Main

Asbestoz

Asbestoz, asbest tozunun tənəffüslə qəbulu nəticəsində yaranan ağciyər toxumasının ümumi fibroz növüdür.

Asbest müxtəlif kimyəvi tərkibli lifli mineral silikatlardan ibarətdir. Asbest lifləri nəfəs aldıqdan sonra ağciyərlərin dərinliklərində yerləşərək fibroza səbəb olur. Asbest tozuyla nəfəs almaq ağciyərləri əhatə edən iki qatlı membran olan plevranın qalınlaşmasına səbəb ola bilər.

Səbəbləri

Asbestlə işləyən insanlarda ağciyər xəstəliyinə tutulma riski daha yüksəkdir. Xəstəlikdən əziyyət çəkən əsasən, asbest tərkibli izolyasiyası olan binaları sökən işçilərdir. İnsan asbest lifləri ilə nə qədər çox təmasda olarsa, asbestosun həmin insanda inkişaf riski bir o qədər yüksəkdir.

Simptomları

Ümumiyyətlə asbestoz xəstəliyi ləng inkişaf edir; onun ilk simptomları asbest tozuna məruz qalma şəraitində işə başladıqdan 3-5 ildən sonra müşahidə olunur.

Xəstələr təngnəfəslik, öskürək, sinə ağrısı, iştahsızlıq, halsızlıq və hədsiz yorğunluqdan şikayət edirlər. Asbestoz əksər hallarda pnevmoniya ilə mürəkkəbləşir və bronxoektaz xəstəliyinin meydana gəlməsinə səbəb olur. Silikoz xəstəliyində olduğu kimi, xəstəliyin inkişaf etmiş dövürlərində, asbest ağciyər-ürək sindromu səbəbiylə sağ mədəciyin çatışmazlığına səbəb ola bilər.

Diaqnostikası

Fiziki müayinə zamanı ağciyər amfizemi ilə diffuz pnevmoskleroz əlamətləri aşkar edilir.

Bəlğəmin müayinəsi zamanı, əksər hallarda asbest cisimləri və ya lifləri aşkar edilir. Ancaq bunlar yalnız tozla nəfəs almanın sübutudur və pulmoner fibrozun diaqnozu üçün əsas vermir. Radial yerləşmiş asbest cisimlərinin klasterlərinin aşkar edilməsi ciddi diaqnostik əhəmiyyətə malikdir.

Ağciyərlərin rentgenoqrafiyası zamanı (əsasən aşağı və orta hissələrdə) həssas diffuz retikulyasiya və incə hüceyrəliliyi aşkar edilir. Düyünlər ağciyərlərin aşağı hissələrində lokallaşmışdır və çox hallarda plevral yapışmalara rast gəlinir.

Müalicəsi

Asbestozun effektiv müalicəsi yoxdur. Bədxassəli neoplazmaların inkişafını izləmək üçün monitorinq, həmçinin siqareti tərgitmək, bundan əlavə, asbest tozu ilə davamlı təmasın qarşısının alınması tövsiyyə olunur.

tercume