Normal eyakulyasiya (boşalma), seksual stimulyasiyanın başlamasından müəyyən bir zaman sonra orqazm ilə müşayət edilərək cinsi orqandan spermanın (toxum) ifraz olunmasıdır. Bunun əsasında boşalmanın gecikməsi, aneyakulyasiya, anorqazmiya və retroqrad eyakulyasiya kimi anlayışları fərqləndirmək lazımdır.
Boşalmanın gecikməsi elə bir vəziyyətdir ki, orqazm və eyakulyasiyanın əldə edilməsi üçün ifrat seksual stimulyasiya tələb edilir. Belə qəbul edilmişdir ki, penisin daxil edilməsindən 7-8 dəqiqə sonra boşalmanın əldə edilməsi normal sayılır. Boşalmanın 20-30 dəqiqədən artıq bir müddətə gecikməsi kişilərdə diskomfort yaradır və onları cinsi əlaqəni kəsməyə məcbur edir ki, bu da boşalmanın gecikməsi sayılır.
Gecikmiş boşalma və ya "gec qurtarmaq”, “qurtarmağın mümkün olmadığı"
haqqında o hallarda danışmaq olar ki, onun tezləşdirmək istəyinə baxmayaraq boşalma cinsi əlaqənin başlamasından uzun müddət sonra baş verir. Bütün bu zaman ərzində ereksiya normal ola və ya onun intensivliyi azacıq dərəcədə dəyişə bilər. Kişi seksual həyəcan, ereksiyaya malik olur, lakin penisin stimulyasiyası boşalmaya gətirib çıxarmır. Boşalmanın gecikməsi hər 1000 kişidən 1,5-də aşkar edilir. Boşalmnanın gecikməsinin qeyd edildiyi kişilərin 75%-i, orqazma masturbasiya yolu ilə çata bilirlər.
Aneyakulyasiya – boşalmanın gecikməsinin ən ağır formasıdır ki, bu zaman boşalma o qədər gec baş verir ki, kişi cinsi əlaqəni dayandırır, yəni cinsi əlaqə boşalma ilə sonuclanmır.
Retroqrad eyakulyasiya – elə bir prosesdir ki, bu zaman spermanın çıxışı əks istiqamətdə baş verir, nəticədə o sidik kisəsinə düşür, bu da kişi üçün boşalmanın (sperma ifrazının) olmaması kimi görünür.
Anorqazmiya – seksual pozuntunun elə bir formasıdır ki, kişi bu halda seksual zövqün pik nöqtəsinə (orqazma) çata bilmir.
Boşalmanın gecikməsinin səbəbləri
Boşalma gecikməsinin diaqnostikası
Diaqnostikanın məqsədi, xəstəliyin mümkün orqanik və psixoloji səbəblərinin aşkar edilməsidir. Burada mühüm əhəmiyyətə anamnez malikdir, aşkar orqanik səbəblərin mövcud olmaması halında, ciddi psixoseksual müayinə tələb olunur.
Boşalma gecikməsinin müalicəsi
Müalicə taktikası əsasən xəstəliyi yaradan səbəblərdən asılıdır. Psixogen pozuntuların müalicəsi, partnyorunda cəlb edilməsi ilə aradan qaldırıla bilər. Hətta belə həssas mövzuda problemlər həll ediləndir, ancaq istəmək və vaxtında mütəxəssisə müraciət etmək lazımdır.