Main

Anal Çat

Anal çat, anusun selikli qişasının, xüsusilə arxa divarının yarıqşəkilli defektidir. Qaşınma, defekasiya zamanı və ondan sonra güclənən yandırıcı ağrı, az miqdarda al-qırmızı qan, sfinkterin spazmı ilə xarakterizə olunur.

Səbəbləri

  • Davamlı qəbizlik
  • Nəcis yumşaldıcı dərmanlardan çox istifadə etmək
  • Uzun müddət davam edən ishal
  • Anal cinsi əlaqə
  • Kron xəstəliyi
  • Leykoz xəstəliyi

Əlamətləri

Xəstələr əsasən böyuk bayıra cixan zaman anal nahiyyədə olan yandırıcı kəsici ağrıların olmasından sikayət edirlər. Ağrılar bəzən gün boyu davam edir. Ağrılar əsasən anal sfiktorun spazımına bağlı olaraq yaranır. Xəstələr agrıların cox olmasına görə bəzən boyuk bayıra getmək istəmirlər sonunda nəcis bərkiməsi olur ki, buda defekasiya zamanı ağrıları daha da artırmış olur. Xəstələr böyuk bayıra cıxan zaman damcı səklində al-qırmlzl qan görürlər. Bəzən qan tualet kağızındada olur. Lakin digər xəstəliklərdə də bu cür qanaxmalar müşahidə olunur. Anal çat zamanı axıntının olmasına bağlı olaraq bəzən özünü qaşıntının olması ilə göstərir. Anal çatın xarici kənarında bəzən məmə əmələ gəlirki bunu da təmizlik zamanı əllə hiss etmək olur.

Əsas Simptomlar;

  • Anal nahiyyədə olan ağrılar
  • Bağırsaq qanaxması
  • Anal qaşıntı olması
  • Anal nahiyyədə düyünün əllənməsi

Bəzən digər xəstəlikləri anal çat kimi qiymətləndirir və qarışdırırlar:

  • Peri anal abses
  • Perianal fistul
  • Anal xərcəng
  • Kron xəstəliyi
  • Düz bagirsaq polipi
  • PSORİAZ
  • Vərəm xəstəliyi.

Müalicəsi

Cərrahi müdaxilələr;

  • çatın kəsilib götürülməsi
  • anal dilatasiya =anal nahiyyənin genişləndirilməsi
  • lateral internal sfikterotamiya =daxili əzələnin kəsilməsi bu metodun açıq və qapalı növləri var.
  • lazerlə çatın yandırılması
  • çat kəsilib götürüldüdən sonra flebin çəkilməsi

Bəzən cərrahi əməliyyat etmədən botox və dərman preparatlarından istifadə etməklə anal çatı sağaltmaq olur.

Anal çat əməliyyattından sonra ağırlaşmalar

  • Əməliyyat sahəsində infeksiyalaşma ola bilər
  • Perianal fisul yarana bilər
  • Əzələnin kəsilməsinə bağlı olaraq nəcis və qaz saxlaya bilməmək problemləri
  • Əməliyyat sahəsində qanama ola bilər

Anal çat əməliyyatından sonra çatın yenidən əmələ gəlməsi rast gəlinir. Bu cür hallar ən cox kron xəstəliyinə görə əmələ gəlmiş çat xəstəliyində olur.

https://cerrahxubanov.az/anal-cat-nedir-mualicesi/