Abort mahiyət etibarilə abort hamiləliyin süni surətdə pozulmasıdır, yəni, dölün ölümü ilə nəticələnir. Azyaşlı qızlarda hamiləliyin pozulması yalnız valideynlərin razılığı ilə və bu işdə ixtisaslaşan tibb mərkəzlərində aparılır.
Hamiləliyin necənci həftəsinə qədər abort etmək olar?
Qadın hamiləlikdən müxtəlif dövrlərdə azad ola bilər. Abortu 12 həftəyə qədər etmək olar (buna erkən abort deyilir), amma təcrübə göstərir ki, dölü uşaqlıqdan 22 həftəyə qədər uğurla xaric etmək olar və bu ən son müddətdir (belə abort gecikmiş adlanır).
Erkən və gecikmiş abortların fərqi ondadır ki, qadın birinci halda bu qərarı sərbəst qəbul edə bilər və heç kəs ona mane ola bilməz, ikinci hala gəldikdə isə, bu, ağır və təhlükəli müdaxilədir. Bu zaman hamiləliyin süni pozulması üçün komissiya yaradılır.
Bütün sənədlərə, analizlərə baxıb hamiləliyin pozulma səbələri ilə tanış olduqdan sonra, komissiya abort haqqında qərar verir. Bu onunla əlaqədardı ki, gecikmiş dövrdə hamiləliyin pozulması, hər şeydən əvvəl vaxtından qabaq doğuşdur, hansından sonrakı uşaq ölür. Adətən abort, döl normal inkişaf etmədikdə və ya həyat qabiliyyəti olmadıqda aparılır.
Həmçinin aborta gecikmiş mərhələdə müxtəlif sosial səbəblərdən (tək ana, yaşayış yerinin olmaması, çoxuşaqlı ailə, zorlanma, işsizlik) icazə verilə bilər. Dəqiqini desək, hamiləliyi həm tibbi, həm də sosial səbəblərə görə pozmaq olar.
Müasir dövrdə çoxsaylı kontrasepsiya vasitələri var. Onlar arzuolunmaz hamiləlik riskini minimuma endirsə də, ona tez-tez rast gəlinir. Arzuolunmaz hamiləliyə səbəb olan hallar çox müxtəlifdir. Tez-tez müxtəlif səbəblərdən həkimə müraciət etmək imkanı olmur.
Bu zaman qadınlar xalq təbabəti üsullarından istifadə edə bilər. Lakin çox ehtiyatlı olmaq lazımdır, beləki, xalq təbabəti vasitələrilə abort həmişə müsbət nəticə vermir və bu da təəccüblü deyil. Məsələn, qadınların əksəriyyəti hamiləliyi ev şəraitində pozmaq üçün dəfnə, petruşka yarpaqlarının dəmləməsindən istifadə edirlər, hansılarınki təsiri sübut edilməmişdir.
Əgər qadın abortu tibb mərkəzlərində elətdirmək qərarı verirsə, onda o, abortun növləri və fəsadları barədə bilməlidir.
Abortun növləri:
Müasir dövrdə abortun aşağıdakı növləri var:
Abortun növlərinin təsvirinə keçməzdən qabaq, bir sıra analiz və müayinələrdən keçilmənin vacibliyini qeyd etmək lazımdır:
Yalnız sadalanan bu analizlərdən tam keçdikdən sonra, peşəkar ginekoloq abortun uyğun növünü seçir.
Cərrahi abort
Uzun müddət hamiləliyin cərrahi yolla pozulması ənənəvi hesab olunurdu. Son vaxtlar vəziyyət bir qədər dəyişmişdir. Təssüflər olsun ki, bu, qadının orqanizmi üçün çox təhlükəlidir. Əməliyyat adətən uğurla başa çatır, lakin ciddi fəsadlar da ola bilər. Bu üsula o vaxt gedirlər ki, medikamentoz və ya mini-abortu etmək gec müraciət edildiyi üçün artıq gec olur.
Cərrahi abort necə aparılır
Böyük dövrlərdə abort döl yumurtasının uşaqlıq boşluğundan qaşınıb çıxarılması ilə aparılır. Əvvəlcə uşaqlıq boynu xüsusi genəldicilərlə genişləndirilir, bundan sonra metal ilgəkdən istifadə etməklə döl yumurtası xaric edilir. Böyük müddətdə abort qanitirmə ilə müşayiət olunur.
Prosedur yerinə yetirildikdən sonra, həkim uşaqlıq boşluğunu tam təmizləməlidir. Əgər hər şey ideal təmizlənməzsə, bu, ciddi ağırlaşmalara səbəb ola bilər. Bu zaman, həkimlərin peşəkarlığı təəssüf ki, həmişə uşaqlığın təmizlənməsi üçün kifayət eləmir, buna görə də abortdan sonra fəsadlar, məsələn uzun müddət yüksək temperatur ola bilər.
