Siqaret və ya tütün asılılığı, ciddi bir xəstəlikdir. Müalicə olunan xəstəlik olsa belə siqaret aslılığından qurtulmaq asan deyildir. Nikotin asılılığı narkomaniya aslılığına çox bənzəyir və orqanizmin siqaretdən imtina etməsi kifayət qədər çətindir.
Siqareti atmağa qərar verən bir insanda meydana gələn simptomlar arasında öskürək, baş ağrısı, tərləmə, boğaz ağrısı və mədə narahatlığı var. Siqareti tərgidən insanlar əksər hallarda pis əhval-ruhiyyəyə qapılır, əsəbiləşir, narahat olur və depressiya əlamətləri yaşayırlar. Qadınlar kişilərdən daha stresli olduqları üçün siqareti tərgitməkdə çətinlik çəkirlər. Bu əlamətlərə çəki artımını da misal göstərmək olar.
Əyər siqareti tərgitməyə qərar vermisinizsə ilk imtina simptomları son siqareti çəkdikdən bir neçə saat sonra yaranacaq. İlk günlərdən etibarən əlamətlər artacaq, lakin zaman keçdikcə tədricən yox olacaqdır. İlk iki həftəni pozmamaq və dözmək vacibdir. Bəzən siqaret çəkmək istəyi yarana bilsə də meydana gələn narahatlıqlar ilk aydan sonra tamamilə yox olacaqdır.
Siqaret aslılıından sağalmanın başlanğıc əlamətləri
Siqaretdən imtina etməyə qərar vermisinizsə, təxminən iki saatdan sonra nikotin bədəndən xaric olunmağa başlayacaq və ertəsi gün ürək-damar sisteminiz yaxşılaşmağa və bərpa olunmağa başlayacaq, qan dövranı sisteminin vəziyyəti düzələcək, bu da gəzinti və qaçış zamanı özünüzü daha yaxşı hiss etməyə imkan verəcəkdir. Siqaret çəkmədiyiniz bir il ərzində vücudunuz demək olar ki, tamamilə təmizlənəcək, görünüşünüz və rifahınız yaxşılaşacaqdır.
Siqareti buraxan bir çox insan siqaret fasilələri arasındakı vaxtı uzadaraq gündəlik çəkilən siqaret sayını tədricən azaltmağa başlayır və bundan əlavə filtrə yaxınlaşdıqca nikotinin və qətranın tərkibi artdığı üçün siqareti sona qədər yox yarıya qədər çəkir.
Daha zəif siqaretlərə keçməklə tütün asılılığını müalicə etmək heç bir nəticə verməyəcəkdir. Əvvəla, onların tərkibində də nikotin və zərərli maddələr var, üstəlik, zəif siqaret çəkən zaman insan instinktiv olaraq daha dərindən nəfəs almağa başlayır ki, bu da zərərli maddələrin ağciyərlərin dərinliklərinə keçməsinə imkan yaradır. Müalicəyə bu şəkildə başlamaq yalnız gündə bir qutu və ya daha çox siqaret çəkdiyiniz zaman təsirli olur. Amma siqareti tərgitməyin ən yaxşı yolu bir gün siqareti əbədi tərk etmək iradəsini toplamaqdır.
Siqaret çəkmək müasir cəmiyyətin mühüm tibbi və sosial problemlərindən biri olaraq qalmaqdadır. Siqaret çəkmək, həm ictimai sağlamlıq üçün təhlükəlidir, həm də xroniki xəstəliklərin inkişafına kömək edir: ağciyərlər, malign neoplazmalar, ürək-damar sistemi və s.
Tütün çəkmək erkən ölümün səbəblərindən biri sayılır.
Müxtəlif profilaktik tədbirlərə baxmayaraq, siqaretin yayılması kifayət qədər yüksəkdir. Epidemioloji tədqiqatların statistikasına görə, 25-65 yaş arası siqaret çəkənlərin 40%-dən çoxu kişilər, təxminən 18%-i isə qadınlardır. Siqaret həmçinin hiperkolesterolemiya, arterial hipertenziya, artıq bədən çəkisi və fiziki hərəkətsizlik kimi risk faktorları ilə əlaqələndirilir.
Yaşla siqaret çəkmə intensivliyinin artması, differensiallaşdırılmış dərman korreksiyası ilə müalicə olunan nikotin asılılığı sindromunun ortaya çıxmasını göstərir. Şübhəsiz ki, bu gün siqaret müasir cəmiyyətin faciəsidir.
Siqaret çəkənləri üç qrupua bölmək olar:
Siqaret çəkməyin zərərli əlamətləri və müalicəsi
İlkin olaraq, siqaretə görə xərçəngə tutulma ehtimalı çox yüksəkdir. Nadir hallarda siqaret çəkən bir insan ağciyər xərçəngindən yaxa qurtara bilər.
İkinci yerdə ürək-damar xəstəliklərinin inkişafı dayanır. Nikotinin stimullaşdırıcı təsiri hamar əzələ spazmlarının meydana gəlməsinə səbəb olur, ən çox qan damarlarının divarları zərər görür və daha az elastik olur. Buna görə qan təzyiqi yüksəlir, işemiya və hipertoniya inkişaf edir.
Çox vaxt siqaret kəskin respirator infeksiyalar, qrip və boğaz ağrısı kimi zərərsiz xəstəlikləri ağırlaşdırır.
Arıqlamağa səbəb olan siqaretin xüsusiyyətləri haqqında əfsanə
Arıqlamaq üçün siqaret çəkmək ən pis üsuldur. Sadəcə yalnız yemək əvəzinə siqaret çəksəniz arıqlaya bilərsiniz. Ancaq xatırladaq ki, ağciyər xərçəngi arıqlayana qədər gözləmir. Eyni zamanda, "arıqlayan" xanımlar siqaretdən imtina edə bilməzlər - onlar kökəlməkdən qorxurlar. Əlbəttə ki, bu da bir əfsanədir!
Əyər siqareti ataraq kökəlmək istəmirsinizsə bunun üçün metabolik pozğunluqlara görə endokrinoloqla əlaqə saxlamalı və qidanın keyfiyyət və kəmiyyətinə nəzarət etməyə başlamalısınız. Siqaret çəkərək “arıqlayan” xanımlar unutmasın ki, siqaret sayəsində arıqlamırlar, əksinə, arıqlasanız da dəriniz, saçınız, dişləriniz öz cazibədarlığını itirəcək!
Şəxsiyyətin tədricən deqradasiyasını da unutmaq olmaz. Siqaret çəkməyə başlayan insanın yaşından da çox şey asılıdır. İyirmi yaşında siqaret çəkməyə başlayan insanın intellektual inkişafı iyirmi ildən sonra pisləşir. Siqaretə aludə olan on yaşlı uşağın deqradasiyası isə onun psixi göstəricilərini o qədər tez sıradan çıxarır ki, o, orta məktəb proqramını belə dərk edə bilməyəcək. Siqaret çəkməyin bütün sadalanan nəticələrinin və xüsusən də intellektin azalmasının passiv siqaret çəkənlərdə də baş verə biləcəyinə diqqətinizi çəkirik - onlar özləri siqaret çəkməsələr də, başqalarının siqaretindən tüstü çəkirlər! Nikotin mövcud zehni məhv etdiyi üçün deyil, intellektin özünü təkmilləşdirməsinə mane olduğu üçün təhlükəlidir. Hər hansı bir narkotik maddənin təsirinin mahiyyəti belə müvəqqəti kütlükdür. Nəticədə isə bu vəziyyət bədən üçün vərdiş halına gəlir.