Bulyoz keratopatiya – buynuz qişanın patologiyası olub, onun ödemi, epitel toxumanın zədələnməsi və spesifik «bullaların» formalaşması ilə xarakterizə edilir. Patologiyanın klinik təzahürlərinə görmə itiliyinin zəifləməsi, gözdə yad cisim hissi, fotofobiya (işıqdan qorxma), gözün sulanması aiddir. Diaqnoz biomikroskopiya, keratopaximetriya, oftalmoskopiya, USD, vizometriya, tonometriya, qonioskopiyanın nəticələri əsasında qoyulur. I-II mərhələlərdə konservativ terapiya göstəriş sayılır. Kontakt linzaların, fototerpevtik keratektomiyanın, krosslinkinqin tətbiqi mümkündür. Xəstəliyin III-V mərhələlərində laylar üzrə və ya dəlib-keçən keratoplastika yerinə yetirilir.
Bulyoz keratopatiya barədə ümumi məlumat
Bulyoz keratopatiya (ikincili endotelial-epitelial distrofiya) 80% hallarda göz almasının ön şöbəsində cərrahi əməliyyatların aparılması nəticəsində yaranır. IV-V mərhələlərdə müalicə aparıldıqda belə görmə itiliyini 30%-dən artıq bərpa etmək mümkün olmur. Statistik məlumatlara əsasən xəstələrin 6%-də trasplantatın ayrılması müşahidə edilir. Ağrı sindromu 91% hallarda aradan qaldırılır. Pasiyentlərin 8%-i üçün residivləşən gediş xarakterikdir. Bu zaman buynuz qişanın səthində tək-tək bullalar və eroziyalar əmələ gəlir. Bulyoz keratopatiya hər iki cinsin nümayəndələri arasında eyni tezliklə yayılır.
Bulyoz keratopatiyanın yaranma səbəbləri
Patologiya qazanılmış xarakter daşıyır. Lakin çox zaman bulyoz keratopatiyaya irsi meyllik aşkar edilir. Genetik mutasiyalar və xəstəliyin ötürülmə tipi öyrənilməmişdir. Patologiyanın əsas yaranma səbəbləri aşağıdakılardır:
Bulyoz keratopatiyanın patogenezi
Xəstəliyin patogenezinin əsasında buynuz qişanın endotel və epitel qatlarının funksional pozğunluqları dayanır. Endotelin keçiriciliyinin artması ön kameradan gözdaxili maye toxumalara hopur. Səthi qatda transudatın toplanması nəticəsində spesifik qovuqcuqlar və ya «bullalar» əmələ gəlir. Xroniki ödem trofik prosesləri əhəmiyyətli dərəcədə pozur. Prosesə iltihabi komponent qoşulduqda davamlı bulanıqlıq yaranır. Buynuz qişanın qalınlaşması sinir liflərinin ikincili zədələnməsinə – ağrı sindromunun meydana çıxmasına gətirib çıxarır. Görmə itiliyinin zəifləməsi bir tərəfdən gözün optik mühitlərinin keçiriciliyinin pozulması, digər tərəfdən isə bəbəyin daralması və deformasiyası ilə bağlıdır.
Bulyoz keratopatiyanın əlamətləri
Birinci mərhələdə göz yuvasında ağrılara və gözün sulanmasına nadir hallarda rast gəlinir. Görmə disfunksiyası pozulmur. Buynuz qişanın xarici dəyişiklikləri izlənilmir. İkinci mərhələ yad cismin olması hissi, orbital konyunktivanın periodik qızarması ilə xarakterizə edilir. Görmə itiliyi azacıq zəifləyir. III mərhələdə xəstələr gözün yaşarmasından və fotofobiyadan şikayətlənirlər. Gözlərdə və göz qapaqlarının altında diskomfort, qum dənələri və ya yad cisim hissi əmələ gəlir. Sinir liflərinin gərilməsi deşici xarakterli ifadəli ağrı sindromunun yaranmasına gətirib çıxarır. Görmə itiliyi kəkin azalır.
IV mərhələdə yuxarıda sadalanan əlamətlərə güclü baş ağrıları əlavə olunur. Ağrı qaşüstü qövslərə, gicgah və alın paylarına irradiasiya edir. Görmə disfunksiyasının proqressivləşməsi dumanlı görmə ilə nəticələnir.
