Şərab ləkəsi (nevus flameus) xəstəliyi dəridəki qan damarlarının anormal inkişafı nəticəsində yaranan vaskulyar doğum ləkələridir.
Adını al qırmızı rəngdə şərabın dəriyə tökülmüş görüntüsünü yaratmağından almışdır.
Şərab ləkələri çox saylı olaraq birləşib, bədənin yarısına qədər sahəni tuta bilər. Doğuşdan mövcuddurlar və inkişaf edə bilirlər. Hər doğulan 1000 körpədən 4-5-i bu problemlə üzləşirlər. Bu ləkələr bədənin dəri səthinin hər hansı bir nahiyyəsində yarana bilər. Lakin, daha çox üz, boyun, baş dərisi və ətraf nahiyyələrdə rast gəlinir.
Bu ləkələr Hemangioma qrupuna aid olub müxtəlif sindromların bir hissəsidir:
Cəmi bir neçə il əvvəl şərab ləkələri yalnız dəri əkilməsi ilə müalicə olunurdu ki, bu da ağrılı və çox uzun müddət tələb edən prosedur idi.
Şərab ləkəsi müalicəsində günümüzdə ən müasir üsul lazer müalicəsidir. Vbeam cihazının köməyi ilə, ilk prosedurdan nəticələr əldə edilir.