Uşaqlıq yolundan axıntı cinsi yarıqdan duru və yaxud qatı konsistensiyalı, əksər hallarda xoşagəlməz iyli ifrazatın xaric olmasıdır. Axıntılar vulvada və uşaqlıq yolunun dəhlizində qaşınma, qarnın aşağı hissəsində ağrı, intim yaxınlıq zamanı diskomfort hissi ilə müşayiət olunur. İfrazatlara cinsi infeksiyalar, uşaqlıq və onun artımlarının xəstəlikləri, cinsiyyət orqanlarının travması zamanı rast gəlinir. Axıntının səbəbi ginekoloji müayinə, ifrazatın bakterioloji analizi, instrumental üsullarla üzə çıxarılır. Axıntının aradan qaldırılması üçün əsas xəstəlik müalicə olunur.
Uşaqlıq yolundan axıntı haqqında ümumi məlumat
Normada qadınlarda az miqdarda, iysiz vaginal axıntılar mümkündür. Yumurtanın ağına bənzəyən, dartılan, selikli ifrazatlara ovulyasiya zamanı təsadüf olunur. Patoloji axıntılar üçün rəng və miqdarın dəyişməsi xarakterikdir. Belə hallarda alt paltarında sarı və yaxud qəhvəyi ləkələr müşahidə edilir. İfrazatlar iri həcmdə olduqda böyük və kiçik cinsiyyət dodaqlarında, aralıq nahiyəsində toplanır. Axıntılar üfunətli, turş, balıq iyli ola bilər.
Qadınlarda axıntı ilə yanaşı, aralıqda və uşaqlıq yolunun dəhlizində qaşınma, eləcə də cinsiyyət nahiyəsinin dərisində qıcıqlanma, səpgilər yaranır. Bəzən pasiyentləri qarnın aşağı hissəsində ağrılar narahat edir. Vaginal axıntılar külli miqdarda olduqda qadınlar aybaşı günləri üçün nəzərdə tutulan gigiyenik bezlərdən istifadə edir. Kəskin iylə əlaqədar psixoloji diskomfort meydana çıxır. Vaginal ifrazatların rəng və konsistensiyasının dəyişməsi genital və yaxud ekstragenital xəstəliklərdən xəbər verir. Belə vəziyyətlərdə mütləq ginekoloqa müraciət olunmalıdır.
Uşaqlıq yolundan axıntının təsnifatı
Vaginal axıntılar fizioloji və patoloji olur. Fizioloji ifrazatlar reproduktiv orqanların epitel toxumasının hormonal fonun dəyişməsinə qarşı reaksiyasıdır. Patoloji axıntı isə müxtəlif xəstəliklərlə bağlıdır. Qatılıq və konsistensiyasına görə vaginal axıntıların duru, qatı, dartılan, kəsmiyəbənzər, bəzən köpüklü formalarına rast gəlinir. Diaqnozun qoyulması və müalicə üsulunun seçilməsi üçün aşağıdakı təsnifatdan istifadə olunur:
Uşaqlıq yolundan axıntının səbəbləri
Uşaqlıq yolundan şəffaf axıntının səbəbləri
Az miqdarda, iysiz, sulu və yaxud selikli ifrazatlara periodik rast gəlinir. Onların miqdarının artması və turş iy alması xəstəliyə dəlalət edir. Şəffaf axıntılara aşağıdakı amillər səbəb olur:
Uşaqlıq yolundan ağ axıntının səbəbləri
Qatı, kəsmiyəbənzər ifrazatlar vaginal və servikal lokalizasiyalı patoloji proseslər üçün səciyyəvidir. Axıntının intensiv qaşıntı və ağrılı cinsi əlaqə ilə müştərəkliyi infeksion prosesdən xəbər verir. Uşaqlıq yolundan ağ ifrazatların səbəbləri aşağıdakılardır:
Uşaqlıq yolundan qanlı axıntının səbəbləri
Cinsi yarıqdan qanın axması travma olmadıqda ciddi üzvi xəstəliklərə işarədir. Onun başlıca səbəbləri bunlardır:
Uşaqlıq yolundan boz axıntının səbəbləri
Cinsi yarıqdan külli miqdarda, boz ifrazatın xaric olması vaginal mikrofloranın pozulması ilə bağlıdır. Bu disbalans genital infeksiyalar və digər orqanların xəstəlikləri zamanı baş verir. Boz axıntılar aşağıdakı xəstəliklər üçün xarakterikdir:
böyrəküstü vəzin xroniki çatışmazlığı), vərəm.
Uşaqlıq yolundan sarı axıntının səbəbləri
Az miqdarda, qatı, açıq-sarı rəngli vaginal ifrazatlara bəzən aybaşıdan bir neçə gün əvvəl rast gəlinir. Xoşagəlməz iyli, köpüklü, sarı axıntılar cinsi orqanların aşağıdakı xəstəliklərinə xasdır:
Uşaqlıq yolundan irinli axıntının səbəbləri
Müxtəlif iltihabi proseslərdə uşaqlıq yolundan qatı, kəskin iyli irin ifraz oluna bilər. Belə axıntılar qarnın aşağısında ağrı və qızdırma ilə müşayiət edilir. İrinli ifrazat aşağıdakı xəstəliklər üçün xarakterikdir:
Uşaqlıq yolundan axıntının diaqnostikası
Vaginal ifrazatlara rast gəlindikdə ginekoloqun konsultasiyası göstərişdir. Bu zaman xarici və daxili cinsiyyət orqanları fiziki, instrumental üsullarla müayinə olunur. Axıntının səbəbini üzə çıxarmaq üçün müxtəlif klinik və mikrobioloji analizlər aparılır. Onlar arasında daha çox diaqnostik əhəmiyyət kəsb edən üsullar aşağıdakılardır:
Sifilis Vasserman reaksiyası ilə inkar və yaxud təsdiq edilir. Vərəmin diaqnostikasına yönəldilmiş sınaqlar aparılır. Qanın klinik və biokimyəvi analizi iltihabi prosesin səbəbini tapmağa kömək edir. Həcmli törəmələrdə əsas onkomarkerlərin səviyyəsi yoxlanılır. Zərurət olduqda kiçik çanağın KT və ya MRT-si icra olunur.
Uşaqlıq yolundan axıntının müalicəsi
Diaqnoz qoyulana qədər yardım
Qaşınma və digər narahatlıqları azaltmaq üçün müntəzəm gigiyenik prosedurlar və bezlərdən istifadə etmək tövsiyə olunur. Həmçinin antiseptik məhlulları və müalicəvi bitki dəmləmələri ilə yerli vannalar effektiv sayılır. Bu metod iltihabi prosesi zəiflədir, patogen bakteriyaların sayını azaldır. Güclü ağrılarda QSİƏP qrupundan olan analgetiklər, spazmolitiklər qəbul edilir. Turş iyli, üfunətli, eləcə də qanlı axıntılarla qarşılaşdıqda mütləq ginekoloqa müraciət olunmalıdır.
Uşaqlıq yolundan axıntı zamanı konservativ müalicə
Müalicə sxemi ifrazatın səbəbi və reproduktiv sistemin vəziyyəti nəzərə alınmaqla fərdi şəkildə tərtib olunur. Müalicənin əsasını etiopatogenetik terapiya təşkil edir. Yanaşı olaraq simptomatik vasitələr təyin olunur. Medikamentoz müalicə yerli və fizioterapevtik üsullarla müştərək formada aparılır. Cinsi infeksiyalar aşkarlandıqda hər 2 cinsi partnyorun müalicəsi mütləqdir. Müalicə prosesində adətən aşağıdakı preparatlardan istifadə olunur:
Uşaqlıq yolundan axıntı zamanı cərrahi müalicə
Uşaqlıq boşluğundan və borularda irinin toplanması, kistaların irinləməsi, bartolin vəzin absesi patoloji ocaqların sanasiya və drenajlanmasına göstərişdir. Fistula aşkarlandıqda onlar kəsilir, cinsi yolların anatomik quruluşu plastik yolla ilə bərpa edilir.
Xoşxassəli törəmələr sağlam toxuma sərhəddində xaric edilir. Bədxassəli şişlərdə adətən ovariektomiya, uşaqlığın amputasiyası aparılır. Endometrioz zamanı patoloji ocaqlar kəsilir, sonra həmin hissə yandırılır.
https://med-portal.az/qadin-xestelikleri/usaqliq-yolundan-axinti/