Main

Döş qəfəsi deformasiyası

Döş qəfəsi deformasiyası sinə qabarması və batıqlığı anadangəlmə və qazanılmış ola bilər. Raxit keçirmiş uşaqlarda, sümük vərəmində, ağ ciyər xəstəliklərində bu patalogiya ilə çox rast gəlinir.
Qabarma el arasında toyuq tini döşü, sinə batması isə çəkməçi döşü adlanır.
Xəstəliyin əsasında anadangəlmə olaraq qabırğanın qığırdaq hissəsinin tam inkşaf etməsi durur.
Beləliklə sinənin batması, kürəkdə onurğanın arxaya əyilməsinə kifoza səbəb olur.
Xəstəliyin 3-dərəcəsi var.

  • I - sinənin batma dərinliyi. 2 sm-ə qədər olur ürək yerini dəyişmir.
  • II- batma dərinliyi 4 sm-ə qədər olur, ürək yerini 2-3 sm dəyişir.
  • III-sinənin batma dərinliyi 4 sm-dən çox olur, ürək yerini dəyişmir, tənəffüs çatışmamazlığı yaranır.

Müalicəsi
Bu vaxta qədər sinə batıqlığı II-III dərəcəsi cərrahi yolla müalicə edilirdi. Cərrahi yolla müalicədə ürəyin zirvə hissəsinin, ağ ciyərin plevra qatının zədələnməsi nəticəsində (emfizema) qəfləti ölüm baş verə bilər. Hal-hazırda bu xəstəliyi sağaltmaq üçün xüsusi tibbi aparatdan istifadə edilir,bu aparatdan döş qəfəsini normal vəziyyətə gətirir, cəmi 4 həftə ərzində müsbət nəticə verir.

https://www.instagram.com/p/BVXnusFBf5r/