Terminal mərhələ kəskin ifadəli ağrı sindromu, görmə funksiyasının işıq duyğusuna qədər azalması ilə müşayiət olunur. Görmə qabiliyyətinin kontakt üsullarla korreksiyası arzuolunan nəticəni vermir. Ümumi simptomatika ilə yanaşı konyunktivanın ödemi və hiperemiyası, bəbəyin deformasiyası səbəbindən kosmetik defekt formalaşır.
Bulyoz keratopatiyanın ağırlaşmaları
I mərhələdə ağırlaşmalara rast gəlinmir. II mərhələ əksər hallarda residivləşən irit, III – iridosiklit, IV isə büllurun bulanması, retrokorneal təbəqə ilə fəsadlaşır. Bulyoz keratopatiya zamanı adətən səthi keratit əmələ gəlir. Gözün arxa seqmenti zədələndikdə çoxsaylı sinexiyalar formalaşır, torlu qişanın ayrıması baş verir. Terminal mərhələdə ikincili qlaukoma inkişaf edir.
Xəstəliyin qeyri-qənaətbəxş sonluğu korluqdur. Belə hallar ifadəli ağrı sindromu ilə müşayiət olunduqda enukleasiya aparılır.
Bulyoz keratopatiyanın diaqnostikası
Bulyoz formalı keratopatiyanın diaqnotikası xarici baxış və xüsusi müayinə üsulları ilə yerinə yetirilir. Vizual olaraq gözün ön şöbələrinin bulanıqlığı, orbital konyunktivanın hiperemiyası təyin edilir. Oftalmoloji müayinələr kompleksinə aşağıdakılar daxildir:
Bulyoz keratopatiya keratit və Fuksun birincili keratopatiyası ilə differensiasiya edilir. Fuks xəstəliyində proses ikitərəfli olur, anamnezdə cərrahi əməliyyata rast gəlinmir, genetik meyllik müəyyən edilir. Ultrasəs müayinəsində göz almasının zədələnmə əlamətləri müşahidə edilmir. Bulyoz keratopatiyadan fərqli olaraq, keratit zamanı ödem lokal olur, iltihabi infiltrat izlənilir. Epitel qatı yalnız infiltrat nahiyəsində inkişaf etmir. Keratopaximetriyanın nəticələrinə əsasən buynuz qişanın qalınlığı 800-1000 mkn-dan çox olmur. Az hallarda onun nazilməsi aşkarlanılır. Pasiyentlər çox vaxt keratiti keçirilmiş iltihabi xəstəliklər, mikrozədələnmələr, eləcə də gigiyena qaydalarına əməl etməmələri ilə əlaqələndirirlər.
Bulyoz keratopatiyanın müalicəsi
Terapevtik taktika patologiyanın mərhələsi və göz almasının ikincili dəyişikliklərinin ifadəliliyindən asılıdır. Bulyoz keratopatiyalı bütün pasiyentlərə keratoprotektor terapiya (natrium-hialuronat, dekspantenol, süni göz yaşı preparatları) göstəriş sayılır. İnfeksiyalaşmanın profilaktikasına mühüm yer verilir. Müalicə kompleksinə aşağıdakılar daxildir:
Bəbək daraldıqda əsas müalicə ilə yanaşı prolonq təsirli M-xolinolitiklərdən istifadə olunur. İltihabi ağırlaşmalar inkişaf etdikdə flüorxinolon qrupundan olan mikrobəleyhinə preparatlar məsləhət görülür. Xəstəlik ifadəli ağrı ilə müşayiət edildikdə yerli anestetiklər, opioid narkotik analgetiklərə üstünlük verilir. Əməliyyata hazırlıq mərhələsində antibakterial vasitələr, qlükokortikosteroidlər təyin edilir, premedikasiya aparılır.
Bulyoz keratopatiyanın proqnoz və profilaktikası
Bulyoz retonopatiyanın proqnozu xəstəliyin ağırlığından asılıdır. I-II mərhələlərdə müalicə vaxtında aparıldıqda buynuz qişanın funksiyası tam bərpa olunur. III mərhələ nisbi qənaətbəxş proqnozla xarakterizə edilir. IV-V mərhələlərdə görmə disfunksiyası yalnız keratoplastika və ya keratoprotezlənmə yolu ilə aradan qalxır.
Spesifik preventiv tədbirlər mövcud deyil. Qeyri-spesifik profilaktika gözün ön seqmentinin infeksion və iltihabi patologiyalarının müalicəsindən, buynuz qişada cərrahi əməliyyat zamanı aseptika və antiseptika qaydalarına riayət olunmasından ibarətdir.