Bartolin kistası vulva və vaginanın girişində iltihabın meydana gəldiyi bir vəziyyətdir. Bartolin vəziləri vaginal girişin (cinsiyyət dodaqlarının yaxınlığında) hər iki tərəfində yerləşir. Cinsi əlaqə zamanı vaginanın nəmliyini təmin edən maye ilə dolu bartolin vəzilərinin tıxanması halında şişkinlik əmələ gəlir və bu da bartolin kistasına (absesə) səbəb olur.
Bartolin kistaları;
Bartolin kistasının simptomları
Bartolin kistası infeksiyalaşmış vəzinin şişməsi ilə özünü göstərir. Bartolin absesi;
Əgər kiçik və ya hələ infeksiyalaşmamış bartolin kistanız varsa, bunu fərq etməyə bilərsiniz. Kista böyüyərsə, siz vaginanın girişində və ya cinsiyyət dodaqlarının yaxınlığında müəyyən ölçüdə kütlə hiss edə bilərsiniz. Bartolin absesi əksərən birtərəfli xarici dodaqda görünsə də, nadir hallarda hər iki tərəfdə də müşahidə oluna bilər.
Bartolin kistası niyə yaranır?
"Bartolin kistası niyə yaranır?" Sualının cavabı budur ki, bartolin vəziləri tıxanır. Bartolin vəzlərinin tıxanmasının səbəbləri;
Vaginal floranın pozulması da vaginal axıntıya və qaşınmaya səbəb olur.
İntensiv cinsi əlaqə bartolin kistasına səbəb olurmu?
Bartolin vəziləri; cinsi əlaqə zamanı, əlaqənin asan olması üçün nəmliyi təmin edən mayelər istehsal edir. Bu mayelər bartolin vəzidən kiçik kanallardan keçir və vaginaya doğru hərəkət edir. Kanallar tıxanarsa, maye ilə dolaraq genişlənir ki, bu da absesə səbəb olur.
Tez-tez cinsi əlaqədə olmaq bartolin vəzilərində mayenin artması ilə kanallarda tıxanmaya səbəb ola bilər. Xlamidiya, gonoreya, koli basili kimi cinsi yolla ötürülən infeksiyalar absesin əsas səbəbidir.
Bartolin kistasının yaranmasının qarşısını almaq olar mı?
Bartolin kistasının əmələ gəlməsinin qarşısının alınması üsulu;
Digər vaginal xəstəliklərin qarşısının alınması yollarından biri olan təhlükəsiz cinsi əlaqə ilə mümkün ola bilər. Yalnız bartolin kistası üçün deyil, xlamidiya, gonoreya və koli basilləri kimi infeksiyaların qarşısını almağın yolu prezervativlərdən istifadə etməkdir.
Bartolin kistasının diaqnozu
Bartolin vəziləri infeksiyalaşıb şişkinlik əmələ gələnə qədər diqqətdən kənarda qala bilər. Bartolin kistası əmələ gəldikdən sonra diaqnoz ginekoloqunuz tərəfindən çanağın müayinəsi və uşaqlıq boynu skrininq testi ilə qoyulur. Eyni zamanda cinsi yolla keçən xəstəliklərin diaqnozu üçün pap smear testi tətbiq oluna bilər. Bəzi hallarda vulva xərçənginin diaqnozu üçün biopsiya tələb olunur .
Ginekoloqa nə vaxt müraciət etməliyəm?
Vaginanın girişinə yaxın və ya cinsiyyət dodaqlarında iki və ya üç gündən sonra sağalmayan ağrılı bir şiş varsa, ginekoloqunuzun konsultasiyasında olmalısınız.
Bartolin kistası 40 yaşdan yuxarı qadınlarda nadir hallarda müşahidə olunmaqla bərabər, həm də bədxassəli hüceyrələrin varlığının bir əlaməti ola bilər.
Bartolin kistasınin müalicəsi
Bartolin kistasının simptomlarında təsvir etdiyimiz ağrı və ya həssaslıq, temperatur kimi simptomlarınız yoxdursa, müalicəniz sadə ola bilər.
Əgər kista ağrılıdırsa, ginekoloqunuz əvvəlcə kistanın gündə bir neçə dəfə ilıq suda 3 və ya 4 gün saxlanılması, ağrıkəsicilər, antibiotiklər kimi müalicələr tətbiq edə bilər. Əgər bunlar nəticə vermirsə, ağrı və hər hansı infeksiyanı müalicə etmək üçün bir neçə müalicə üsulu mövcuddur. Lazım gələrsə, abses drenaj edilə bilər. Bu müalicələrin əksəriyyəti kiçik cərrahi prosedurları əhatə edir.
Bartolin kistası bəzən müalicədən sonra təkrarlana bilər.
Bartolin kistasının müalicəsində:
Bartolin kistasının müalicəsindən sonra diqqətə alınmalıdır:
Müalicədən sonra vaginada daha çox infeksiya səbəbindən təkrarlanma ehtimalını azaltmaq;