Main

Uşaqlığın cırılması

Uşaqlığın cırılması hamiləliyin və doğuşun ən təhlükəli ağırlaşmalarından biridir. Xoşbəxtlikdən, uşaqlığın yırtılması çox nadir hallarda rast gəlinir (bütün doğuşların 0,1-0,5%).

Uşaqlığın divarlarının bütövlüyünün pozulması kortəbii və ya xarici təsir altında baş verə bilər.

Uşaqlıq divarının zədələnməsi 2 qrupa bölünür:

  • Tam cırılmalar: Tam cırılma uşaqlıq divarının bütün təbəqələrini əhatə edir, bu zaman qarın boşluğu və uşaqlıq arasında dəlik formalaşır. Bəzi hallarda dölünün bu dəlikdən çixması hallarına rast gəlinir.
  • Natamam cırılmalar: Natamam yırtıqda isə yalnız endometrium və miometrium tamlığının pozulması halları baş verir. Burada visseral peritonun altında və ya enli bağın səthləri arasında hematoma yaranır.

Uşaqlığın yırtılmasının əsas səbəbi əvvəl keçirilən Keysəriyyə əməliyyatı da ola bilər. Cırılma əməliyyatdan sonra qalan çapıq boyunca baş verir. Həmçinin, uşaqlığın yırtılmasının səbəbi kimi dölün köndələn vəziyyətini, böyük dölü, dölün doğum kanalından keçməsinə mane olan çanaq sümüklərinin inkişaf anomaliyalarını, cinsiyyət yollarında törəmələrin və iltihabın olmasını göstərmək olar.

Simptomları:

Uşaqlığın yırtılmasının başlanğıc simptomları zamanı vaginada qanlı ifrazatın, dölün anormal ürək döyüntüsünün və sidikdə qan qarışığının görünməsidir. Cırılma meydana gəldikdə, qadın qarında kəskin ağrı hiss edir, doğuş dayanır, şok əlamətləri yaranır və ödem görünür. Vaginada güclü qanaxma başlayır. Uşaqlıq yırtılırsa, döl uşaqlıqda ölə bilər. Uşaqlığın yırtılması zamanı uşaq qarın boşluğuna keçərsə, ananın qarnı nizamsız bir forma alır.

Uşaqlığın yırtılması zamanı bütün hallarda, təcili cərrahiyyə əməliyyatı aparılmalıdır.

Tərcümə