Main

D hipervitaminozu

D hipervitaminozu orqanizmin D vitaminindən yaranan intoksikasiyasıdır. D vitamini uzun müddət yüksək dozada verildikdə D hipervitaminozu əmələ gələ bilər. D hipervitaminozunun raxitin profilaktikasında və ya müalicəsində D vitamini preparatları ilə bərabər ultrabənövşəyi şuaların təyinindən də yaranması mümkündür. Nadir hallarda D hipervitaminozu D vitaminini götürməzlikdən də yarana bilər. Eləcə də D hipervitaminozu kiçik çəki ilə doğulmuşlarda, vaxtından əvvəl doğulmuşlarda, süni və qarışıq qidalanmada olanlarda daha çox rast gəlinir. Belə uşaqlarda kiçik dozalarda belə (4000-8000 TV) D vitaminini 2-4 həftə müddətində verdikdə D hipervitaminozu yarana bilər.

Simptomları

İştahsızlıq, qəbizliklə birləşən qusma, fiziki inkişafın gecikməsi, susuzluq, poliuriya. Uşaq həyəcanlanır, sonra letargik olur, qıcolmalar baş verir, qan təzyiqi yüksəlir, yavaş nəbz müşahidə edilir. Aparıcı biokimyəvi əlamətlər hiperkalsemiya və hiperkalsiuriyadır. Sidikdə zülal və tökmə var.

Diaqnozu

Diaqnoz anamnez, klinik əlamətlər, müsbət Sulkoviç testi, hiperkalsemiya və hiperkalsiuriyanın aşkarlanması, qələvi fosfatazanın aktivliyinin azalması əsasında qoyulur.

Diferensial diaqnoz hiperparatiroidizm və idiopatik kalsinoz ilə aparılmalıdır.

Müalicəsi

Müalicə zamanı D vitamini qəbulunu dayandırmaq yaxşılaşmaya səbəb olur. Ağır hallarda, xüsusən də həyatın ilk aylarında uşaqlarda natrium xlorid və qlükozanın izotonik məhlulunun, ürək dərmanlarının, askorbin turşusunun, A, B vitaminlərinin, prednizolonun 1 mq/kq 5-7 gün ərzində parenteral tətbiqi göstərilir.

tercume