Main

Süd vəzisinin lipoması

Lipoma - yumşaq, hərəkətli və ağrısız piy toxumasının şişidir. 
Faktiki olaraq, bu xoşxassəli şişdir. Lipoma təhlükəli deyil. Lakin çox nadir hallarda olsa da lipoma bədxassəli şişə - liposarkomaya - çevrilə bilər.

Lipoma bədənin istənilən hissəsində piy toxuması olan yerdə inkişaf edə bilər. Adətən lipomalar beldə, boyunda, başda, qollarda və ayaqlarda, nadir hallarda qadınlarda süd vəzilərdə müşahidə olunur.

Lipomanın əmələ gəlmə səbəbləri tibdə məlum deyil. Mütəxəssislərin fikirinə görə, mübadilə proseslərin pozulmaları, irsiyyət, şəkərli diabet, mədə, qara ciyər, qalxanvari vəzi xəstəlikləri lipomaların əmələ gəlməsinə təkan verə bilər.

Yuxarıda qeyd etdiyimiz kimi, lipoma xoşxassəli şişdir və bu səbəbdən əksər hallarda insanın sağlamlığı üçün təhlükə yaratmır. Dərialtı piydə olan lipomalar nadir hallarda liposarkomaya çevrilir, süd vəzində liposarkoma olduqca nadir bir hadisədir. Lipoma xərçəngə çevrilmir.

Diaqnostikası

Süd vəsisinin lipoması müayinə, mamoqrafiya, ultrasəs və sitoloji müayinədən ibarətdir.

Müalicəsi

Lipoma üzü özündən sorula bilməz. Lipomanın yeqanə müalicə üsulu cərrahi əməliyyatdır. Xoşxassəli şiş olmasına baxmayaraq lipoma irinləyə bilər, xəstəni narahat edə bilər, görünən yerlərdə yerləşdikdə isə kosmetik qüsur yaradır. Bunları nəzərə alaraq bir çox hallarda lipomanın xaric olunması daha məqsədəuyğundur. Bunu ilkin mərhələlərdə lipoma kiçik olanda etmək lazımdır.
Əksər hallarda lipoma yerli anesteziyanın tətbiqi ilə ambulator şəraitdə xaric olunur və 1-2 saatdan sonra xəstə evə buraxılır. Dəriyə 1-2 kiçik tikiş qoyulur, tikişlər özü özündən sorulur.

Tercume

https://mediland.az/az/news/25/lipomanin-xaric-edilmesi