Diş qüsurları - diş qövsünün bütövlüyünün pozulması ilə bir və ya daha çox dişin olmaması deməkdir.
Səbəbləri
Səbəblər kariyes, periodontal xəstəlik və travmanın ağırlaşması nəticəsində dişlərin itirilməsi nəticəsində əmələ gəlir. Ortodontik adentiya və ya fərdi dişlərin çıxması zamanı da ləngimələr diş qüsurları sayılır.
Simptomları
Yemək yeyərkən çeynəmə funksiyası pozulur, dişlərin bir hissəsi həddindən artıq yüklənir, digər tərəfini işlədilmir, dişlər yerdəyişir və oklüzal səthlər deformasiya olur. Tələffüz pozğunluğu və ya kosmetik qüsurlar yaranır.
Müalicəsi
Diş ətinin qüsurları varsa lakin periodontium sağlamdırsa – körpü protezlərlə əvəz olunur. Dişlərin birtərəfli və ikitərəfli qüsurları çıxarıla bilən, daha yaxşı olar ki, qapaqlı (qövslü) protezlərlə əvəz olunsun. Son illərdə belə qüsurları implantların köməyi ilə həll edirlər.
Tercume