Donovanoz "Granuloma inguinale" – gigiyenik tələblərə cavab verməyən, ətraf mühitin qorunması mümkün olmadığı və qeyri-sağlam qidalanmanın hökm sürdüyü Asiya və Afrika kimi digər qitələrlə müqayisədə sosial-iqtisadi səviyyəsi aşağı olan bölgələrdə tez-tez rast gəlinən, əsasən cinsi yolla ötürülən “Klebsiella granulomatis” tipli bakteriyanın törətdiyi infeksiyadır.
Simptomları
İnfeksiyaya yoluxmuş bir insanda simptomlar adətən bakteriya ilə təmasdan sonra 1-12 həftə arasında görünməyə başlayır. Bu təmas özü ilə bir çox simptomlar gətirir. Xəstəliyin əsas simptomlar aşağıdakılardır:
Xəstəlik müalicə olunmazsa, genital nahiyədə və ətrafında əmələ gələn ağrısız səpgilər yayıla, irəliləyərək axıntılı, iltihablı yaralara çevrilərək toxumaların geri dönməz zədələnməsinə səbəb ola bilər. Xəstəliyin simptomları tez-tez gonoreya və cinsiyyət orqanlarının xərçəngi kimi digər cinsi yolla keçən xəstəliklərlə qarışdırıla bilər.
Xəstəliklə əlaqəli genlər, səbəbkar faktorlar və risk faktorları
Donovanoz əksər hallarda anal, vaginal və oral seks vasitəsilə ötürülür. Nadir hallarda dəri təması ilə ötürülmə qeyd olunmuşdur. 20-40 yaş arası cinsi aktiv fərdlərin digər yaş qruplarına nisbətən bu xəstəliyə tutulma riskinin daha yüksək olduğu müşahidə edilmişdir.
Kişilərdə qadınlara nisbətən daha çox bu xəstəliyə yolunuxurlar. Qranuloma inguinale infeksiyası olan ana vaginal doğuş zamanı bu infeksiyanı körpəsinə ötürməsi riski vardır. Tez-tez partnyor dəyişikliyi, gigiyena təmin olunmayan mühitlərdə cinsi əlaqə, şüursuz və qorunmayan cinsi əlaqə ən böyük risk faktorları arasındadır.
Diaqnostikası
Fiziki müayinə və anamnez (xəstə tarixi) ilə cinsi yolla keçən xəstəlikdən şübhələnilir. Diaqnoz xora sahəsindən götürülmüş yaxma və ya biopsiya nümunələrində Donovan cisimlərini göstərməklə qoyulur və diaqnoz xəstədən alınan qan və toxuma nümunələri də infeksiyanın aşkar olunmasnda böyük rol oynayır.
Müalicəsi
Klebsiella Granulomatis bakteriyasının yaratdığı Granuloma inguinale infeksiyası bakterial infeksiya olduğundan onun müalicəsində adətən Eritromisin, Streptomisin, Siprofloksasin, Azitromisin və s. tərkibli aktiv maddələr olan antibiotiklər istifadə olunur.
Proqnozu
Donovanoz infeksiyası bakteriyalarla təmasdan qısa müddət sonra simptomlar göstərməyə başlayır. Müalicə başladıqda xəstəliyin əlamətləri azalır və qısa müddətdən sonra yox olur. Müalicə zamanı istifadə olunan antibiotikləri simptomlar yox olduqdan sonra dayandırmayın, həkiminizin təyin etdiyi və tövsiyə etdiyi müddətdə istifadə edin.Bu infeksiyadan tam sağalma sürətini artıracaq və bu xəstəliyə yenidən yoluxma riskini xeyli azaldacaq.
Epidemiologiya
Sosial-iqtisadi statusu aşağı olan ölkələrdə və çox partnyorlu münasibətlərin geniş yayıldığı tropik ölkələrdə donovanoz kişilərdə qadınlara nisbətən iki dəfə çox rast gəlinir. Bundan əlavə, bu ölkələrə səyahət edən və cinsi əlaqədə olan insanlar üçün yoluxma riski kifayət qədər yüksəkdir. Bu ölkələrə misal olaraq Cənubi Afrika, Cənubi Amerika, Braziliya, Papua Yeni Qvineya, Cənub-Şərqi Hindistan və Karib hövzəsini göstərmək olar.
Ehtiyat üsulları
Özünüzü bu infeksiyadan qorumağın bir çox yolu var.
Bunlar xəstəliyin qarşısını almaqda və yoluxma riskini azaltmaqda əhəmiyyətli dərəcədə faydalı olacaq.