Main

TAKAYASU XƏSTƏLİYİ (AORTO ARTERİİT)

Nəbzsizlik xəstəliyi

Takayasu xəstəliyi qanı ürəkdən uzaqlaşdıran böyük qan damarların (arteriyaların) xroniki iltihabıdır. Sistem xəstəlikdir, aorta və onun çıxan şaxələrinin hissəvi və ya tam oblitasiyası, iltihabi ilə xarekterizə olunur. Takayasu xəstəliyinə nəbzsizlik xəstəliyi də deyilir. Çünki aortoarterit qan damarlarının lümeninin daralmasına və ya onların tam tıxanmasına və hər iki qolda, bəzən də yuxu və ya temporal arteriyalarda nəbzin kəskin zəifləməsinə və ya olmamasına gətirib çıxarır.

Səbəbləri

Xəstəliyin səbəbləri aydın deyil, güman olunur ki, xəstəliyin əsas səbəbləri immun pozğunluqlarında gizlənir. Patogenezdə əsas rol immun pozulmalara, damar divarında immun komplekslərinin törətdiyi iltihaba məxsusdur. Takayasu xəstəliyi çox zaman gənc qadınlarda müşahidə olunur. Xəstəlik daha çox Asiya və Cənubi Amerikada, daha az Avropada müşahidə olunur.

Simptomları

Damarların zədələnmiş bölgələrində tədricən qan dövranı pozulmaları inkişaf edir. Əsas simptom - bir və ya hər iki əldə nadirən yuxu körpücük altı temparal arteriyalarda nəbzin hiss olunmamasıdır.

Xəstələrin təxminən yarısında ilkin fiziki simptomlar var: nasazlıq, qızdırma, yuxu pozğunluğu, kilo itkisi, oynaq ağrısı və yorğunluq. Tez-tez anemiya və eritrositlərin çökmə sürətinin artması ilə müşayiət olunur. Bu mərhələ tədricən azalır və aortada və onun budaqlarında iltihabi proseslərlə xarakterizə olunan xroniki mərhələyə keçir. Takayasu sindromu olan xəstələrin digər yarısında ilkin somatik simptomlar olmadan yalnız damar sistemində gec dəyişikliklər aşkar edilir. Sonrakı mərhələlərdə arterial divarların zəifliyi lokallaşdırılmış anevrizmalara səbəb ola bilər. Sindrom eyni zamanda xəstədə Reyno fenomeninə səbəb olur.

Oftalmoskopiya zamanı göz dibinin damarlarından dəyişiklik (daralma, arteriovenoz anostomozlar əmələ gəlir) aşkar olunur. Koranar arteriyanın prosesə qoşulması az müşahidə olunur. Qarın aortası böyrək damarları ilə birgə zədələnməsi klinik vazorenal hipertenziya ilə müşayət olunur. Laborator göstəricilər mülayim dəyişir. Xəstəlik yavaş proqresivləşir, işemiya əlamətləri ilə kəskinləşmə müşayət olunmur. Xəstəliyin erkən etaplarında arterioqrafiya diaqnoza kömək edir.

Diaqnozu

Xüsusi labaratoriya analizi yoxdur. EÇS artması aktiv xəstələrin 1/3 normal ikən, remissiyada 56 % yüksək ola bilir. MR angiografiya,kontrast arteriyografiya əsas diaqnostik üsuldur.

Müalicəsi

Medikamentoz terapiya tətbiq olunur. Zədələnmiş arteriyaların protezləşmə korreksiyası tətbiq oluna bilər.

Proqnozu

Bu xəstəlik üçün uzunmüddətli proqnoz vermək mümkün deyil. Bəzi araşdırmalara görə, tor qişa və aorta zədələndikdə və ya anevrizma əmələ gələrsə, xəstəliyin proqnozunun pisləşdiyi aşkar edilmişdir. Həmçinin, erkən diaqnostika və immunosupressiv dərmanlarla müalicə ilə qan damar anomaliyalarının müalicəsi üçün cərrahi müdaxiləyə ehtiyac azaldıla bilər.

Takayasu xəstəliyinin proqnozu xəstədən xəstəyə dəyişir və əsasən qanın ürəkdən insan toxumalarına necə ötürülməsindən asılıdır.

tercume