Adətən bağırsaq traktında çoxlu sayda faydalı funksiyaları yerinə yetirən bakteriylar yaşayır: B vitamini qrupunu sintez edir, bitki liflərini parçalayır, patogen mikroorqanizmlərin çoxalmasının qarşısını alır. Disbakterioz zamanı bağırsaq bağırsaq mikroflorasında kəmiyyət və keyfiyyət baxımından dəyişikliklər baş verir-lakto və bifidibakteriyaların (yaxşı mikroorqanizmlər) sayı azalır, patogen (pis mikroorqanizmlər) mikroorqanizmlərin sayı isə artır.
Bağırsaq disbakteriozun səbəbləri:
Disbakteriozun əlamətləri
Disbakteriozun müalicəsi uzun prosesdir. Buna görə də, sizin əsas vəzifəniz həkim tərəfindən verilən göstərişlərə əməl etməkdir.
Bakteriozun Müalicəsi
Disbakteriozun müalicəsi ilə adətən terapevtlər məşğul olur. Daha dəqiq və düzgün müalicə üçün disbakteriozun yaranma səbəblərini araşdırmaq lazımdır. Hər bir halda yenidən müxtəlif araşdırmalar aparmaq lazım ola bilər. Diaqnozun qoyulması üçün müayinə və analizlərin alınması şərtdir. Bəzən patogenlərə qarşı bir sıra antibiotiklər istifadə olunması məcburiyyəti yaranır. Müalicə effekt təsirindən asılı olaraq 4-6 həftə ərzində aparıla bilər.
Profilaktikası
Disbakterioz zamanı müəyyən olunmuş qida və yaxud da pəhrizdən istifadə edilməlidir. Antibiotiklərin qəbulu zamanı paralel olaraq mikrofloranın inkişafını tənzimləyən və dəstəkləyən preparatlardan da istifadə olunması tövsiyyə olunur. Gələcək anaların bilməsi vacibdir: körpələrin ana südü ilə bəslənməsi onların körpə yaşlardan disbakteriozdan qorunması deməkdir!