Anevrizma dedikdə təmiz qan daşıyan damarların (arteriyaların) genişlənməsi başa düşülür. Anevrizmalar aorta kimi çox böyük damarlarda baş verə bildiyi kimi, kiçik və orta ölçülü damarlarda da baş verə bilər.
Anevrizmalar quruluş etibarı ilə damar divarının anadangəlmə zəif olduğu nöqtələrində, adətən damarın kiçik budaqlara bölündüyü nöqtələrdə yaranır. Qan damar divarının zəif olduğu nöqtədə damardaxili təzyiq səbəbiylə hər ürək vurğusunda tədricən çölə doğru qabarıqlaşma yaranır. Anevrizmanın divarı təzyiqə tab gətirmədiyi anda partlayır. Partlama ya özü-özünə olur, ya da gərginlikdən yaranır. Məsələn öskürmə, gücənmə, cinsi əlaqə kimi təzyiqi artıran hərəkətlər.
Səbəbləri
Risk faktorları:
Anevrizmanın beyində olduğu yer:
Beyini qidalandıran damarlar, beyin döşəməsində birləşərək Willis Poligonu adı verilən damar şəbəkəsini meydana gətirirlər. Anevrizmalar adətən bu Willis Poligonuda yaranır.
Anevrizmalı insanların çoxunun heçbir şikayəti yoxdur. Ancaq bəzən migren kimi və ya qeyri-spesifik baş ağrıları ola bilər. Anevrizmanın böyük olduğu hallarda, kütlənin təsirinə görə, beyində sinirlərlə əlaqədar simptomlar ola bilər. Qoxu hissinin pozulması və göz sinirlərinə aid ifliclər kimi.
Aşkarlanması:
Yuxarıda göstərilən səbəblərdən ən vacibi qanaxmadır. Birdən çox şiddətli baş ağrısı, arxasından meningit əlaməti olan ənsə sərtliyi (əksəriyyətlə 6 - 24 saat içində yaranır), qusma, qanamanın növü və ağırlığına görə şüurda pozulmalar və bəzən bel ağrısı ilə ortaya çıxa bilər. Baş ağrısı ən çox görülən simptomdur və xəstələrin 97% -ində müşahidə olunur. Xəstə adətən “mənim həyatımdakı ən pis baş ağrısıdır” kimi ifadə işlədir.
Diaqnoz və müalicəsi
Birinci növbədə neyrocərraha müraciət etmək lazımdır. Subaraxnoidal qanaxmalar zamanı ilk beyin tomoqrafiyası qanaxma haqqında kifayət qədər məlumat verir. İkinci mərhələdə MRT və ya kateter angioqrafiyası aparılmalıdır.
Anevrizmanın müalicəsi cərrahi yolladır. Ancaq burada ən əhəmiyyətli nöqtə anevrizmaya qanaxma olmadan müdaxilə etmək və ya ən azından xəstənin ümumi vəziyyəti ilk qanamadan sonra uyğundursa müdaxilə etmək lazımdır.
https://behruzeyvazov.com/bloq/236-anevrizmaya-bagli-bash-agrilari--neyrocerrah