olması əsasında təsnif edilir. Bu, həkimə hansı müalicənin tətbiq olunacağına qərar verməyə kömək edir. Zəif doğulan uşaqlar və ye erkən doğuşla doğulan körpələr adətən gecikmiş sepsisə tutulur, çünki onların immun sistemləri hələ inkişaf etmiş olmur. Simptomlar tipik və atipik ola bilər:
Neonatal sepsis hələ də körpə ölümünün aparıcı səbəblərindən biridir, ancaq erkən diaqnoz və müalicə ilə körpə tamamilə xilas ola və başqa problemlər yaşamaya bilər. Hamilə ana və körpənin ümumu müayinəsi və müvafiq neonatal test ilə neonatal sepsis riski əhəmiyyətli dərəcədə azaldıla bilir.
Yaşlılar və sepsis
Immunitet sistemimiz yaşımız artdıqca zəiflədiyindən, yaşlılar daha çox sepsis riski daşıyırlar. 2006-cı ildəki bir araşdırmada 65 yaşdan yuxarı olan insanlar sepsis hallarının təxminən 70 faizini təşkil edirdi. Bundan əlavə, diabet, böyrək xəstəliyi, xərçəng, yüksək qan təzyiqi və HİV kimi xroniki xəstəliklər sepsisi olan şəxslərdə daha çox rast gəlinir. Yaşlılarda sepsisə səbəb adətən sətəlcəm kimi respirator xəstəliklər və ya genoturiya kimi sidik-ifrazat sistemi xəstəlikləridir. Digər infeksiyalar yaradan və ya dəri zədələnmələrindən də daxil ola bilir.Bu infeksiyaların olduğu bir müddət hiss olunmasa da, müayinə zamanı zehni dəyişikliklər, hərəkət pozulmaları axtarılacaq ilk əlamətlərdir.
Sepsis yoluxucudur mu?
Sepsis yoluxucu deyil. Bununla belə,sepsisi yaradan infeksiyaya səbəb olan patogenlər yoluxucu ola bilər. Sepsis insanın bir orqanından birincili infeksiya qaynağından qan axını ilə digər orqanlara yayılır.
Diaqnoz
Əgər sepsis əlamətləri varsa, həkiminiz diaqnoz qoymaq və infeksiyanın dərəcəsini müəyyən etmək üçün testlər tələb edə bilər. İlk testlərdən biri qan testidir. Bu zaman qanda yoxlanılır:
Simptomlara və qan testinin nəticələrinə əsasən, həkim başqa testlər də istəyə bilər:
Həkim yuxarıdakı testlərdən istifadə edərək infeksiyanın qaynağını müəyyən edə bilmirsə, daxili müayinələrdən birini məsləhət görə bilər:
Sepsis meyarları
Vəziyyətin şiddətini təyin etmək üçün iki vasitə və ya meyar var.Birincisi sistemik inflamator reaksiya sindromudur (SIRS). SIRS aşağıdakı meyarlardan iki və ya daha çoxu olduqda təyin edilir:
Digər bir vasitə isə, qSOFA. Bu test üç meyarın nəticələrini istifadə edir:
Yuxarıda göstərilən ölçmələrin iki və ya daha çoxunda dəyişiklik olduqda pozitiv qSOFA müəyyən edilir. Bəzi həkimlər qSOFA-dan istifadə etməyi üstün tuturlar, çünki SIRS meyarlarından fərqli olaraq, qSOFA-da laboratoriya testləri lazım gəlmir. Bu qiymətləndirmələrdən birinin nəticələri həkimə müalicən istiqamətini seçməkdə kömək edəcəkdir.
Müalicə
Sepsis müalicə olunmadığı halda sürətlə septik şoka və ölümə gətirib çıxara bilər. Həkimlər sepsis müalicəsi üçün bir sıra dərman vasitələrindən istifadə edirlər:
Kəskin sepsis zamanı böyük miqdarda IV mayelərə ve tənəffüs üçün respiratora ehtiyac ola bilər. Böyrəklər zədələnərsə, dializ lazım ola bilər.
Bəzi hallarda infeksiya qaynağını çıxarmaq üçün cərrahi müdaxiləyə ehtiyac duyulur. Bu zaman irin dolu absesi boşaltmaq və ya yoluxmuş toxumanı ümumi bədəndən çıxarmaq lazımdır.
Sepsisdən xilas ola bilərsiniz mi?
Sepsisdən xilas vəziyyətin şiddətindən və ola biləcək hər hansı mövcud mühitdən asılıdır. Xəstəlikdən ölməyən bir çox insan tamamilə infeksiyadan yaxa qurtarır. Ancaq digərləri uzunmüddətli təsirlərlə həyatlarına davam edir. Böyük Britaniyada Sepsis cəmiyyəti, sağ qalanların normal hiss etməsinə 18 aya qədər vaxt lazım olduğunu bildirir. Sepsis Birliyinə görə, sepsisdən sağ qalanlarının təxminən 50 % post-sepsis sindromundan (PSS) əziyyət çəkir. Birlik deyir ki, bu uzunmüddətli vəziyyət ibarətdir:
Kəskin sepsis hadisələri ölümlə nəticələnə bilər. Amerikaya sepsisin təsir göstərdiyi il milyonlarla şəxs sepsisə yoluxmuşdur, bunlardan 28-50%-inin öldüyü bildirilir.
Profilaktika
İnfeksiyanın yayılmasının qarşısını alan şeylər edərək, sepsis inkişaf riski azaldıla bilər. Bunlar aşağıdakılardır: