Main

Vitamin B2 (riboflavin)

B2 vitamini kimi də tanınan riboflavin, enerji istehsalı, hüceyrə böyüməsi və steroidlərin parçalanması prosesində iştirak edən vacib bir koenzim komponentidir və B kompleks vitamin qrupunun bir hissəsidir. Bədənin inkişafında və enerji istehsalının saxlanmasında mühüm rol oynayan vitamin B2, bütün digər B vitaminləri kimi, qidanın (karbohidratların) qlükozaya çevrilməsinə kömək edir. Təbii olaraq həm bitki, həm də heyvan mənşəli qidalarda olan B vitamini əlavə olaraq da qəbul edilə bilər.

Vitamin B2 (riboflavin) nədir?

Vitamin B2 (riboflavin) karbohidratların, zülalların və yağların parçalanması nəticəsində bir çox bədən proseslərində, eləcə də enerji istehsalında iştirak edən 8 növ suda həll olunan B vitaminlərindən biridir. B2 vitamini təbii olaraq bitki və heyvanlarda aşkar edilsə də, orqanizimdə uzun müddət qalmadığı üçün əlavə olaraq da qəbul edilə bilər.

Bütün digər B vitaminləri ilə birlikdə fəaliyyət göstərən B2 vitamini (riboflavin) bədənin inkişafı üçün vacib bir vitamin növüdür və eritrosit kimi tanınan qırmızı qan hüceyrələrinin istehsalına kömək edir. Vitamin B2, həmçinin zülallardan enerjinin ayrılmasına kömək edərək, bədənin inkişafını və enerji istehsalının qorunmasını dəstəkləyir.

Süd və süd məhsulları, yaşıl yarpaqlı tərəvəzlər, yağsız ətlər, paxlalılar və fındıq kimi qidalar B2 vitamini ilə zəngin qidalardır. Riboflavin işığa məruz qaldıqda məhv olur. Bu səbəbdən tərkibində riboflavin olan qidalar şəffaf qablarda işığa məruz qalamdan saxlanılmalıdır.

Əhəmiyyətli funksiyaları və faydaları olan B2 vitamini orqanizmdə çatışmazlıq halında bəzi əlamətlərə səbəb ola bilər. Anemiya, ağız yaraları və dodaqlarda çatlar, baş ağrısı, boğaz ağrısı, saç tökülməsi, dəri problemləri və ağır hallarda katarakta B2 vitamini (riboflavin) çatışmazlığının əsas əlamətlərindəndir.

Vitamin B2 (riboflavin) faydaları

Vitamin B2 (riboflavin) bədənin enerji istehsalını dəstəkləmək və sinir sisteminin sağlam işləməsi üçün lazım olan vacib vitaminlərdədir. Qırmızı qan hüceyrələrinin istehsalında əhəmiyyətli rol oynayan vitamin B2, miqren-baş ağrıları, dəri problemləri, qalxanabənzər vəzi xəstəlikləri, katarakta, ürək sağlamlığı və yaraların sağalması kimi bir çox xəstəliyin müalicəsində təsirlidir.

Bitki və heyvan mənşəli qidalarda aşkarlanan bu vitamin çatışmazlıq halında orqanizmə əlavə olaraq suda həll edilərək qəbul oluna bilər.

Qırmızı qan hüceyrələrinin yaranmasına kömək edən B2 vitamininin faydaları aşağıdakılardır:

  • Bədənin enerji istehsalını dəstəkləyir
  • Sinir sisteminin düzgün işləməsinə kömək edir
  • Qırmızı qan hüceyrələrinin istehsalını təmin edir və anemiyanın qarşısını alır
  • Qalxanabənzər vəzi xəstəliklərinə müalicəvi təsir göstərir
  • Ürək-damar xəstəliklərindən qoruyur
  • Gözləri qoruyur, katarakt riskini azaldır
  • Antioksidan təsiri ilə sərbəst radikalların hüceyrələrə zərər verməsinin qarşısını alır
  • Migren baş ağrılarının müalicəsində təsirlidir
  • Dəri və saç problemləri üçün faydalıdır
  • Yaşlanma prosesini ləngidə bilər
  • Yuxu keyfiyyətini yaxşılaşdıra bilər

B2 vitaminili qidalar

Vitamin B2 ümumiyyətlə süd və süd məhsulları, ət, yaşıl yarpaqlı tərəvəzlər, taxıl və qoz-fındıq kimi qidalarda olur. B2 vitamini qızılbalıq, kartof və yerköküdə də var. Bədəninizin ehtiyac duyduğu B2 vitaminini bu qidalardan istifadə etməklə əldə etmək mümkündür, lakin B2 vitamininin dozası ilə bağlı həkiminizlə məsləhətləşməlisiniz.

Vitamin B2 (riboflavin) aşağıdakı qidalarda olur:

  • Süd, pendir və qatıq süd məhsulları
  • Yağsız ət və toyuq döşü
  • Kartof və yerkökü kimi tərəvəzlər
  • İspanaq, qulançar və brokoli kimi bəzi yaşıl yarpaqlı tərəvəzlər
  • Qızıl balıq və başqa dəniz məhsulları
  • Kinoa və mərcimək kimi taxıl və paxlalılar
  • Badam, fındıq, qoz kimi quru meyvələr
  • Yumurta
  • Göbələk
  • Pomidor, nar və qovun kimi bəzi meyvə və bostan bitkiləri

Təbii olaraq həm bitki, həm də heyvan mənşəli qidalardan əldə edilən B2 vitamini əlavə olaraq da qəbul edilə bilər. Ancaq bədəni çox B2 vitamini ilə yüklədikdə, sidik tünd sarı rəngə çevrilə bilər. Bu rəngin mənbəyi riboflavindir.

B2 vitamini çatışmazlığının əlamətləri

B2 vitamini çatışmazlığının əsas əlamətləri ağız yaraları, dodaqların çatlaması, baş ağrısı, boğaz ağrısı, qan azlığı, saç və dəri səpgiləri, gözlərdə qaşınma və qızartıdır.

B2 vitamininin zərərli təsiri

B2 vitamini qidadan və ya əlavə olaraq həddindən artıq qəbul edilərsə, bəzi mümkün yan təsirlər yarana bilər. Bu yan təsirlərə baş ağrısı, ürək döyüntüsü, yorğunluq, ağız yaraları, iştahsızlıq, dəri problemləri, selikli qişaların şişməsi və ürəkbulanma daxildir.

https://www.memorial.com.tr/saglik-rehberi/b2-vitamini-riboflavin-nedir

saytindan tercume