Main

Tüpürcək vəzi iltihabı (sialadenit)

Tüpürcək vəzi infeksiyası tez-tez rast gəlinən və hətta bəzi insanlarda təkrar müşahidə oluna bilən bir xəstəlikdir.

Əlamətləri:

  • qulaq önündə, çənə altında şişkinlik,
  • ağızda spesefik dadın olması,
  • ağızı aça bilməmək,
  • ağız quruluğu,
  • yüksək temperatur,
  • yemək yemə əsnasında ağız ya üz nahiyəsində ağrılar,
  • üzün yan hissəsində və ya üst boyunda qızarıqlıq.

Müalicəsi:

ltihab və ya yüksək temperatur varsa antibiotiklər məsləhət görülür. Ağız gigiyenasına diqqət etməkdə, çox miqdarda su içməkdə, siqaret çəkməməkdə fayda vardır! Bol su (o cümlədən limon suyu) içilməsi tüpürcək axışını artırmaqa kömək edəcəkdir.