Main

Tənəffüs çatışmazlığı

Tənəffüs çatışmazlığı – patoloji haldır, fiziki iş zamanı və ya hətta sakitlikdə ağ ciyərin tənəffüs mübadiləsini tam təmin etmə qabiliyyətinin (havada olan oksigenin udulması və karbon qazının çıxarılması) olmamasıdır.
Yaranma səbəbi istənilən ağır və ya uzunmüddətli gedişatlı ağ ciyər xəstəliyi ola bilər.
Tənəffüs çatışmazlığı nəticəsində qan oksigenlə kifayət qədər zənginləşmir ki, bu da orqanizmdə ümumi oksigen çatışmazlığına gətirir.

Səbəbləri

Tənəffüs çatışmazlığının səbəbi hər hansı ağır və ya uzun müddətli ağciyər xəstəliyi ola bilər. Kəskin xəstəliyin ağır gedişi zamanı ortaya çıxan kəskin tənəffüs çatışmazlığı (ağır pnevmoniya, bronxiolit, bronxial astmanın ağır hücumu, döş qəfəsinin zədələnməsi və s.) və uzun müddətli (xroniki) baş verən xroniki tənəffüs çatışmazlığı vardır. Bundan əlavə ağciyər xəstəliyinin uzunmüddətli (xroniki) gedişi zamanı baş verən tənəffüz çatışmazlığı mövcuddur. (xroniki bronxit, bronxial astma, ağciyər vərəmi, silikoz və digər "toz" ağciyər lezyonları, döş qəfəsinin deformasiyası və bir çox başqaları).
Simptomları

Tənəffüs çatışmazlığının əsas simptomu təngnəfəslik – əzablı hava çatışmazlığı hissiyatıdır. Xroniki tənəffüs çatışmamazlığının inkişafında əvvəl fiziki işlər zamanı, daha sonra xəstəliyin inkişafında az fiziki iş gördükdə belə və hətta sakitlikdə də xəstə təngnəfəslik hiss edir. Kəskin tənəffüs çatışmazlığı bir neçə dəqiqədən bir neçə günə qədər zamanda inkişaf edə bilər və onun ağırlığı əsas xəstəliyin gedişatı və tibbi yardım göstərilmə tezliyi ilə müəyyən olunur.
Tənəffüs çatışmazlığının xarici əlamətləri tənəffüsün dərinliyi və yüksək tezliyi, dərinin boz rəngi ilə müəyyənləşə bilər.
Müalicəsi

Kəskin tənəffüs çatışmazlığının ilk əlamətlərində təcili olaraq həkimə müraciət olunmalıdır. Xroniki tənəffüs çatışmazlığında birinci növbədə əsas xəstəliyin müalicəsi və profilaktikasını aparmaq lazımdır, əlavə olaraq oksigen inqalyasiyasından, tənəffüs gimnastikasından və xəstənin tam müayinəsindən sonra yalnız həkimin seçimi ilə bir çox digər üsullardan istifadə olunur.
Profilaktikası

Tənəffüs çatışmazlığının profilaktikası bu halın səbəbkarı olan əsas xəstəliyin vaxtında profilaktikası və müalicəsindən ibarətdir.

https://www.facebook.com/vitamed.hospital/photos/a.336781236458116/791360324333536/?type=3

tercume