İnsanın yuxarı çənəsi hərəkətsizdir. Aşağı çənə isə gicgah-çənə oynağı vasitəsilə hərəkət edir.
Bəzən aşağı çənə oynağının çıxığı inkişaf edə bilər.
Aşağı çənə çıxıqların səbəbləri:
Qadınlarda çənə çıxığına kişilərlə müqayisədə daha tez-tez rast gəlinir. Bu qadınların fiziologiyası ilə bağlıdır. Qadınlarda çənə oynağı kisəsi daha kiçikdir və bu səbəbdən oynağın başcığı oynaq kisəsindən daha asan çıxır.
Aşağı çənə çıxığının simptomları:
Aşağı çənə çıxığının müalicəsi
Çənə çıxığı zamanı dərhal travmatoloqa və ya stomatoloqa müraciət etmək lazımdır. Təzə çıxığı daha tez və asan yerinə salmaq mümükündür.
Müayinədən sonra həkim rentgenoloji müayinə təyin edə bilər (bu xüsusilə travmalar zamanı vacibdir). Bu çənə sınığını istisna etmək üçün tətbiq olunur.
Daha sonra həkim aşağı çənəni yerinə salır. Tibbi təhsili və təcrübəsi olmayan insan bunu etməməlidir. Bu ağırlaşmalara səbəb ola bilər!
Çənə salındıqdan sonra həkim çənəyə sarıq qoyur və xəstə bu sarığı 1-2 həftə ərzində saxlamalıdır. Bundan əlavə 1-2 həftə ərzində bərk qidaları yemək olmaz (yalnız duru və püre şəklində) və həmçinin ağzını geniş açmaq, qışqırmaq və s. olmaz.
Köhnə çıxıqlar daha çətin yerinə salınır. Bunun üçün yerli və ya ümumi narkoz tətbiq oluna bilər. Belə çıxıq salındıqdan sonra xəstə daha uzun müddət ərzində sarıqda qalır və bundan əlavə xüsusi ortopedik vasitələr (şinlər və s.) istifadə olunur.
Daha ağır hallarda cərrahi əməliyyat tətbiq olunur.
Tez-tez təkrarlanan çıxıqlar zamanı da (bir çox hallarda xəstə onları müstəqil surətdə yerinə salır) cərrahi müalicə tətbiq oluna bilər.
https://saglamolun.az/index.php/deri-sumuk-ve-sac/4186-cene-cixigi.html