Doğuşdan sonrakı psixoz, doğuşun ilk həftələrində yaranan kəskin psixi pozğunluqdur. Depressiya, yuxusuzluq, huşun pozulması, uşağın sağalmaz xəstəliyə tutulması barədə sayıqlamalar, hallüsinasiyalarla təzahür edir. Pasiyentin davranışı qeyri-adekvat olur: yenidoğulmuşa qulluq etmək istəmədiyini bildirir, ona zərər yetirir, intihara cəhd edir. Diaqnostika psixiatr tərəfindən aparılır, əsas üsulları klinik müsahibə və müşahidədən ibarətdir. Müalicə medikamentoz yolla icra olunur, neyroleptiklər, antidepressantlar, trankvilizatorlardan istifadə edilir. Qadının vəziyyətinin yaxşılaşdıqda psixoterapiya seansları təşkil edilir.
Doğuşdan sonrakı psixozun yaranma səbəbləri
Statistik məlumatlara əsasən postnatal psixozlu qadınların 50%-dən çoxunda psixi pozğunluqlar (şizofreniya, depressiya, MDP) və ya onlara irsi meyllilik aşkarlanır. Patologiyanın etiologiyası dəqiq müəyyən edilməsə də onun debütünə təsir edən bir neçə trigger-amillər qeyd edilir:
Doğuşdan sonrakı psixozun patogenezi
Doğuşdan sonrakı psixoz yaranma mexanizminə görə reaktiv hesab olunur. O, psixotravmatik hadisələrə-doğuşa cavb olaraq inkişaf edir. Pozğunluğun əsasında ölüm qorxusunu yaşama, azadlığın məhdudlaşması, sevgi azlığı (ətrafdakı insanların diqqətinin uşağa yönəlməsi) dayanır. Psixofizioloji astenizasiya- enerjinin tükənməsi, stress amillərə qarşı müqavimətin azalması psixozun inkişafı üçün qeyri-qənaətbəxş fon hesab olunur. Adaptasiya mexanizmlərinin dekompensə olunmuş vəziyyəti yaranır.
Neyrofizioloji səviyyədə beynin qabıq və qabıqaltı maddələri, vegetativ funksiyalar və emosiyaların ali tənzim mexanizmləri sayılan hipotalamusun ön və arxa şöbələri arasında resiprok tormozlanma proseslərinin pozulması baş verir. Simpatik və parasimpatik sinir sistemlərinin aktivləşməsinin balansı, əsas neyrotrasmitterlərin (serotonin, noradrenalin, dofamin, QAYT) nisbəti dəyişir. Psixodinamik nəzəriyyəyə əsasən doğuşdan sonrakı psixoz qadının istəkləri ilə real vəziyyət arasında uyğunsuzluğun nəticəsində inkişaf edir.
Doğuşdan sonrakı psixozun əlamətləri
Psixoz doğuşdan 2-3 gün sonra – qadının öz həyatında baş verən dəyişiklikləri anladığı zaman təzahür edir. Əlamətlər tədricən və ya sürətlə yarana bilər. İlkin simptomlara yuxusuzluq, həyəcan, narahatlıq, yorğunluq aiddir. Emosional fon stabil aşağı olur. Sonrakı mərhələlərdə şübhələr, tərəddüdlər, özünün və ya uşağın xəstə olması barədə sayıqlamalar formalaşır. Huşun pozulması, nitqin ardıcıl və məntiqli olmaması qeyd edilir
Şübhə hissləri daima artır. Əksər hallarda analar körpə yatdıqda və qidalandıqda ona xüsusi diqqət yetirir, uşağın ürək döyüntüsü və tənəffüsünü izləyərək, «sağalmaz, ölümcül» xəstəliyin olmasını bildirirlər. Pasiyentlər həkimləri və yaxın qohumları uşağın vəziyyətinə qarşı etinasızlıqda günahlandırırlar. Hamıdan gizlin körpəyə müxtəlif dərmanlar içizdirir, uşağa zərər verə biləcək «prosedurlardan» istifadə edirlər (yenidoğulmuşu soyuq suya salır, soyundururlar).
