Stenokardiya – ürəyin işemik xəstəliyinin kliniki forması olub, sinədə qəfil ağrılar və təngənəfəsliklə ifadə edilir. Bunlar ürək əzələsinin (miokard) kəskin qan dövranı çatışmazlığı və oksigen çatışmazlığı sayəsində baş verir.
Stenokardiya həm qadınlar, həm də kişilər üçün istənilən yaşda eyni təhlükə daşıyır. Lakin, əsasən, yaşlı insanlar arasında daha geniş yayılıb.
Stenokardiya bütün digər xəstəliklərdə olduğu kimi, ciddi yanaşma tələb edir, əks halda, növbəti stenokardiya tutması miokard infarktı və hətta ürəyin tamamilə dayanmasına səbəb ola bilər.
Stenokardiyanın yaranma səbəbləri
Stenokardiyanın əsas səbəbi ateroskleroz və ya ürək arteriyası tac damarlarının spazmıdır, bu da öz növbəsində, koranar arteriyaların daralmasına, yaxud da tamamilə tutulmasına gətirib çıxarır. Nəticədə qan və onunla birgə oksigenin ürəyə daşınması pisləşir və ya dayanır, ürək əzələsinin oksigen aclığı yaranır və stenokardiya tutması inkişaf edir.
Stenokardiyaya səbəb ola biləcək risk faktorları aşağıdakılardır:
Stenokardiyanın əlamətləri
Stenokardiyanın başlıca simptomu döş nahiyəsində diskomfort və ya yüngül ağrı hissinin olmasıdır. Adətən, döş qəfəsi və kürəkdəki ağrılar sol qola, çiyinə və boyuna irradiasiya edir.
Ağrı, həmçinin, sol tərəfdən çənə və dişlərdə də qeydə alına bilər. Bəzən ağrı hissləri qıcqırma, sancılar və ürəkbulanma ilə müşayiət olunur.
Stenokardiya əlamətləri daha çox aşağıdakı hallarda qeydə alınır:
Stenokardiyanın xarekterik əlamətlərindən biri də fiziki tutmanın 1-15 dəq. davam edib, fiziki yüklənmə dayandırıldıqdan və nitratlar (nitroqliserin və s.) qəbul edildikdən sonra kəsilməsidir.
Stenokardiyanın növləri
Stenokardiyanın 3 növü mövcuddur:
Stenokardiyanın diaqnostikası
Stenokardiya diaqnozu həkim-kardioloq tərəfindən qoyulur. Yekun nəticə pasiyentin tam müayinəsindən sonra qoyulur.
Buraya aiddir:
Stenokardiyanın müalicə və profilaktikası
Stenokardiya kifayət qədər ciddi xəstəlik hesab olunur, ona görə də müalicəsi həkimlərin nəzarəti altında aparılmalıdır. Zərurət yaranarsa, pasiyentə stasionar müalicə təyin edilir.
Stenokardiya tutmaları zamanı ilk görüləcək tədbir – tutmanın nitroqliserin qəbulu ilə operativ aradan qaldırılması və tutma keçənə kimi sakit vəziyyət almaqdır.
Stenokardiyanın müalicəsi miokard infarktı riskinin azaldılmasına, xəstənin ümumi vəziyyətinin və həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilir.
Stenokardiya tutmalarından aşağıdakı hallarda qurtulmaq olar:
Həkimin ciddi nəzarəti altında tromb yaranmasının qarşısını alan, xolesterinin səviyyəsini aşağı salan və s. preparatların qəbulu.
Stenokardiyanın profilaktik tədbirlərinə aiddir:
Unutmayın ki, stenokardiya vaxtlı-vaxtında müalicə olunmazsa, ciddi fəsadlara yol aça bilər.
https://hekimtap.az/az/m%C9%99qal%C9%99l%C9%99r/stenokardiya-43184