Medikamentoz abort
Medikamentoz abort – müasir dövrdə hamiləliyin erkən mərhələlərdə pozulmasının ən təhlükəsiz üsulu hesab olunur. Onun əsasında dərman preparatları durur. Medikamentoz abort hamiləliyin 6 həftəliyinə qədər aparılıa bilər. Bu üsulda heç bir cərrahi müdaxilə istifadə edilmir.
Medikamentoz abort yalnız xüsusi preparatların köməyilə həyata keçirilir. Qadınların əksəriyyəti şübhəli, mənşəyi bəlli olmayan tabletlərdən istifadə edir.
Medikamentoz abort etməzdən öncə, qadın mütləq hamiləlik testi etməli və USM-dən keçməlidir. Lazım olan tabletləri apteklərdən xüsusi həkim reseptləri vasitəsilə almaq olar. Həmçinin qeyd etmək lazımdır ki, abortun bu növü cərrahi abortdan yüngül və təhlükəsiz olmasına baxmayaraq, onun da fəsadları ola bilər.
Medikamentoz abort nədir və necə aparılır? Abortu müraciət edilən gün etmək olarmı?
İnternetdə çoxlu təkliflərə rast gəlmək olur ki, medikamentoz abortu müraciət günü edirlər. Əslində isə bu bir qədər fərqli olur.
Həqiqətən, hər şey müayinələrdən keçdikdən və prosedura razılıq verdikdən dərhal sonra başlayır, lakin bu gün hər şey başa çatmır.
Pasientlərə müşahidədə saxlamaq şərtilə müxtəlif adlı tabletlər verilir. Ona görə də bu aborta çox vaxt tabletlə uşaqsalma deyilir. Tabletlər dəqiq diaqnozdan və pasientin vəziyyətindən asılı olaraq təyin edilir. Sonra pasient müəyyən müddətə müşahidə altında qalır, əgər problem yaranmazsa onu evə buraxırlar.
Pasient klinikaya iki həftədən sonra yenə gəlməlidir. Həkim USM-in köməyilə döl yumurtasının tam xaric olmasını yoxlayır və müsbət nəticədə abort başa çatmış hesab edilir.
Əgər hamiləliyi pozmaq mümkün olmamışsa və ya qalıq qalmışsa, həkim prosesi başa çatdırmaq üçün əlavə müalicə, müşahidə və ya vakuum-abort (mini-abort) təyin edə bilər.
Vakuum- və ya mini-abort
Hamiləliyin vakuum aspirasiya ilə pozulması yuxarıda təsvir edilənlərdən ən geniş yayılmışıdır. Onu hamiləliyin erkən dövrlərində, 4-8 həftədən gec olmayaraq icra edirlər. Prosedur xüsusi aparatla aparılır, hansı ki, döl yumurtasını uşaqlıq boşluğundan vakuum yaradaraq sovurub çıxarır. Bu metod pasientin sağlamlığına vurulan zərəri çox azaltmış olur.
Mini-abort zamanı yerli keyitmədən istifadə oluna bilər. Onun davam müddəti bir qayda olaraq, bir neçə dəqiqə çəkir. Proseduru yerinə yetirərkən xüsusi plastik borudan istifadə edilir. O, uşaqlıq divarını zədələmir. Onu da qeyd etmək lazımdır ki, mini-abortun ağır fəsadları olmur.
Abortdan sonra nələr ola bilər?
Hamiləliyin gecikmiş mərhələsində aparılan abort, həmişə asan başa çatmır. Qadınlar tez-tez uzun sürən fəsadlardan əziyyət çəkə bilərlər. Bunlara əsasən aşağıdakılar aiddir:
Abortdan sonra nə etməli? Abortdan sonra görülməli olan ehtiyat tədbirləri.
İlk növbədə qeyd etmək lazımdır ki, abortun hansı üsulla edilməsinə baxmayaraq fəsadların qarşısını almaq üçün aşağıdakı tədbirlərə əməl etmək lazımdır:
Abortun hansı növünün istifadə edilməsindən asılı olmayaraq, daimi mütəxəssisin yanına nəzarətdə olmaq lazımdır, əsas da yaxın gələcəkdə hamiləlik planlaşdırırsınızsa.
Vacibdir!
Əgər siz abortdan sonra hamiləlik planlaşdırırsınızsa, onda yuxarıda sadalanan qaydalara əməl etmək lazımdır, çünki öz sağlamlığınızın qayğısına qalmaq gələcək hamiləliyin uğurlu olmasına zəmanətdir!
Təbii ki, abortun ziyanı biz fikirləşdiyimizdən də ağırdır, lakin əgər o qaçılmazdırsa, edilməlidir.
Əgər siz abort etməli olmusunuzsa, kədərlənməyin, çünki, abortdan sonra müsbət hamiləlik testi hər zaman ola bilər, həm də cinsi həyat qadağan edilmir. Yalnız bir neçə həftə gözləmək lazımdır.
https://doctorramila.az/publikasiyalar/124-abort-nece-ve-ne-vaxt-edilir.html