Tonzillit hər il milyonlarla insanlarda yaranan badamcıq iltihabıdır. Narahatçılıq verməsinə baxmayaraq tonzillit nadir hallarda ciddi sağlamlıq problemi yarada bilir. Badamcıqlar boğazın arxasında yerləşir. Onlar immun sisteminin bir hissəsini təşkil edən lenfoid toxumalardan təşkil olunmuşdur. Ümumiyyətlə, insanlarda 4 tip badamcıq vardır, ancaq adətən,tonzillit damaq badamcıqlarında yaranır.
Damaq badamcıqları və normal halda görünən tək badamcıqlar. Badamcıqlar yeniyetməlik dövründə ən böyük ölçüsünə çatır və bundan sonra yavaş-yavaş kiçilir. Badamcıqlar, bədənin ətrafdakı bakteriyalara, viruslara və xəstəliyə səbəb olan digər mikroorqanizmlərə qarşı ilk müdafiə sərhəddidir.
Badamcıqların üzərindəki xüsusi hüceyrələr immun sistemdəki T və B hüceyrələri oyadır və immun müdafiyəni yaradır. Badamcıqlar özü də T hüceyrələr ifraz edirlər.
İnsanların böyük əksəriyyəti, müalicəsiz də, bir neçə gün içində tam tonzilitdən xilas ola bilir. Çox vaxt simptomlar 7-10 gün ərzində keçib gedir.
Səbəbləri
Badamcıqlar xariclə ilk müdafiə sərhəddi olduğundan infeksiyaya məruz qalır. Əsasən tonzillit viral olur, lakin bəzən bakterial da ola bilir. Əgər A qrup setreptokoklardan olan bakteriya tonzillitə səbəb olarsa bu “Strep boğazı” adlanır. Virus və ya bakteriyal mənşəli olmasından asılı olmayaraq, tonzillit yoluxucudur. Bununla yanaşı, tonzillit sinusit və ya qızdırma kimi ikincili xəstəliyə səbəb olarsa, infeksiya olma ehtimalı yoxdur.
Viral səbəblər: Tonsillit ən çox viral infeksiyaya səbəb olur. Tonzillit yaradan viruslar:
Daha az hallarda olsa da bunlar da viral tonzillit yaradır:
Bakterial səbəblər: Tonzilitə ən çox Streptococcus pyogenes səbəb olur. Lakin bundan başqa bəzi bakteriyalar da tez-tez infeksiyaya səbəb olur:
Əlamətləri
Tonzilitin ən çox görülən simptomları bunlardır:
Daha az rast gəlinən simptomlar:
Bəzi hallarda tonzilollit adlanan badamcıq daşarına rast gəlinə bilir. Bu daşlar badamcıqdakı çatlarında kirəcləşmiş maddə yığınıdır. Onlar əsasən kiçikdir, lakin nadir hallarda tonzilolitlər 30 santimetr və da böyük ola bilir. Tonzilolitlərin çıxarılması çətin olub, narahatçılıq versə də əsasən onlar zərərli deyildir. Nadir hallarda da olsa, tonzillit bəzən boğazda tənəffüsü çətinləşdirəcək qədər şişməyə səbəb ola bilər. Əgər bu baş verərsə, dərhal tibbi müdaxilənin olunması vacibdir. Bundan əlavə, əgər bir şəxs aşağıdakı əlamətlərdən birini yaşayırsa, həkimə müraciət etməlidir:
Diaqnozu
Tonzillit diaqnozu üçün həkim işə ümumi müayinə ilə başlayır və çoxlu ağ ləkələrlə dolu şişkin badamcıq sahələrini axtarır. Həkim boğazın həm də xaricində müayinə apararaq şişmiş limfa vəzilərini və nadir hallarda meydana gələn səpkiləri axtarır. Eyni zamanda infeksiyanın viral və ya bakterial səbəblə olub-olmadığını müəyyən etmək üçün laboratoriya tərəfindən daha dəqiq yoxlanılması üçün infeksiya sahəsindən yaxma götürülə də bilir.
Həmçinin diaqnozda ümui qan analizindən də istifadə olunur.
Müalicəsi
Müalicənin ilk yolu ev şəraitində qulluqdur. Bunlar evdə tonsillit əlamətlərini azaltmaq üçün istifadə olunan ən sadə üsullardır:
Antibiotiklər: Tonzillitə bakterial infeksiya səbəb olduqda, həkim antibiotik təyin edir. Antibiotiklər, viral infeksiya hallarında tətbiq olunmur. Penisilin tonzillit zamanı ən çox istifadə edilən antibiotikdir. İnsanlar simptomlarının yüngülləşməsindən asılı olmayaraq, dərman preparatlarını tam kurs qəbul etməlidirlər. Əks halda,infeksiyanın yayılmasına,uzun müddətli revmatizmal qızdırma və ya böyrək iltihabına gətirib çıxara bilər.
Cərrahiyyə: Əvvəllər cərrahi əməliyyat tonzillit üçün ümumi bir yanaşma idi və bir çox hallarda həyata keçirilirdi. Bu gün üçün isə tonzillektomiya tonzillit xroniki hal almadığı və təkrarlanmadığı təqdirdə istifadə edilmir. Məsələn, əgər bir adam il ərzində yeddi dəfə tonzillitlə qarşılaşarsa və ya 3 ildir 3 dəfə eyni halı keçirirsə, həkim əməliyyat haqqında düşünə bilər. Badamcıqların yetkinlik dövründə getdikcə daha az fəal olmasına baxmayaraq, onlar aktiv bir orqan hesab olunur və buna görə də,həkimlər zəruri hal olmadıqda onları çıxarmırlar. Badamcıqlar, aşağıdakı ikincili hallara səbəb olursa, tonzillektomiya əməliyyatı zəruri ola bilər:
Tonzillektomiya tələb olunursa, istifadə edilən bir çox müxtəlif üsullar vardır. Lazerlər, radio dalğaları, ultrasəs enerjisi, coblation (soyuq temperatur) və ya elektrokoteriya (elektriklə qızdırılan bir iynə) badamcıqların çıxarılması üçün istifadə olunur. Cərrahi müdaxilə getdikcə sıxışdırılır. Tonzilloktemiyanın mənfi yönlərinin, əməliyyatla nail olunan pozitiv yönlərdən daha böyük olduğu düşünülür. Ümumiyyətlə, müəyyən vaxtlığına narahatlıq verməsinə baxmayaraq, insanların böyük əksəriyyəti üçün tonzillit heç bir ciddi uzunmüddətli nəticə olmadan keçib gedəcəkdir.