Main

Servisit

Servisit, uşaqlıq boynunun uşaqlıq yolu seqmentində iltihabi prosesdir. Gedişatı selikli və ya irinli axıntılar, qarının aşağı nahiyəsində dartıcı və küt ağrılar, sidik ifrazı və cinsi akt zamanı ağrılarla xarakterizə olunur. Davamlı xroniki sersevit eroziyanın inkişafına, həmçinin cinsi aparatın yuxarı şöbələrinə infeksiya yayılmasına səbəb olur. Uşaqlıq boynu infeksiyanın uşaqlığa və cinsiyyət yollarının yuxarı şöbələrinə daxil olmasının qarşısını alır.
Müəyyən faktorların təsirindən onun müdafiə funksiyalarının pozulması, yad mikrofloranın daxil olması və iltihabi proses – özündə ekzoservisit və endoservisiti birləşdirən servisitin inkişafına səbəb olur.
Ekzoservisit dedikdə, uşaqlıq boynu seqmenti və ya ekzoserviksin iltihabı nəzərdə tutulur. Endoservisit - uşaqlıq boynu servikal kanalının daxili qişasının iltihabıdır.
Servisitin yaranma səbəbləri
Servisit şərti-patogen mikrofloranın (stafilokokk, bağırsaq çöpü, streptokokk göbələk), spesefik virusların xlamidiya, mikoplazma, qonokokk, sifilis, trixomonad) həmçinin, bəzi parazitar və protozoy infeksiyaların (amebiaz) təsirindən yarana bilər.
Servisitin inkişafına müəyyən faktorlar - uşaqlıq boynunun doğuş travmaları, diaqnostika və ya abort məqsədilə aparılan qaşıma, kontraseptiv vasitələrin istifadəsi səbəb ola bilər.
Bundan başqa, uşaqlıq boynunun çapıqlı deformasiyası,uşaqlıq boynunun xoşxassəli şişləri və immunitetin aşağı düşməsi də servisitin yaranması üçün zəmin yaradır.
Servisit, adətən, cinsiyyət sisteminin yanaşı gedən xəstəliklərilə inkişaf edir.
Buraya aiddir: vulvit, vaginit, bartolinit, uşaqlıq boynu psevdoeroziyaları, ektropion. Servisit daha çox reproduktiv yaş həddinə çatmış qadınlarda (70%-dək), daha az hallarda menopauza dövründə rast gəlinir. Servisit tez-tez erkən doğuşlara və yarımçıq hamiləliyə səbəb olur. Servisit uşaqlıq boynunun polipləri və uşaqlıq boynu eroziyaları,cinsiyyət sisteminin yuxarı şöbələrinin iltihabına gətirib çıxarır.

Servisitin müalicəsi

Bu xəstəlik ciddi tibbi nəzarət altında müalicə edilməlidir, çünki residiv riski yüksəkdir. Kompleks müalicə, mütləq müşayiət olunan xəstəliklərin və onlara zəmin yaradan amillərin aradan qaldırılmasını əhatə edir. Xəstəlik kəskindirsə, antibiotiklər və yataq rejimi tövsiyyə olunur, xəstəlik xroniki olarsa, elektroforez və fizioterapiya göstərilir. Menopozdan sonra servisit inkişaf edərsə, estrogen ehtiva edən məlhəmlər təyin edilə bilər. Yoluxucu servisitin müalicəsi mütləq cinsi partnyorun müalicəsini və maneə kontrasepsiyasının istifadəsini nəzərdə tutur.

tercume