Psixozun digər formasında ana uşağa qarşı heç bir sevgi və qayğı hissi olmur. Hədsiz qayğı nifrət hissi ilə əvəz olunur. Uşağın dəyişdirilməsi, bədəninə cinin keçməsi, ölümün təcili və qaçılmaz olması barədə fikirlər yaranır. Ağır hallarda səs hallüsinasiyaları qeyd olunur. Səslər qadını uşağı öldürməyə təhrik edir, ana dəfələrlə övladını boğmağa cəhd edir. Xəstəlik müddətində qadının öz vəziyyətinə qarşı tənqidi pozulur- sayıqlama və hallüsinasiyalar patoloji hal kimi qəbul edilmir.
Doğuşdan sonrakı psixozun ağırlaşmaları
Vaxtında diaqnostika və müalicə aparılmadıqda doğuşdan sonrakı psixoz ana və uşağın sağlamlığı, həyatı üçün təhlükə daşıyır. Qallüsinasiyalar və sayıqlamaların əsasında qeyri-adekvat davranış formalaşır- qadın əvvəlcə uşağı öldürməklə intihar etməyə cəhd göstərir. Ləng gedişli psixotik proseslərdə biganəlik hissi tədricən artdıqca körpə diqqətdən kənarda qalır, fiziki və psixi inkişafı ləngiyir, erkən yaşlardan nevrotik pozğunluqlardan (enurez, fobiyalar) əziyyət çəkir.
Doğuşdan sonrakı psixozun diaqnostikası
Doğuşdan sonrakı psixoz kəskin psixopatologiyanın klassik əlamətləri ilə təzahür etdiyindən onun diaqnostikası çətinliklər törədir. Psixi pozğunluğun aşkar olunmasında xəstənin yaxın qoyumları mühüm rol otnayır, çünki məhz onlar cavan ananın emosional reaksiyalarından, davranış pozğunluqlarından xəbərdar olur. Peşəkar diaqnostika həkim-psixiatr tərəfindən aparılır, postnatal psixozun şizofreniya, bipolyar affektiv pozğunluq, depressiya, hipotireoz, Kuşinq sindromundan differensiasiyası məqsədilə əlavə olaraq patopsixoloji, ginekoloji və nevroloji müayinələr tələb oluna bilər. Spesifik diaqnostik üsullara aşağıdakılar aiddir:
Doğuşdan sonrakı psixozun müalicəsi
Kəskin vəziyyətin müalicəsi stasionar şəraitdə aparılır. Bir sıra hallarda qadın doğum evindən birbaşa psixiatrik şöbəyə və ya psixonevroloji dispanserə göndərilir. İntensiv müalicə zamanı uşaq anadan ayrılaraq, qohumlara verilir. Kompleks şəkilli yardım aşağıdakı istiqamətlərdə aparılır:
Doğuşdan sonrakı psixozun proqnoz və profilaktikası
Psixi xəstəliklərin olmaması, depressiyanın aradan qaldırılması zamanı və eləcə də yaxın qohumların dəstəyi altında doğuşdan sonrakı psixoz qənaətbəxş sonluqla nəticələnir.
Profilaktika qadının hamiləlik və doğuş prosesinə düzgün fiziki və psixoloji hazırlığına əsaslanır. Uşağa qulluq kurslarına yazılmaq, doğuş prosesində tənəffüs və relaksasiya texnikasına yiyələnmək, öz narahatlıqlarını həyat yoldaşı, valideynlər, yaxın dostlarla bölüşmək, ifadəli həyəcan zamanı psixoloqa müraciət etmək tövsiyə olunur.
https://med-portal.az/qadin-xestelikleri/dogusdan-sonraki-psixoz/