Main

Trombosit sayının azlığı (trombositopeniya)

Trombositlərin sayının aşağı olması bədəndə trombosit adlanan qan hüceyrələrinin normaldan daha az olması deməkdir. Bu, qanaxmanın daha uzun sürməsinə və ya dəridə qançırların yaranmasına səbəb ola bilər.

Trombosit (PLT) nədir?

Sümük iliyində əmələ gələn trombositlər (qan trombositləri) qan damarlarında qanaxma zamanı qanın laxtalanmasını təmin edərək yaraların sağalmasına kömək edən kiçik hüceyrələrdir.

Trombositlərin Normal Dəyəri (PLT)

Trombositlərin sayı orqanizmin ehtiyacı olduğu balansda saxlanılmalıdır. Çox yüksək trombosit sayı həddindən artıq qan laxtalanmasına və damar tıxanmasına səbəb ola bilər. Digər tərəfdən də trombositlərin sayının azlığı qanaxmanın idarə olunmamasına və ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Yetkin insanlarda normal trombosit sayı və ya səviyyəsi hər mikrolitr qan üçün 150.000 ilə 450.000 trombosit arasında dəyişir.

Trombosit azlığı (trombositopeniya) nədir?

Trombositlər qanın laxtalanmasına kömək edən rəngsiz qan hüceyrələridir. Trombositlər qan damarlarının zədələnmələrində toplanaraq və tıxac əmələ gətirərək qanaxmanı dayandırırlar.

​Trombosit sayının aşağı olmasının (trombositopeniya) əlamətləri

Trombositopeniyanın əlamətləri və simptomları insandan insana dəyişir, lakin aşağıdakı səbəblərdən də qaynaqlana bilər:

  • Asan və ya həddindən artıq göyərmə (purpura)
  • Adətən ayaqların arxa hissəsində ləkə kimi qırmızı-bənövşəyi ləkələr (petechiae) kimi görünən qançırlar, dərinin səthi qanaması.
  • Kəsiklər zamanı qanamanın üzun sürməsi
  • Diş əti və ya burun qanaması
  • Sidikdə və ya nəcisdə qan
  • Menstrual qanamanın artması
  • Yorğunluq
  • Böyümüş dalaq

Trombosit sayının azalmasının (trombositopeniya) səbəbləri

Trombositopeniyanın bir çox səbəbi ola bilər. Onları aşağıdakı kimi sadalaya bilərik:

  • Sümük iliyi xəstəlikləri
  • Otoimmün xəstəliklər
  • Alkoqol və narkotik
  • İnfeksiyalar
  • Hamiləlik
  • Qanköçürmə
  • Fol turşusu
  • B12 çatışmazlığı nəticəsində yaranan anemiyalar
  • Zəhərlənmə, zəhərli maddələr
  • Kimyaterapiya və ya radioterapiya müalicəsi

Trombosit sayının azlığının (trombositopeniya) diaqnozu

  • Tam qan sayımı (CBC)
  • Periferik qan yaxması
  • Qan laxtalanma testi
  • Sümük iliyi biopsiyası

Trombosit azlığının (trombositopeniya) müalicəsi

Ilk öncə trombositlərin azlığının səbəbi dəqiq müəyyən edilməlidir. Çünki müalicə bu amilə görə planlanmalıdır. Çox vaxt mütəxəssislər əsas səbəbi müalicə edərək trombositlərin sayını artıra bilərlər. Bu yanaşma dərmanların dəyişdirilməsini əhatə edə bilər. Digər müalicələrə aşağıdakılar daxildir:

  • Dərman müalicəsi: Bəzi dərman müalicəsi trombosit istehsalını artıra bilər.
  • Qanköçürmə: Trombosit səviyyəsi çox aşağı olarsa, hematoloq trombosit səviyyəsini müvəqqəti olaraq artırmaq üçün qan köçürə bilər. Transfüzyonlar təxminən üç gün ərzində səviyyələri artıra bilər.
  • Splenektomiya: Dalağın çıxarılması əməliyyatı. Əgər testlər dalağın çox sayda trombosit saxladığını göstərərsə mütəxəssis cərrah dalağın çıxarılma əməliyyatını icra edə bilər. Splenektomiya əməliyyatı keçirmiş insanların infeksiyaya yoluxma riski daha yüksək olduğundan onlar infeksiyaların qarşısını almaq üçün peyvənd oluna bilərlər.

tercume