Main

Şigelloz

Şigellos insanın ən geniş yayılmış kəskin bağırsaq infeksiyasıdır. Xəstəlik ümumi intoksikasiya və yoğun bağırsağın pozğunluqları ilə müşahidə edilir.
Xəstəliyin əmələ gəlməsinə Shigella cinsinə aid olan müxtəlif növ bakteriyalar törədir. Şigellalar qram müsbət bakteriyadır, endogen və ekzogen toksinlərə malikdir və əlverişli şəraitdə uzun müddət qida məhsullarında yaşaya bilirlər.
Şigelloz bağırsaq infeksiyasıdıdr. Onun törədiciləri xəstələrin və bakteriya gəzdirənlərin nəcisi ilə ifraz olunur. Sağlam şəxslər şigelloza qida vasitələri vasitəsilə yoluxurlar. Xəstəliyin yayılmasında çirkli əl, oyuncaqlar, qab-qacaq, təmas da rol oynayır.
Şigellalar ağız vasitəsilə orqanizmə düşür və bağırsaqlarda patologiya törədir. Xəstəlik aşağıdakı əlamətlərlə özünü göstərir:

  • üşütmə
  • qızdrma
  • baş ağrısı
  • iştahanın pozulması
  • yuxunun pozulması
  • hormonal çatışmazlıqlar

Xəstəlik mərkəzi sinir sisteminin pozulması ilə xarakterizə olunur. Bağırsaqların distal hissəsində möhtəviyyatın ləngiməsi orada bakteriyaların çoxalmasına və selikli qişa hüceyrələrinin dağılmasına səbəb olur.
Şigelloz orqanizmin susuzlaşmasına, ürək-damar çatışmazlığına,leykopeniyaya səbəb olur. Xəstəlik yoğun bağırsağın zədələnməsi, qansızması və xoranın əmələ gəlməsi ilə müşayət olunur.
Xəstəliyə diaqnozun qoyulmasında kliniki əlamətlər və nəcisin əkilməsinin nəticəsi əsas götürülür.
Müalicə zamanı intoksikasiya,mikrob və simptomlar əleyhinə aparılır. Müalicə zamanı xəstənin müqavimətini artırmaq və qanazlığını aradan qaldırmaq məqsədilə müxtəlif terapiya üsullarından istifadə edilir və pəhriz saxlanılır.

https://immunitet.az/2154-igelloz.html