Sirinqomieliya – onurğa beyin daxilində tərkibi maye ilə dolu boşluğun- «sirinqsin» yaranması ilə xarakterizə olunur.
Sirinqomieliyanın tipləri
Sirinqomielik boşluğun dördüncü mədəciklə əlaqəli forması- 10% hallarda rast gəlir.
SSM –nin blokadası nəticəsində yaranan sirinqomieliya – (dördüncü mədəciklə əlaqə olmadan) -50% hallarda rast gəlir. Blokadanın səbəbləri:
Onurğa beyni zədələnməsi ilə əlaqədar yaranan sirinqomieliya – 10% hallarda yaranır.
Simptomları
Sirinqomieliya adətən ləng (bir neçə il ərzində) proqressiya edir. Beyin kötüyü prosesə qoşulduqda-sirinqobulbiya daha kəskin gedişli ola bilər. Sirinqomieliya adətən onurğa beyni boyun nahiyyəsini zədələyir. Klinik mənzərədə hissi, hərəki, vegetativ və digər əlamətlər ilə özünü göstərir.
Hissi pozğunluq
Disosasiya olunmuş hissi pozğunluq:
Hərəki pozğunluq
Hərəki pozğunluq Sirinqomielitik boşluğun onurğa beyni ön buynuzlarına genişlənməsi aşağı motoneyronları zədələyir və diffuz əzələ atrofiyasına səbəb olur, hansı ki, adətən əllərdən başlayır və proksimal istiqamətdə bazu, çiyinlərə yayılır. Əllər «caynaq» formasını alır. Yuxarı ətraf reflekslərinin enməsi xəstəliyin erkən dövrundən baş verir. Boşluğun piramid yolları sıxması-aşağı, assimetrik paraparez, hiperrefleksiya və patoloji reflekslərin yaranmasına səbəb olur.
Vegetativ pozğunluq
Xəstəliyin gec mərhələlərində çanaq üzvləri disfunksiyası meydana çıxır. Horner sindromu.
Sirinqobulbiya-sirinomielitik boşluq uzunsov beyinə qədər genişləndikdə yaranır.Bu sindrom disfagiya, nistaqm, udlaq və yumuşaq damaq zəifliyi ,dilin assimetrik zəifliyi,atrofiyası,trigeminal sinirin innervasiya zonasında ağrı və temperatur hissinin pozulması ilə xarakterizə olunur.Bəzən digər KBS və beyincik də prosesə qoşula bilər.
Diaqnostikası
Müalicəsi
Xəstəliyin medikamentoz müalicə yoxdur. Simtomatik müalicə məqsədi ilə analgetiklər, antispastik agentlər istifadə oluna bilər. Neyroreabilitasiya – nevroloji funksiyanın saxlanması və ağırlaşmaların aradan qaldırılmasında rolu var. Lazım gələrsə cərrahi müdaxilə üsullarından istifadə olunur.