Uşaqlığın polipləri – bu orqanın daxili qişası sayılan endometriumda yaranan xoşxassəli törəmələrdir. Onlar tibbi ədəbiyyatda endometrial polip kimi də qeydə alınır. Polip cisim və ayaqcıqdan ibarət olub, adətən hormonal proseslərin təsirindən formalaşır. Ağırlaşmış hallarda uşaqlığın polipləri bədxassəli şişə çevrilə bilər. Bu səbəbdən onlara etinasız yanaşmaq düzgün deyil.
Yaranma səbəbləri:
Uşaqlığın polipləri müxtəlif səbəblərdən əmələ gələ bilər. Bunlara aşağıdakılar aiddir:
Xəstəlik əksər hallarda klimaks dövründə müşahidə edilir. Lakin son zamanlarda uşaqlığın polipləri reproduktiv yaşda olan qadınlarda da tez-tez rast gəlinir.
Əlamətləri:
Təsnifatı:
Bu törəmələr 2 göstəriş üzrə təsnif olunur:
Diaqnostikası:
Polipləri ultrasəs müayinəsinin köməyilə təyin etmək mümkündür. Bu məqsədlə USM aybaşı tskilinin 2-4-cü günündə aparılmalıdır. Digər günlərdə endometrium qalınlaşdığından polipin aşkarlanması çətinləşir.
Polipin müalicəsi yalnız cərrahi yolla həyata keçirilir. Medikamentoz (dərman) üsul xəstəliyin ağırlaşmasının qarşısını alsa da, problemi təəssüf ki, kökündən həll etmir.
Cərrahi müdaxilə necə həyata keçirilir?
Ən uyğun metod histeroskopiyadır. Cərrah xüsusi alət vasitəsilə polipin ayaqcığından tutaraq, onu ehtiyatla uşaqlıq boynu dəliyindən xaricə çıxarır. Bu müasir üsul kəsiksiz, qansız və az travmatikdir.
Əməliyyat adətən yerli keyitmə altında icra edilir. Polipin ölçüləri çox böyük olduqda ümumi narkoz tətbiq edilə bilər. Bəzən polipin ağırlaşmalarında uşaqlığın amputasiyasına (çıxarılmasına) ehtiyac yaranır.
Ənənəvi cərrahi üsulda uşaqlıq qaşınır, polip xaric edilir. Lakin belə hallar qan itkisi ilə müşahidə olunur.
Uşaqlıq boynu (servikal) kanalının divarlarını zədələyən xoşxassəli törəmədir. Uşaqlıq boynunun polipi yaranma səbəbləri, əlamətlərinə görə endometrial polip ilə eynidir. Onun diaqnostikasında ümumi ginekoloji müayinə, kolposkopiya, servikoskopiya, histeroskopiyadan istifadə edilir. Müalicə cərrahi yolla polipin rezeksiyasından (kəsilməsi) ibarətdir.
Yuxarıda qeyd etdiyimiz kimi polip bədxassələşmə riski ilə müşayiət olunan törəmədir. Bu səbəbdən əgər Sizdə polip aşkarlanıbsa, tez bir zamanda həkimə müraciət edib, ondan azad olmağınız məsləhətdir.
https://ginekologiya-hamilelik.az/qadin-xestelikleri/usaqligin-polipleri/