Main

Depressiya

Depressiya zamanı həyəcan, halsızlıq, gərəksizlik hissi, yuxunun pozulması, əhval-ruhiyyənin enməsini müşahidə edirik. Daha çox 25-30 yaşlarda başlasa da, istənilən yaşda rast gəlinir. Hər ruh düşkünlüyü depressiya deyil. Bunun üçün əlamətlərin hər gün və 2 həftədən çox davam etməsi vacibdir. Bu xəstəlik medikamentoz və psixoterapevtik müalicə tələb edir. Müalicə olunmazsa, depressiyalar günlər, aylar və hətta illərlə davam edə bilər.

Risk faktorları

  • Erkən yaşda valideyn itirmək
  • Narkotik və alkoqol istifadəsi
  • Anksiyet pozulmaları
  • Qadın olmaq
  • Aşağı sosial yaşam
  • Yalnız yaşamaq, boşanma
  • İşsizlik: İşsizliyin bir risk faktoru olması ilə yanaşı işdə uğursuzluq da önəmli səbəblərdən biridir.
  • Daha əvvəllər də depressiyanı keçirmiş olmaq
  • Yaxın zamanda baş verən təsiredici hadisələr, stress
  • Xarakterik xüsusiyyət
  • Uşaq çağlarında cinsi və ya fiziki işgəncələrə məruz qalmaq
  • Bəzi dərmanlar
  • Hormonal disbalans

Qadınlarda depressiyanın kişilərə görə 2 qat daha çox olması kişilərin xarakterik xüsusiyyətləri, alkoqol qəbulu, müəyyən hallarda emosiyalarını şiddətlə ifadə edə bilməsi, qadınların bu sadalananları edə bilməməsi, eyni stressə daha bəlirgən reaksiya verməsi ilə əlaqələndirilir. Digər önəmli açıqlamaların birində isə hormonal səbəblər və ümumi cəmiyyətdə qadının rolu göstərilir. Həmçinin qadınlarda hamiləlik, doğuş, mensturasiya kimi tsikllər onların həm biolojik, həm də psixoloji depressiyaya meylli olduğunu göstərir.

Qadın və kişilərdə depressiya sıxlığı ilə əlaqədar olaraq aşağıdakı kimi bir sıralama qeyd edə bilərik. (Ən azdan ən çoxa doğru):

  • Evli kişi
  • Evli qadın
  • Subay və ya dul qadın
  • Subay, dul və ya boşanmış kişi
  • Ayrı yaşayan və boyanmış kişi

Depressiyanın əlamətləri

Klinik depressiyanın əsas əlamətləri xoş olmayan duyğu hissi, maraq və zövq azlığı, ümidsizlik və pessimistlikdir. Belə şəxslər dərin bir kədər yaşamaqdadırlar. Gələcəkləri və yaşadıqları ilə bağlı həmişə ümidsiz düşünərlər. Pasiyentdə depressiv hallarla yanaşı, müəyyən vəzifə və öhdəliklərə qarşı da məsuliyyət hissinin azaldığı görülür. İş, şəxsi zövqlər, ikili münasibətlər, cinsəllik də daxil olmaq üzərə artıq zövq almazlar. Bunlarla belə ürəkbulanma da görülə bilər. Ümidsizlik və çarəsizlik hissləri o qədər dərin ola bilir ki, düşdükləri bu vəziyyətdən heç bir şəkildə qurtula bilməyəcəklərini belə düşünə bilərlər. Depressiv xəstələr adi günlük aktivitələri belə etməkdə çətinlik çəkərlər. İş, ailə, pul və sağlamlıqları ilə bağlı beyinləri məşğul olar. Enerji səviyyələri azalar. Bəzi şəxslərdə isə əlamətlərin qabarıq forması somatik əlamətlər şəklində olur.

Depressiv halların çoxundan bu kimi şikayətlərlə yanaşı olaraq iştahsızlıq və çəki itkisi də görülə bilər. Yuxu pozulmaları depressiyanın sıx rast gəlinən əlamətləri arasındadır. Əlavə olaraq dalğınlıq və unutqanlığı da buraya aid edə bilərik. Bəzi ağır depressiya hallarında isə düşüncədəki fikirlər ilə realda baş verəni xəstə bir-birilə qarışdıra da bilər.

Depressiyanın diaqnozu

Depressiya diaqnozunun qoyulması üçün yuxarıda sadalanan əlamətlərinin hamsının olması önəmli deyildir. Yuxarıdakı şikayətlər həyatı çətinləşdirəcək qədər ağır və başqa bir səbəblə əsaslandırıla bilinməzsə, bu zaman diaqnoz qoyulur.

Uşaqlarda depressiya

Uşaqlıq çağlarında da depressiya görülə bilər. Müalicə edilməməsi halında isə proses uzana və yetkinlik yaşına qədər davam edə bilər. Uşaqlarda depressiyanın əlamətləri bəzən yetkin insanlardakından fərqlənir. Məktəbdən imtina, uydurma xəstəlik, valideynlərini itirmə qorxusu, məktəbdəki problemlər şəklində əlamətlər büruzə verilə bilər.

Depressiyanın müalicəsi

Depressiya hallarının 85% və ya daha çoxunda xəstələr tibbi müalicədən yaralanırlar. Müalicə olunmayan hallarda isə əlamətlər 6-24 ay ərzində normala qayıda bilinir. 5-10% hallarda isə proses 2 ildən çox çəkə bilər. Müalicə ilə isə bu müddət bir neçə aya qədər düşürülə bilər. Müalicəyə erkən başlanıldıqda effekt qısa zaman ərzində görülməyə başlayır. Unutmaq olmaz ki, bu yenilənən bir xəstəlikdir. Daha əvvəllər depressiya keçirməyiniz bir daha keçirməyəcəyiniz mənasında gəlmir.

https://nevroloq.az/depressiya-nedir-elametleri/