Main

Üçlü sinir nevralgiyası - trigeminal nevralgiya

Trigeminal nevralgiya bir başqa adı ilə "üçlü sinirin nevralgiyası" kimi tanınır.
Üçlü sinir nevralgiyası kranial sinirlərdən 5-cisi olan üçlü sinirin xəstəliyidir. Üçlü sinir agrıları üzün bir tərəfində olan dəhşətli, dözülməz ağrılardan ibarətdir.

Üçlü sinirin nevralgiyasının səbəbləri.

Trigeminal nevralgiyanın yaranma mexanizminə görə. Bu patologiya birincili və ya həqiqi (yalnız üçlü sinirin təcrid olunmuş zədələnməsi) və ikincili (sinir sisteminin sistem xəstəliklərinin bir simptomu kimi təzahür edən nevralgiya kimi) ola bilər.
Üçlü sinir nevralgiyasının əlamətləri
Üçlü sinir ağrıları xəstəliyi əsasən, dişləri fırçalayanda, küləkli havada yol gedərkən, yemək yeyərkən (yəni, çeynəmə prosesində) bu ağrıları anidən və çox şiddətli dərəcədə hiss olunur. Bu ağrılar alt və ya üst dişlər nahiyəsində hiss edilir. Bəzən isə üzün yalnızca bir hissəsində, alında və s. ağrılar hiss olunur.

Üçlü sinir nevralgiyasının müalicəsi və diaqnozu

Bu xəstəliyin müalicəsində bir neçə metoddan istifadə olunur ki, bunlar dərman, fizioterapevtik və ya cərrahi müalicə metodlarıdır. Müalicə üçün yetərincə təcrübəli və peşəkar nevroloqa müraciət etməyiniz çox vacib məqamdır. Seçdiyiniz nevroloq xəstəliyin simptomlarını dəqiq araşdıra biləcək və düzgün diaqnoz qoya biləcək potensialda peşəkar bir həkim olmalıdır.

Trigeminal nevralgiyanın müalicəsi kompleks şəklində aparılmalıdır:

  • trigeminal nevralgiyanın inkişafına gətirib çıxaran səbəblərin aradan qaldırılması.
  • mərkəzi sinir sisteminin qıcıqlanmasının azaldılması.
  • zədələnmiş üçlü sinirin miyelin qişasının bərpasının stimullaşdırılması – hal-hazırda mielin qişasını tam bərpa etməyə kömək edən dərman vasitəsi mövcud deyil, belə bir effektiv preparatın yaradılması üçün dünyanın bir çox alimləri çalışırlar Lakin miyelin qişasının bərpasını stimullaşdıran bəzi tədbirlər həyata keçirilir.
  • üçlü sinirin şaxələrinə və tətik zonalarına fizioterapevtik üsullarla təsir.

https://onurga.net/bloq/uclu-sinir-nevralgiyasi-trigeminal-nevralgiya